Oxuculardan dəfələrlə
üzr istəyib bu yazıma başlayıram. Heç bu qədər açıq yazı yazmamışdım. Bu qədər
açıq yazı yazmağıma səbəb isə futbolumuzda baş verən, xüsusən də keçən mövsüm
Juninyonun və Denis Silvanın indi isə "qara şimşək” adlandırdığımız Uinston
Parksın nə komandamıza və nə də ölkənin ən böyük azarkeş ordusu olan lənkəranlılara
qiymət qoymaması oldu. Keçən il də Juninyonun və Denis Silvanın komandamızdan
gedişinə kəskin reaksiya bildirsək də bu qədər açıq yazıyla bunu etməmişdik.
İndi onlar da daxil Parksın komandamızdan gedişinə açıq münasibət bildirməyin
vaxtı çatıb.
"Xəzər Lənkəran”
Azərbaycanın futbol reallığına özünəməxsus rəng qatıb. Onun Avropa normalarına
uyğun bir komanda kimi ölkədə nümunə olması, azarkeşlərinin isə tayı-bərabəri
olmayan sayı və dəstəyi etibarı ilə ölkə reallığından irəli getməsi hamı tərəfindən
qəbul olunan bir həqiqətdir. Komandamıza gələn hər bir futbolçu və ya Lənkəranda
matça çıxan hər bir klubun o cümlədən hər bir yığmanın futbolçuları, məşqçiləri,
hər hansı bir rəsmisi bunu xüsusi olaraq vurğulayır. Bu həqiqətən də belədir.
Demək olar ki, bütün futbolçular: - "Mən ona görə "Xəzər Lənkəran"ı seçdim ki,
onun çoxsaylı və çılğın azarkeşləri var”-kimi fikirlər səsləndirib.
Bu gün
Uinston Parksın komandamızı "Bakı” klubuna dəyişdiyi haqda xəbərlər ildırım sürəti
ilə yayıldı və çoxminli azarkeşlərimiz bunu ildırım vurmuş insanlar kimi
qarşıladı. Bunu dəqiqləşdirmək üçün bizə daxil olan çoxsaylı narahat azarkeş zənglərindən
də aydın başa düşmək olurdu. Daha sonra klubumuzdan rəsmi olaraq onun komandamıza
məxsusluğu haqda xəbərlər alınca, biz və çoxminli azarkeşlər nisbətən rahatlıq
tapdı. Amma biz klubumuzun rəsmi olaraq onun komandamıza məxsusluğu haqda
azarkeşlərimizə məlumatları çatdırarkən sonda bu fikri də əlavə edirdik: "Artıq
Parksın komandamızdakı mövqeyində bu xəbərlə bağlı laxlama əmələ gəlibsə,
sonrasından Allah qorusun !”-deyirdik. Bəli, belə bir naxələf futbolçudan Allah
qorusun! O futbolçu ki, çoxminli azarkeşlərini hansısa hisslərinə qurban verir,
onun bizimlə qalması heç lazım da deyil. Amma halbuki, Parks bu il kubokun "Bakı”
ilə ½ finalından əvvəl, ondan əvvəlki mövsümdəki "Fair Play” məsələsinə işarə
edərək: "Komandamızın azarkeşlərini başa düşürük, bu prinsipial oyundur və
azarkeşlərimizə görə mütləq qələbə çalmağa çalışacağıq”-demişdi. İndi nə oldu,
Parks? Bizə görə prinsipial olduğunu deyərkən, səni prinsipiallıqsızlığa və
dönüklüyə (yazıya aid şəkil də bu dönüklüklə əlaqədar verilib) nə məcbur etdi? Pul? Xeyr! "Xəzər Lənkəran” səni lazimi miqdarda yemləyirdi!
Azarkeşsizlik? Xeyr! Sən səfərdə oynayarkən belə azarkeşlərimizin sayı və dəstəyi
ev sahibi komandadan dəfələrlə çox olurdu. Bu çoxminli azarkeşliyi bəs nəyə görə
azarkeşsizliyə qurban verdin? Cavabını deyə bilərəm.
Yazının adını
"Təəssüf”, "Peşəkarlıq və ya Peşəbazlıq” da qoymaq olardı, amma "Lənkəranlılar
və Ləzzətməkanlılar” daha uyğun gəldi. Çünki sən hansısa hisslərinə görə Lənkəranı
Bakıya dəyişdin. Bu peşəkarlıq yox, "peşə”bazlıq””dır. Lənkəranda nə sənin, nə
Juninyonun nə də Denis Silvanın "peşə”bazlıq”” sözünün ikinci hissəsini həyata
keçirməyə istədiyin şərait yox idi. Sənə həm futbol oynamaqla pul qazanmaq, həm
də futboldankənar vaxtlarını bu sözün ikinci hissəsini həyata keçirmək üçün Diskobarlar,
"geniş çeşidli” Otellər yox idi. Bəli, məhz buna görə siz Lənkəranı Ləzzətməkana
dəyişdiz. Ar olsun sizə! Amma onu da bilin ki, buna peşəkarlıq yox, yeni
söz kəşf etməyimə səbəb olan "Peşəbazlıq” xüsusiyyətləriniz oldu. Bir müddət əvvəl
komandamızda uzun illər oynamiş Bolqar futbolçumuz Martin Stankova müxbirlərimizdən
biri: -"Siz avropalısınız və Avropa həyat tərzinə uyğun gəlməyən Lənkəranda
darıxmırsınız ki?”- sualına, Martin Stankov belə cavab vermişdi:-"Mən peşəkar
futbolçuyam, harada oynamağımdan asılı olmayaraq, aldığım pula görə əmək sərf
edirəm və bundan nə yorulmur və nə də darıxmıram”-demişdi. Düzdü o da
komandamızdan getdi. Lakin sizin kimi naxələf çıxmadı. Vətəninə dönüb evləndi və
futbolçu karyerasını bitirdi. İndi ay "Peşəbaz” Parks və parkskimilər, danışanda heç vaxt mən peşəkaram
sözü işlətməyin! Siz peşəkar yox "peşəbazsınız”!
Öz satirik
üslubuna görə nəinki sizlərdə, dünyanın heç bir yerində tayı-bərabəri olmayan,
bizim milli sərvətimiz olan dahi Mirzə Ələkbər Sabirin, görməmiş bir insanın
Ərdəbildən gələrək Rusiya və Azərbaycanın paytaxtı Bakı şəhərində özünə və
hisslərinə məskən tapmış birisinə necə rişxəndlə yanaşdığını, yazdığı şeirin
bir parçasını verməklə sizlərə qandırmağa çalışsam da bunun həmin ərdəbilli kimi,
sizə də heç bir faydası olmayacaq.
Haliya Bakudəyəm,
Baku demə bir xüldzar,
Xassə dərya
sahili: bir lö’bətistani-tatar,
Hər tərəf
ag-çag madamlar, bir-birindən gül’üzar,
Türfə dilbər,
töhfə bir sey, yaxşı bir zad, Ərdəbil!
Bir də namərdəm
əgər etsəm səni yad, Ərdəbil!
Min mənim tək
kablayı bir Sonyanın dildadəsi,
Min mənim tək
paki-din bir rumkanın iftadəsi,
Min mənim tək
mö’minin bilməm nolub səccadəsi,
Bəndəlik
qeydin qırıb, olmuşdur azad, Ərdəbil!
Bir də namərdəm
əgər etsəm səni yad, Ərdəbil!
Beş deyil, on
beş deyil, hər yan baxırsan, – var madam:
Ev madam, mənzil
madam, balqon madam, talvar madam,
Sirk madam,
qastin madam, passaj madam, bulvar madam,
Müxtəsər, əqlim
çaşıb, ey dadi-bidad, Ərdəbil!
Bir də namərdəm
əgər etsəm səni yad, Ərdəbil!
Allah sənə qəni-qəni
rəhmət eləsin, ulu Sabir! Mirhafiz M. Babayev
|