Bu gün İslam
Cabbarlının doğum günüdür. Bu gün ən xoş arzularımızı bu insana diləməyin və
çatdırmağın əsl vaxtıdır. Çünki, onun simasında, "Xəzər Lənkəran"ın ətrafında belə,
sözün bütün müsbət mənalarında layiqli insanlar olduğunu görürük. "Xəzər Lənkəran"
camiəsi niyə böyükdür? Ona görə ki, bu komandanın ətrafında onun kimi insanlar
toplanıb.
İslam
Cabbarlı ac qaldı, susuz qaldı, bir an gözünü belə yummadan yuxusuz qaldı,
sağlamlığını təhlükə altında saxladı, lakin nəinki bir dəqiqə, heç bir an belə "Xəzər
Lənkəran"sız olmadı. Bəzən yanlış olaraq bəzilərimiz onu başa düşmədik.
"Xəzər Lənkəran"a göstərdiyi əvəzsiz xidmətlərində hansısa
maraqlarının olduğunu düşündük. Bu təbii ki, belə də olmalıdır. Çünki hər kəs
öz arşını ilə ölçür. Amma ölçü vahidlərini təyin edən bütün dünyada qəbul
olunmuş etalonlar var. Bəli, bu mənəvi etalon bütün mənalarda hamımıza nümunə
ola bilər. Onun "Xəzər Lənkəran”a olan məhəbbəti, onun "Fırtınalar Meydanı”na
yolunu bağlasa da, "Xəzər Lənkəran”a olan ürək sevgisini bağlaya bilməyib. Bu
insan özünü nə qədər zərbə altına qoysa da, "Xəzər Lənkəran”ın ağ günü üçün
döyüşməyi, onun dünya və Avropa komandası olması üçün həyatını qurban verməyə
belə hazır olduğunu dəfələrlə sübut etdiyini görmüşük. Təsəvvür edin ki, o, ad
gününün ən böyük hədiyyəsi kimi "Xəzər Lənkəran”ın varlığını görür və bu günə təsadüf
edən matçda qələbə qazanaraq, gümüş medallara sahib olmasını və Avropa Liqasına
komandasının vəsiqə əldə etməsini, bir daha ən böyük hədiyyə hesab edir. Burada
qazanc hər hansı madiyyat deyil, yalnız mənəvi qazancdır. Belə mənəviyyatlı tərəfdarları
olan komanda isə xoşbəxt olmalıdır. Bu xoşbəxtlik hisslərini isə hamı başa düşməlidir.
Sənə uzun
ömür, cansağlığı, həmişəki kimi döyüşkənlik və bol-bol uğurlar arzulayırıq. Hamımız
sizdəki düşüncə ilə komandamızın arxasında olsaq, əlbəttə "Xəzər Lənkəran” bir
dünya markasıdır!
"Bosman”
fanklubu 11 May 2012
|