Statistika |
Cəmi Onlaynda: 1 Qonaqlar: 1 İstifadəçilər: 0 |
|
Baş Səhifə » 2012 » İyun » 12 » Natiq Muxtarlı: Keflənmək və kiflənmək
14:23 Natiq Muxtarlı: Keflənmək və kiflənmək |
Maşallah! Yunis Hüseynov da pis başlamadı. «Xəzər Lənkəran»ın ehtiyat oyunçular skamyasında oturan Şəhriyar Xəlilovla Elnur Abdullayevin xidmətinə ehtiyac duymadı. Haqqı var. Deyilənlərə görə Hüseynov gənc və perspektivli məşqçidi. Gənc və perspektivli məşqçi hesab edir ki, Xəlilovla Abdullayev «Xəzər Lənkəran»ı gücləndirəcək səviyyədə deyil. Hər kəsin fikirlərinə, düşüncə tərzinə hörmət etmək lazımdı.
Yunis Hüseynov «Neftçi»nin ehtiyat oyunçular skamyasında oturan Cavid Hüseynovu «Xəzər Lənkəran» gətirdi. Hüseynov gənc və perspektivli məşqçidi. Gənc və perspektivli məşqçi hesab edir ki, «Neftçi»nin ehtiyat oyunçusu «Xəzər Lənkəran»ı gücləndirəcək səviyyədədi. Mənim futboldan o qədər də başım çıxmır. Özü də nə gəncəm, nə də perspektiv vəd edən məşqçi. Mən Cavid Hüseynovun «Xəzər Lənkərana» faydalı ola biləcəyini düşünmürəm. Amma Yunis Hüseynov düşünür. Düşünsün. Düşüncə azadlığına qadağa qoymaq olmaz. Ancaq Yunis Hüseynov da bilməlidir ki, cənublu azarkeşlərin də düşüncə azadlığı deyilən haqqı var. Sabah Cavid Hüseynov «Xəzər Lənkəran»a yararlı olmasa, ehtiyatda qalsa, «Xəzər Lənkəran» azarkeşinin də haqqı var ki, sual etsin. Sual etsin ki, ehtiyatda oturan Şəhriyar Xəlilovu, Elnur Abdullayevi göndərib Cavid Hüsyenovu ehtiyatda otrumaq üçün gətirməyin anlamı nə idi? Haqqı var düşünsün.
Düşünsün ki, «Neftçi»nin ehtiyat oyunçusunu «Xəzər Lənkəran»a soxuşduran məşqçi cənublu azarkeşləri təhqir edib. Haqqı var ki, bundan sonra tələb etsin. Yunis Hüseynovun istefa tələbini. Haqqı var ki, klub rəsmisindən çox menecerlik fəaliyyəti ilə məşğul olan «Xəzər Lənkəran»ın bəzi rəhbərlərinin də istefasını tələb etsin. «Xəzər Lənkəran» azarkeşi hələ nə baş verdiyinin fərqində deyil. Amma çempionat başlayandan sonra fərqinə varacaq. Onda «Neftçi»nin ehtiyat oyunçusunun əyninə «ağ-yaşıl» formanın geyindirilməsinin pərdəarxası məqamlarının çözəcək. Onda çox mətləblər ortaya çıxacaq. Onda məlum olacaq ki, gənc və perspektivli məşqçi «moşennik» menecerlərlə, alverçi klub rəsmilərilə bir ələ oynayır. Hələ ki, sakitlikdi.
Hələ ki, Yunis Hüseynov Cavid Hüseynova «Xəzər Lənkəran»ın formasını geyindirməyin ləzzətini çıxardır. Avstriyada. Amma unutmasın ki, cənublu azarkeşlər kefləndirməklə bahəm kifləndirməyi də bacarırlar. «Moşennik»liklə məşğul olanları, klub ruhuna xəyanət edənləri. Tərslikdən indi yaydı. Bir neçə gündən sonra cır istilər başlayacaq. Avstriya sərindi. Lənkərana qayıdanda «Neftçi»nin ehtyat oyunçusuna «Xəzər Lənkəran» formasının geyindirilməsi elə kifləyəcək ki... Tuyqun Nadirov kif iyini xoşlayır. Elə ona görə də uzun illərdi «Xəzər Lənkəran»ı kifləndirir. Bilmirsiniz, Yunis Hüseynovun kif iyinə allergiyası var? Mənbə: Rekord.az
|
Views: 529 |
Added by: BOSSMAN
| Dərəcələndirmə: 0.0/0 |
|
|
Növbəti Matç |
Xəzər Lənkəran İnter
Premyer Liqa XVTur
04 Dekabr 2011. Saat 16:00 |
Təsnifat Mərhələsi |
Komandalar
|
O
|
Q
|
H
|
M
|
T-F
|
X
|
Xəzər Lənkəran
|
13
|
8
|
3
|
2
|
18-13
|
27
|
İnter
|
13
|
7
|
4
|
2
|
11-7
|
25
|
Neftçi
|
13
|
8
|
1
|
4
|
21-10
|
25 | Bakı |
13
|
6
|
4
|
3
|
20-11
|
22
|
Qarabağ
|
13
|
6
|
3
|
4
|
16-12
|
21
|
Qəbələ
|
13
|
5
|
3
|
5
|
13-16
|
18
|
AZAL
|
13
|
4
|
4
|
5
|
17-16
|
16 | Simurq
|
13
|
4
|
3
|
6
|
11-13
|
15
|
Rəvan
|
13
|
3
|
6
|
4
|
16-17
|
15
|
Kəpəz
|
13
|
3
|
3
|
7
|
16-22
|
12
|
Turan
|
13
|
3
|
1
|
9
|
8-20
|
10
|
Sumqayıt Şəhər
|
13
|
2
|
3
|
8
|
7-17
|
9
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|