
Ölkənin
aparıcı idman nəşri olan "Futbol+” qəzetinin bugünki, 27 Oktyabr 2011-ci ildə
işıq üzü görən sayında köşə yazarı Amal bəyin növbəti maraqlı yazısı dərc
olunub. Səkkizinci səhifədə yer alan bu yazıda Amal bəy Azərbaycan futbolundan
, yaxın və uzaq illərdəki ölkə futbolundan söz açıb və bizcə haqlı olaraq "Xəzər
Lənkəran”ı Azərbaycan futbolunun "Yeni etalon”u adlandırıb. Məntiqlə yazılmış
bu yazını oxuduqda doğrudan da "Xəzər Lənkəran” fanatı olmaqdan qürur duymamaq
mümkün deyil. Məqalə böyük olduğundan onu elə qəzetdən oxumağı məsləhət bilərdik.
Lakin Amal bəyin qəzet səhifələrinə həkk etdirdiyi bir neçə cümləni elə burada
sizlərin diqqətinə çatdırırıq. Bu xəbərimizi heç də qəzetin reklamı yox, sadəcə
"Xəzər Lənkəran” haqda həqiqətin olduğuna görə sizlərə çatdırırıq. Ən azından
hamınız bilirsiniz ki, "Futbol+” qəzetinin reklama ehtiyacı yoxdur. Beləliklə
yazıdan bir neçə cümləni diqqətinizə çatdırırıq:
"Biz gözümüzü
açandan radionun xırıltılı səsiylə, televiziyanın ağ-qara ekranıyla "Neftçi”nin
oyunlarının həyəcanını yaşamışıq. Düzdü, yaşım imkan vermədiyindən bizimkilərin
ittifaq birinciliyində yaxşı günlərini görə bilməmişəm. Azərbaycan müstəqilliyini
bərpa edəndən sonra keçən zaman ərzində isə ölkə futbolunun flaqmanı saydığımız
"ağ-qaralar”ın nə vaxtsa qitə səhnəsində üzümüzü ağardacağına inanaraq
yaşayırıq.”
Daha sonra müəllif
bugünki futbolumuzdan yazaraq bunları
deyir: "Turnir cədvəlində ən yaxın izləyicisini
4 xal qabaqlayan Rednik və komandası cari mövsümdə işini meydanda görməklə məşğuldu...
"...Son turda öz meydanında cənublulardan 1 xal almasına sevinən "Bakı”nın düşərgəsində
yaşananlar isə artıq Azərbaycan futbolunda yeni etalonun olmasından xəbər
verir. Əvvəllər klublarımız özlərini daha çox "Neftçi”ylə müqayisə edib,”ag-qaralar”dan
xal almağa sevinirdisə, indi həmin rolda Rednikin komandasıdı. Hətta "Neftçi”nin
özü də digər rəqibləri buraxıb, gecə-gündüz "Xəzər Lənkəran”ı düşündüyünü
tez-tez biruzə verir. Belə olmasaydı, komandanın çalışdırıcısı az qala hər
oyundan sonra rəqib düşərgəyə ismarıclar göndərməzdi.”
Daha sonra çoxlu
dəyərli müqayisə və fikirlər olan yazını tam olaraq adıçəkilən qəzetdən
oxumanızı məsləhət görürük.
|