Son
bir neçə gündə yəni, premyer liqanın ilk turunda "Sumqayıt Şəhər” komandası ilə
görüşdən sonra "Xəzər Lənkəran” haqqında xəbərsizlik, azarkeşləri üzməyə
başlayıb. Qeyri-rəsmi yayılan xəbərlərə görə isə komanda daha üç səviyyəli
legionerlə müqavilə bağlamalı idi. Nə bu müqavilə bağlanacaq futbolçuların
komandamıza keçidi haqda xəbərlər var, nə də ki, ümumiyyətlə avqustun 14-də "AZAL”
komandası ilə ikinci tur çərçivəsində keçiriləcək oyuna komandamızın necə və
harada hazırlaşdığı barədə. Bir yandan da komandamızın baş məşqçisi Mirça
Rednikin bu günlərdə vətəni Rumıniyaya dönməsi xəbəri yayıldıqca, ümumiyyətlə səbrin
son həddini belə aşmışıq. Komandanın taleyi ilə bağlı sanki bir sirli qutu
önümüzdə olduğu halda daxilindəkilərin nələrdən ibarət olduğu nəfəs kəsməkdədir.
İndicə
aldığımız son məlumatlara görə komanda bütün heyətlə özünə məxsus avtobusla üzü
Lənkərana tərəf hərəkətdədir. Avqustun 14-də səfərdə "AZAL”-a qarşı keçiriləcək
oyunun hazırlıqlarına da məhz komanda doğma şəhərdə start verəcək. Ən sonda onu da öyrənə bildik ki, komandanın evə dönən avtobusunda baş məşqçi Mirça Rednik də yer alır.
|