Bu
gün və sabah 07-08 dekabr 2010-cu il tarixlərində futbol üzrə Azərbaycan
kubokunun 1/8 final mərhələsinin oyunları keçirilir. Əvvəlki illərdən fərqli
olaraq 1/8 final mərhələsinin qalibləri də tək bir oyunun nəticəsinə görə
müəyyən olunur. Bu gün T. İsmayılov adına Suraxanı qəsəbə stadionunda "Qarabağ”
- "Turan” matçı keçirildi. Bu oyunu7n əsas və əlavə vaxtı 0:0 bitdiyindən,
qalibi müəyyən etmək üçün penaltilər seriyası imkanı qalırdı. Maraqlıdır ki,
gözlənilənlərin əksinə olaraq Tovuz təmsilçisi penaltilər seriyasını uğurla
yəni 3:4 başa vuraraq ¼ final mərhələsinin iştirakçıları siyahısına ilk olaraq
adını yazdırmış oldu.
Sabah
saat 15:00-da isə doğma komandamız "Xəzər Lənkəran” Lənkəran şəhər mərkəzi stadionunda birinci dəstə təmsilçisi olan İmişlinin "MKT
Araz” komandasını qəbul edəcək. Bu oyunun qalibi də tək bir oyunla müəyyən
olunacaq. Arzu edirik ki, bu oyunun nəticəsinə görə ¼ final mərhələsinə vəsiqə
qazanan tərəf məhz "Xəzər lənkəran” olacaq.
"Xəzər
Lənkəran” bu oyunda ¼ final mərhələsinə vəsiqəni təmin edəcəyi təqdirdə
"Gəncə”-"Neftçi” cütünün qalibi ilə görüşəcək. Komandamıza bu görüşlərdə qələbə
arzulayırıq.
Digər
oyunlar isə aşağıdakı komandalar arasında keçiriləcək.
1/8
final mərhələsi
7 dekabr
13:00. "Qarabağ" 0 - 0 "Turan" (Penaltilərlə 3:4)
Tofiq İsmayılov adına stadion (Suraxanı
qəsəbəsi)
8 dekabr
13:00. "Gəncə" 1 - 3 "Neftçi"
Gəncə Şəhər stadionu
13:00. "Qəbələ" 2 - 0 "Neftçi" İSM
Qəbələ Şəhər stadionu
13:00. "Simurq" 1 - 1 "Abşeron" (Penaltilərlə 2:5)
Zaqatala Olimpiya İdman Kompleksinin
stadionu
13:00. "Rəvan" 1 – 2 "AZAL”
"Şəfa" stadionu, 4-cü meydança
14:00. "Bakı" 1 - 1 "Muğan" (Penaltilərlə 5:3)
Tofiq Bəhramov adına stadion
15:00.
"Xəzər Lənkəran" 3 – 1 "MKT-Araz"
Lənkəran Şəhər mərkəzi stadionu
16:00. "Şuşa" 1 - 4 "İnter"
"Şəfa" stadionu