Bizdən əvvəl də üzürdü, limanlara
birinci çatan gəmi,
Üzən vardı, tufanlara sinə gərən,
həm vardı batan gəmi.
Dəniz çətin, dalğa böyük, tufanlı bir
zamanda,
Təlatümlü, burulğanlı, dəniz
kükrəyən anda.
Səyahətlər etmək üçün, bizlərə də
fürsət verincə zaman,
Çırmalanıb, gəmimizi qurmaq üçün,
işə girişdik o an.
Toplaşaraq böyük heyət, seçildi bir
kapitan,
Qurulurdu gözəl gəmi, adı – ‘’Xəzər
Lənkəran’’
Uzaq, çətin səfərlərə hesablanıb
quruldu,
Sanmayın ki, qurucular işlərindən yoruldu.
Limanımız Xəzərdədir, cənubdadır –
Lənkəran,
Gəmimizi qəbul edir, yola salır hər
zaman.
Səfərlərə həm çıxanda, həm də ki
qayıdanda,
Qarşılayır on minlərlə insan onu
limanda.
Bu gəmini hamı sevdi, hamı ondan
danışdı,
Körfəzlərdən, dənizlərdən, okeandan
danışdı.
Ilk səfəri uğurluydu, 2004-2005,
keçdi sınaq illəri,
O şahanə üzə-üzə yorulmadı, fəth
etdi könülləri.
Sonra bir az bilinmədən, sürətini o,
nədənsə azaltdı,
Amma buna baxmayaraq, səbirsiz
gözləyənlərlə dolu limana çatdı.
Bu möhtəşəm bir gəmi bəs nədən
yorğun göründü?
Azca təmir olunaraq, dənizlərə yenə
səfərə döndü.
Səfərlərdə yenə də o, lazımınca, həm
arxayın üzürdü,
Yaxın, orta, uzaq olan dənizlərdə
məharətlə süzürdü.
Yoxdu tayı, çox möhkəmdi, limanlara
o birinci çatırdı,
Baxmayaraq, tufanlarda neçə-neçə
başqa gəmi batırdı.
Bu il yenə lap sonacan yaxın idi,
çatmaq üçün limana,
Heyət hamı söz vermişdi, and içib
kapitana.
Heyhat, bu il gəmi ilk olaraq,
çatmayınca limana,
Sual dolu üzlər hamı çevrildi
kapitana.
Suallara cavab kimi, o kapitan acı
sözlər danışdı,
Olanlardan limandakı gözləyənlər
sanki bir anda çaşdı,
Həm gəmini, həm də onu gözləyəni çox
sevirdi kapitan,
Birdən-birə acı sözlər bəs nədən idi
o an?
Acı sözlər deyilmədi intizarla
gözləyən insanlara,
Acı sözlər aid idi bütün buna
səbəbkar olanlara.
Indi limandakı minlərlə insan,
Bir-birinə baxır çaşqınlığından.
Bax indi ətrafda olan gəmilər,
Özlərini çox əsaslı təmir elətdirirlər.
Belə olsa, biz onlardan çox qalarıq geridə,
Lakin bizim yerimiz daim var irəlidə.
Onlar bizdən güclü olub ətrafa söz salacaq,
Bizim gəmi zəifləyib çox geridə qalacaq.
Təhlükəli bir an gəlib, eşit bizi kapitan!
Bunu sizdən gözləyərək narahat min-min
insan.
Danışardı bir zamanlar hamı bizim
"Xəzər”dən,
Indi nədən geridəyik, biz qaçmışıq nəzərdən.
Öz adına, bizə layiq bir heyət formalaşdır,
Bizə zəif baxanları sən bircə anda çaşdır!
Yoxsa buna dözmək olmaz, qürurumuz yanacaq,
Çətinliyə dözməyərək çoxu alovlanacaq.
"Xəzər” bizim şərəfimiz, həm adımız,
sanımız,
"Xəzər” bizim ürəyimiz, damardakı qanımız.
Biz güclüyük, güclü qalaq, buna var
imkanımız,
Bunu sizdən gözləyirlər minlərlə
insanımız.
Bacarıqlı bir heyət qur, əziz
kapitanımız!
Müəllif: Mirhafiz M. Babayev, 13.06.2010
|