
Almaniyada
hazırlığını davam etdirən komandamız, mövsümlərarası fasilədə bir legioner
futbolçu transfer edib. Bu barədə komandanın vitse-prezidenti Tuyqun Nadirov məlumat
verib. Onun sözlərinə görə, gürcüstanlı müdafiəçi Davit İmedaşvilinin keçidi həll
olunub. Belə ki, komanda hələ Bakıda olarkən baxışa gələn Kiyev "Dinamo”sunun
26 yaşlı sabiq futbolçusu ilə müqavilə bağlanılıb.
"Artıq
gürcü futbolçu ilə anlaşma imzalamışıq. İmedaşvili ilə müqavilə iki illik nəzərdə
tutulub. Onun adını UEFA-ya göndərdiyimiz sifariş vərəqəsinə də daxil etmişik,
deyə klubun vitse-prezidenti bildirib.
|