Bu gün 06 iyul 2010 tarixində "Xəzər Lənkəran”
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa Lənkəran şəhərində hazırlıqlarını
davam etdirir. Keçən iki gündən fərqli olaraq, bugünki axşama hesablanan məşq
prosesi eyni vaxtda yəni saat19-da başlasa da, lakin əsas meydanda keçirildi.
İki saatdan bir qədər artıq davam edən məşq fərqli formada başladı.
Əvvəlcə isinmə hərəkətləri ilə başlayan məşq
prosesi sonradan bütün komanda üzvlərinin iki ayrı hissəyə bölünərək topu əllə
birbirlərinə ötürməsi ilə, sanki həndbolu xatırladan formada davam etdi.
Daha sonra ikitərəfli oyun üzərində çalışan
komanda üzvlərinin göstərdiyi səylər diqqət çəkirdi. Əhval ruhiyyə qaydasında
olsa da sanki qabaqda gözlənilən matçın məsuliyyəti hiss olunurdu. Baş məşqçi
futbolçularla əsl döyüsqabağı əsgərlərlə təlim keçən sərkərdəni xatırladırdı.
Heyətdə Avropa təcrübəsi olmayan cavan futbolçuların daha çox məşqçidən əsəbi
göstərişlər almasını da qeyd etməyə dəyər. Əlbəttə bütün bunlar qarşıdakı oyuna
yəni "Olimpiya” Beltsı ilə cavab matçına ciddi və məsuliyyətli yanaşmanın göstəriciləri
idi.
"Olimpiya” Beltsıdan söz düşmüşkən
onu da qeyd edək ki, bu gün artıq şəhərimizə gəlmiş rəqib komanda ilk məşqinə də
çıxdı. "Xəzər Lənkəran” əsas meydanda təxminən yarım saat idi ki, məşqinə
başlamışdı və bu zaman "Olimpiya” Beltsı komandasını gətirən avtobus stadionun
köməkçi meydançası tərəfdə göründü. Elə gələn kimi də məşqlərinə başlayan "Olimpiya”komandası tam qapalı şəraitdə məşqlərini
davam etdirirdilər. Lakin buna baxmayaraq saytımız üçün çox çətin də olsa bir
neçə fotoşəkil kameranın yaddaşına köçürə bildik.
Onu da deməliyik ki, əsasən kütləvi
informasiya vasitələrində yaradılmış zəif "Olimpiya” Beltsı fikri heç də
reallığa bənzəmirdi. Cəld və ortaboylu futbolçuları olan rəqib komandanın
oyunçuları kifayət qədər sərbəst görünür və məşqçiləri tərəfindən bir-ikinci
ötürmə, ardınca zərbə mövqeyinə çıxma tapşırıqlarını həvəs və ustalıqla yerinə
yetirirdilər.
Görünür öz meydanlarında 0-0 hesablı
nəticə, onları burda tam müdafiə və imkan düşdükcə isə bir-iki ötürmə ilə əks
hücum taktikası seçərək qol vurmaqla ən azı qollu heç-heçəyə nail olmaq niyyətlərindən
irəli gəlir ki, belə nəticə onlara mərhələ adlamağa kömək etsin. Hər halda
bizim təcrübəli məşqçilər heyətimiz bunları bilir və nəzərə almamış deyillər.
Komandamıza uğurlar arzu edirik! Əsas meydan: "Xəzər Lənkəran"ın məşqindən fotolar
Köməkçi meydança: "Olimpiya Belts"nın məşqindən fotolar.
|