 Bu gün, daha iki
şad xəbərlə yadda qalacaq. "AZAL”la matçın ortalarında zədələnmə səbəbindən əvəzlənməyə
məruz qalan komandamızın qapıçısı və həm də kapitanı Kamran Ağayevin zədəsinin
ciddi olmadığı aşkar olub. Komandamızın baş həkimi B. Xetaqurovun verdiyi məlumatda,
millinin də qapısını qoruyan K.Ağayevin ümumiyyətlə "AZAL”la oyunda zədələnmədiyini
deyib. Həmin oyunda K. Ağayevin əvəzlənməsinə onun köhnə zədəsinin süni ot
örtüyü ucbatından ağrıdığını söyləyən baş həkim millinin heyətində K. Ağayevin
Almaniyaya qarşı meydana çıxa biləcəyini bildirib.
İkinci şad xəbər
isə, bir müddət əvvəl komandamızdan uzaqlaşdırılan Nigeriyalı futbolçu Emeka
Oparanın yenidən "Xəzər Lənkəran”a dönməsi ilə bağlıdır. Görünür istədiyi
transferi reallaşdıra bilməyən M. Rednik yenidən E. Oparanın xidmətinə ehtiyac
duyub. Oynadığı qısa müddətdə azarkeşlərin əksəriyyətinin rəğbətini qazanan
Opara komandamızda özünəməxsus oyun tərzi və vurduğu qollarla "Xəzər Lənkəran”a
az xeyir verməyib. Həm də biz onu da düşünürük ki, komandamızın yeni transferi
olan Vinston Parksla onun oyunu uyğun gələrək böyük nəticələr verəcək. Hələ E.
Opara "Xəzər Lənkəran”da oynayarkən bəzən onun oyununun alınmamasını biz, onun
oyun tərzini komandamızda tamamlayacaq başqa bir futbolçunun olmaması ilə əlaqələndirirdik.
İndi bu boşluğu V. Parks doldurur və bu tandemin "Xəzər Lənkəran” üçün hücumda
böyük işlər görəcəyinə ümid edirik. Bizim qənaətimizcə, "QARA ŞİMŞƏK” və "BİZİM
DİDYE” rəqib komandalar üçün əsl başağrısına cevriləcəklər.
|