Cümə Axşamı, 26/Dek/2024, 19:23
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Noyabr 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Noyabr » 22 » Komandada kim var kim yox və nə var nə yox (II hissə)
21:39
Komandada kim var kim yox və nə var nə yox (II hissə)

Bir qədər əvvəl fanklub olaraq "Xəzər Lənkəran”ın bugünki məşqində iştirakımızla bağlı xəbər vermişdik. Son zamanlar komandamız ətrafında yaranan söz-söhbətlərə aydınlıq gətirmək də əsas məqsədlərimizdən biri idi. Belə ki, yayılan söz-söhbətlərə görə Mario Rosas baş məşqçi Mirça Rednik tərəfindən qovulmuş digərləri isə guya təhqirə məruz qalmışdı. Həmçinin, Emeka Opara və Dejan Rusiçin maliyyə məsələlərinə görə komandadan ayrılıb, vətənlərinə yollandığı deyilirdi. Bu heç də inandırıcı deyildi deyə, məşqdə iştirak edən futbolçuları və ab-havanı öz gözlərimizlə görmək istədik.

Müxtəlif informasiyalar yayan və yazılarla çıxış edən jurnalistlərimizə tövsiyyə edirik ki, isti otaqda klaviatura arxasında oturub yazı yazmaq və həqiqətə uyğun olmayan fikirlər yaymaqdansa, özlərinə bir qədər əziyyət verib komandanın məşqlərindən heç olmasa birini izləsinlər. Bu mənada biz məşqi izlədik və deyilənlərin heç də həqiqətə uyğun olmadığının şahidi olduq. Belə ki, Mario Rosas, Emeka Opara, Kamran Ağayev və digərləri əvvəlki kimi komandamızın heyətindədirlər və məşqdə aktiv iştirak edirlər. Təkcə Rikardo Qomeşin vətənində olduğu haqda hamıda informasiya var. Dejan Rusiç isə zədəli olduğundan məşqlərə qatıla bilmir.

Baş məşqçi Mirça Rednikə ünvanladığımız suallara cavab alarkən isə daha çox mətləblərə aydınlıq gəldi.

-          Əvvəla sizi və bütün komanda üzvlərimizi salamlayırıq. Belə məqamda bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.

-          Çox sağ olun.

-    "Simurq”la oyunun hazırlıqları necə gedir? İtkilər aradan qalxırmı?

-  Sarı vərəqə limitini aşdığı üçün Adrian Pits oynamayacaq. Emeka Opara gördüyünüz kimi məşq edir. Onda da hər şey qaydasındadır. Elvin Beqiri də zədəsini artıq sağaldıb, növbəti matçda oynamaq ehtimalı böyükdür. Gördüyünüz kimi Mario Rosas da məşqdədir və hər şey qaydasına düşür. İtkilərimizi yavaş-yavaş aradan qaldırırıq.

      -  Belə bir məqamda məşqi izləməyə və azarkeşlərimizin komandamızla birgə olduğunun sübutu üçün gəlməyimizi gözləyirdinizmi?

     - Mən nəinki indi, həmişə azarkeşlərimizə inanmışam və onun üçün də buradayam. "Rəvan”la oyundan sonra mətbuat konfransında da bildirmişdim ki, belə bir çətin dönəmdə həqiqətən də komandamızın azarkeş dəstəyinə böyük ehtiyacı var. Çünki doğurdan da itkilər və sair məsələlərlə bağlı komanda çətin dönəm yaşayır. Elə bunun üçün də komanda indi azarkeş dəstəyinə daha çox ehtiyac duyur.

   -  Son zamanlar mətbuatda və müxtəlif səviyyələrdə, komandamızın və sizin əleyhinizə fikirlər səslənir. Artıq rəhbərliklə sizin, komanda ilə azarkeşlərin arasına çat salmaq cəhdləri baş qaldırıb. Müəyyən futbolçuların hansısa səbəbdən məşqlərdə və oyunlarda iştirak etməməsi fikirləri səsləndirilir. Gəlişimizin məqsədlərindən biri də bu idi ki, göstərilən futbolçuların komanda ilə birgə məşq edib-etməməsini gözlərimizlə görək.

   - Hətta bəzi jurnalistlər mənim qışda yola salınacağımı da  deyirlər.Mən böyük döyüşçüyəm həyatımda belə məqamlarla qarşılaşmışam. Ona görə də azarkeşlərimiz narahat olmasınlar, mən möhkəm adamam. Mən öz komandama, futbolçularıma və azarkeşlərimizə inanıram. Təbii ki , nəticələr yaxşı olmayanda rəhbərlik narazı qala bilər. Bu normal haldır.Amma, biz öz inamlı çıxışımızla hər şeyi arxada qoya biləcəyik. Qaldı ki, sualın sonuncu hissəsinə gördüyünüz kimi hamı məşqdədir. Biz işə professionalca yanaşırıq. Mən də professionalam, futbolçularım da professionaldır. Bu yayılan dezinformasiyalar komandanı zəiflətmək üçündür. Gördüyünüz kimi Kamran da zədəsini sağaltmaq üzrədir və ümumi komanda ilə birlikdə məşq edir. Pits də burdadır, Rosas da burdadır. Hər kəs gəlib görə bilər. Əlbəttə mən nəticəyə görə məsuliyyət daşıyıram və bunu futbolçularıma da çatdırmalıyam.   

     - Biz sizi dəstəkləyirik. Doğurdan da müəyyən problemlərə və sizin əleyhinizə  yaradılan maneələrə baxmayaraq komanda qura bildiniz. Komandamız liderdir və lazımi oyun sərgiləyə bilir. Onu da bilin ki, həmişə olduğu kimi azarkeşlərimizin tam əksəriyyəti, sizin, komandamızın və rəhbərliyin arxasındadır.

  - Mən bu klubun azarkeşlərini çox sevirəm və ona görə də var gücümü sərf edirəm ki, onlar nəticələrə görə məyusluğa uğramasınlar.

    - Bəziləri "qara zolaq” haqda fikirlər səsləndirirlər. Bu dünyanın tanınmış komandalarının da başına gəlib. Bəzən onlar uzun-uzadı məğlubiyyətlər seriyası yaşayıblar. Amma məlum məğlubiyyətdən sonra "Xəzər Lənkəran” sizin başçılığınız altında, özü də böyük itkilərlə bu bədbinliyi son ev oyununun 30-35-ci dəqiqəsindən sonra adlaya bildi. Çünki qalan vaxt ərzində və xüsusən ikinci yarıda komandada qələbə ruhu yenidən alovlandı. Böyük itkilər fonunda bunu necə bacardınız?  

  -  Yenə deyirəm. Bu komandada ab-havanı pozmaq üçündür. Bu müəyyən qüvvələrin taktikasıdır. Ona görə də futbolçularıma mətbuatla əlaqə qurmağa yasaq qoymuşuq. Məhz bu səbəbdən yalnız mən müsahibə verirəm. Bunlar da komandada ab-havanı qorumaq üçün nəzərdə tutulub. Təbii ki, məlum məğlubiyyətdən sonra və bu səbəbdən futbolçuların cərimələnməsini də nəzərə alsaq oyunçularda ruh düşkünlüyü var idi. Bu da təbii qarşılanmalıdır. Belə məğlubiyyətdən sonra adama çox sağol deməzlər. Futbolçularıma anlatmağa çalışdım ki, məsuliyyəti mən daşıyıram, bu vəziyyətə özümüz düşmüşük və özümüz də bu vəziyyətdən çıxmalıyıq.

 -  Sizin təcrübəli mütəxəssis və bu gün "Xəzər Lənkəran” üçün ən ideal variant olduğunuzu komandanı sevən böyük əksəriyyət qəbul edir. Bu qədər itkilər fonunda komandamızı uğurlara daşımaq üçün sizin böyük təcrübə və istedadınız əsas rol oynayır.

  - Real yanaşdıqda heyətimiz güclü futbolçular cəhətdən o qədər də geniş deyil. Dörd futbolçumuz var ki, ümumiyyətlə yüksək liqa oyunlarında iştirak etməyiblər və təcrübə cəhətdən əziyyət çəkirlər. Şəhriyar istedadlı futbolçudur. Amma bəzən məcburən onu sol cinahda oynadıram. Alim isə təcrübəli futbolçudur. Çalışırıq ki, "Simurq”la oyuna bir heyət quraq. Çunki bu mövsüm elə düşünürəm ki, "Simurq”la oyun ən vacib bir oyundur. Əgər bu oyundan qalib ayrılsaq, ili böyük ehtimalla birinci yerdə başa vura biləcəyik. Bu il başqa komandalarla da oyunumuz var. Lakin bu dəqiqə ancaq "Simurq”la oyunu düşünürük. Qışda da komandaya yeni futbolçuların dəvət olunması nəzərdə tutulub. Bunun hesabına böyük rəqabət olacaq. Kim gələcək kim gəlməyəcək bu haqda danışmaq istəmirəm. Hətta bəzi oyunçularla danışıqlara da başlamışıq.

  -  Bu mənada klub rəhbərliyinin dəstəyini hiss edirsinizmi?   

   - Təbii ki, bu mənada dəstəyə hazır olduqlarını bildiriblər. Əgər belə olmayacaqsa, mənim qalıb işləməyimin nə mənası var. Əlbəttə klub rəhbərliyi də nəticə istəyir və bu da onların marağındadır.   

  -  Məhz belə məqamda dahi mütəxəssis olduğunuzu, səbrinizin həddi ilə nümayiş etdirməyinizə inamımız böyükdür. Tarixdə həmişə xaraktercə güclülər qalib olduqlarını isbatlaya biliblər. Zəiflər isə dedi-qodu və əyri yollarla istəklərinə çatmağa çalışıblar. İnanın ki, bu gün komandamıza məşhur Aleks Ferqyusson, Xose Qvardiola, Joze Maurinyo, Mançini  və başqaları da gəlsələr onlar da qısa müddətdən sonra bu çətinliyi yaşayacaqlar. Hərçənd ki, biz heç də sizi zəif saymırıq. Bu gün o məktəbi keçmiş və böyük klublarda işləmiş təcrübəli Ciovanni Melkiore fiziki hazırlıq üzrə sizin köməkçinizdir. Bizdə və çox yerlərdə yaxşının qədrini sonra anlayırlar. Sizə inamımız böyükdür və bunu isbatlayacağınızı gözləyirik.

 - (Gülür) Etimdaınıza görə təşəkkür edirəm. Mən komandama inanıram. Doğurdan da məşqçilər korpusumuzda təcrübəli mütəxəssislər cəmləşib. Onların köməkliyi ilə inanıram ki, vəziyyətdən tez bir zamanda çıxacaq və uğurlu yolumuza davam edəcəyik.  

   -  Sizin Rumınlarda belə bir atalar sözü var:- "Daş da yumurtanın üstünə düşsə, yumurta da daşın üstünə düşsə-olan yenə yumurtaya olar.” Bu mənada nə olarsa, "Xəzər Lənkəran”a və onun azarkeşlərinə zərbə olar. Bir daha sizin təcrübənizin lazım olan səbri nümayiş etdirməyə imkan verəcəyinə inanırıq. İstedadınızın və xarakterinizin isə "Xəzər Lənkəran”ı daha da irəli aparacağına sonsuz ümidlə baxırıq.

   - Yaranan söz-söhbətlərə fikir vermək lazım deyil. Bunlar xırda şeylərdir, kiçik insanların yaratdığı xırda məsələlərdir. Böyük komandaya belə məsələlər təsir edə bilməz. "Xəzər Lənkəran” böyük klubdur. Mənə yönələn bu təzyiqləri eşitməməyə çalışıram. Bəziləri  "Xəzər Lənkəran”ın güclü çıxışını və uğur qazanmasını istəmir. Biz belə şeylərə fikir verməməyə çalışırıq və yolumuza davam edirik.

-  Vaxtınızı aldığımıza görə üzürlü hesab edin və çəkiliş aparmağımıza icazə istərdik.

- Buyurun, heç bir problem yoxdur. Biz işimizə davam edirik, siz də işinizə davam edin.

Views: 446 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz