Şənbə, 27/Apr/2024, 01:04
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Oktyabr 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Oktyabr » 25 » XI turda qələbə əzmi vəd edən, IX turu unutduran, X tur qələbəsi
11:35
XI turda qələbə əzmi vəd edən, IX turu unutduran, X tur qələbəsi

       

            Premyer liqanın təsnifat mərhələsinin birinci dövrəsinin son, yəni XI tur "Qarabağ”la çətin səfər matçı öncəsi, komandamız X turda, evdə "Turan” üzərində 2:0-lıq inamlı qələbə qazanaraq, IX tur Gəncədə aldığı ağır və özünə yaraşmayan 1:4 hesablı məğlubiyyəti xeyli ölçüdə unutdurmuş oldu. Bu qələbə belə çətin səfər matçı öncəsi komandamıza çox vacib idi.

            X tur evdə, doğma meydanda "Turan” kimi gənc və perspektivli futbolçulardan qurulmuş bir komandaya qalib gəlməyimiz bizi çox sevindirir. "Xəzər Lənkəran” Mirça Rednikin gəlişindən sonra mövsüm boyu get-gedə oyun keyfiyyətini yaxşılaşdırmaqda davam edərkən, arxayınçılıq və ya rəqibi düzgün qiymətləndirməməyin ucbatından Gəncədə ağır məğlubiyyətə uğradı. Elə rəqibi qiymətləndirməməyin ucbatından əsas rəqibimiz "Neftçi” komandası da Tovuzdan xal itkisi ilə dönmüşdü. Amma rəqibinə düzgün yanaşaraq öz meydanında həmin "Gəncə”ni 6:2 hesabı ilə möhkəm silkələmiş oldu. 

            Əslində "Xəzər Lənkəran” da həm "Gəncə”nin, həm də növbəti tur "Turan”ın qapısı ağzında çoxlu qol vəziyyətləri yaratmasına baxmayaraq bunlardan çox az bir hissəsinin reallaşdırması üzündən bir problem yaşamaqdadır. Bu hal digər əvvəlki matçlarda da yaşandığından vurulan toplarımızın sayı azı iki dəfə kiçik rəqəm təşkil edir. Elə təkcə "MOİK” lə oyunda Dieqo Ruisin 4 real qol şansından yararlana blməməsi faktı filrimizcə, misal üçün kifayət edər. Düzdür, hamının bildiyi kimi bu mövsümə "Xəzər Lənkəran” çox qısa müddət ərzində həm baş məşqçi dəyişikliyi və həm də futbolçu heyəti qurulması baxımından vaxt azlığı kimi bir problem yaşadı. Qış transfer dönəmindən maksimum yararlanmaq lazım olduğunu təcrübəli Rednik də həm qeyd etməklə yanaşı, həm də alınan xəbərlərdən artıq xeyli əvvəldən əməli olaraq bu işlərin planauyğun həyata keçirilməsi yönündə işə başladığını demək olar. Hər halda biz Rednikə doğma komandamıza gəlişindən sonra çox işlər gördüyü üçün inanırıq. Əsl "Xəzər Lənkəran” formalaşdıdmaq yolunda ona uğurlar arzulayırıq. Mirça Rednikin son zamanlar Rumıniya millisinin baş məşqçisı postuna adının hallanması da dediyimizə bir sübut kimi göstərmək olar. 

            Kifayət qədər Avropa futbolunda tanınmış mütəxəssisləri olmasına baxmayaraq, Avropa və dünya çempionatlarında zaman-zaman öz sözünü demiş Rumıniya millisinin baş məşqçi postuna bu adın hallanması əlbəttə az şeydən xəbər vermir. Odur ki, Mirça Rednik kimi bir mütəxəssisin "Xəzər Lənkəran”ı irəli aparacağı bizdə şübhə doğurmur.

            Növbəti tur "Qarabağ”a səfərdə qalib gələcəyimiz təqdirdə həm bizim bu inamımız, həm də komandanın özünəinamının çempionluq yolunda daha böyük bir addım atmış olacağını söyləmək olar. Azarkeşlər isə həmişə "Xəzər Lənkəran”ın yanında olacaq və İnşallah qələbələrimizi birlikdə bayram edəcəyik.   

Views: 380 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz