Dünən səhər saatlarında işə gedərkən "12-ci oyunçu" azarkeş qrupu Təşkilat Komitəsinin sədri İslam Cabbarlı iki polis əməkdaşı tərəfindən həbs edilərək, Lənkəran Şəhər Polis idarəsinə aparılıb. Uzun müddət zənglərimizi cavablandırmamaqla bizi də narahat qoyan İslam bəy nəhayət azadlığa buraxılaraq, zənglərimizi cavablandırdı. Gəlin özünü dinləyək İlk dəfə idi ki,polis idarəsini daxildən görürdüm.Düzü, çöldən baxanda daha təmiz görünürdü... * Səhər işə gedərkən iki polis əməkdaşı mənə yaxınlaşdı və polis idarəsinə dəvət etdilər. Səbəbini soruşdum, amma "idarədə öyrənərsən" dedilər. Təbii ki, dövlətin polisinə müqavimət göstərəsi deyildim və onlarla idarəyə getdim. Orda qarşıma "Bakı" - "Xəzər Lənkəran" oyunundan öncə küçələrə yapışdırdığımız afişalardan birini qoydular. Guya biz bu afişaları azyaşlı uşaqların əməyindən istifadə edərək yaymışıq. Əslində o kağızlar polisin əlinə mayın 22-də keçmşdi(Vərəqənin üzərində tarix və vərəqəni müsadirə etdikləri gəncin adı qeyd olunmuşdu). Xarici görkəminə görə heç də azyaşlıya bənzəməyən bu gənc mayın 22-də bizdən afişaları istəmişdi. Həmin vaxt cəmi 17 afişa qalmışdı ki, ona verdik. O, da aparıb yaşadığı evin yaxınlığındakı elektrik dirəyinə və həyət qapısına yapışdırmaq istəyib ki, bu zaman polislər ona yaxınlaşaraq, adını öyrəniblər. Lənkəranda bu afişalar etirazla qarşılandığından qarşıdurmalar baş verməsin deyə plakatların yayımının dayandırmaqla bağlı qərar qəbul etmişdik.Özü də mayın 21-də belə bir qərar vermişdik və saytımızda da bu haqda elə həmin gün məlumat verilm işdi.İdarədə həmin vərəqəni qarşıma qoydular. Dedim ki, biz heç bir qanunsuz iş görməmişik. İzhatada da hər şeyi yazdım. Orda insanı əsəbiləşdirəcək çox hadisə baş verdi. Amma mən qətiyyən əsəbiləşmədim, təxribata getmidəim. Biz illərdir "Xəzər Lənkəran"ı, yurdumuzu, vətənimizi sevdiiyimiz üçün təmmənasız fəaliyyət göstəririk.Orada eşitdiyim fikirlər daxilən məndə əks fikirlər yaradırdı. Dedilər iş məhkəməyə gedə bilər, hətta məni cərimə edə bilərlər. Mən də qanun qarşısında cavab verməyə hazır olduğumu dedim. Məsələdən xəbər tutan rəis müavini məni yanına çağırdı. O da azyaşlı uşaqların əli ilə vərəqələnin yayılmasının qanunsuz olduğunu dedi. Mən də onalrın azyaşlı olduğunu bilmədiyimi qeyd etdim. Rəis müavini şöbə müdirinə tapşırıq verdi. Amma onlar yenə də öz fikirlərində qalıdlar. Dedilər ki, iş məhkəməyə aparılmalıdır. Yalan olmasına həmin vaxt ora 500-600 ahzarkeş toplaşmışdı. * İçəridə olduğum müddətdə Höccət Hacıyev bir neçə dəfə zəng etdi.Mənə bir neçə saat ərzində 500-dən çox zəng gəldi ki,zəng edib maraqlananların hamısına minntədaram. Üstündən təxminən bir saat keçəndən sonra məni rəisin otağına apardılar. Çox sakit və nəzakətli şəkildə mənə iradlarını bildirdi. Əlavə olaraq, mənə minnətdarlıq etdi ki, hərəktləriniz qiymətləndirilir, insanları qeyri-etik hərəkətlərdən uzaq olmağa çağırırsız. Bir daha bizim klubdan aslı olmadığınızı dəqiqləşdirdi. Daha sonra isə azadlığa buraxılmağı tapşhırdı. Bildirdi ki, informasiya vaasitələri ilə təbliğat aparın. Amma mümkünsə vərəqə yaymayın. Mən də ondan vərəqələrin həddi-buluğa çatmış insanlar tərəfindən yayılmasının da mümkün olmadığını soruşdum. Dedi ki, şüarların yazılmasında ehtiyatlı olun. Elə oradaca məni azadlığa buraxdılar. Rəisin otağında Höccət Hacıyevi və tanımadığım birini gördüm. Rəis Hacıyevdən bizim həqiqətən də müstəqil olduğumuzu soruşdu. O da təsdiqlədi. Çölə çıxandan sonra Höccət bəyə təşşəkkür etdim.Axı mənim azad olmağımın səbəbkarı da məhz o olmuşdu. * Bax belə,yaxşı ki,hələ üzümə duran olmadı və məni narkotik alverində və ya başqa bir işlə məşğul olduğum üçün ittiham etmədilər.Öz aramızdı orada da bir neçə dəfə futbol dili ilə desək,Fair play qaydaları pozuldu ki,mən də dərhal etiraz etdim.Axı biz belə işlərə etirz edirik.İstər futbolda istərsə də həyatın digər sahələrində. * Sonda daha bir məsələ haqda düçünmək lazım gəlir.Heç nədən hadisələri bu formada böyüdən polis əməkdaşları, onlara verdiyim bir suala cavab tapa bilmədilər.Axı "Xəzər Lənkəran" klubunun minlərlə azarkeşi vardır ki,onların böyük əksəriyyəti orta yaşlıdır.Digər klubların fan klubları isə 15-16 yaşlı uşaqlardan ibarətdir.Həmin klubların köynək və digər atributlarını paylayan o uşaqlara da diqqət ayrılırmı?O fan klublardan azyaşlı uşaqlar haqda sorğu sual olunurmu? * Amma bizim halda vərəqəni öz həyətyanı sahəsinin küçə tərəfdən olan giriş qapısına və qapının 90-sm məsafədə olan elektrik dirəyinə yapışdıran gənc,"12-ci oyunçu" azarkeş qrupunun üzvü də deyil.Sadəcə biz vərəqələri yaymaqdan imtina etdikdən sonra əldə qalan vərəqələri, onun istəyi ilə ona vermişdik.Həmin vərəqələrlə necə rəftar etməkdə isə azad olduğu üçün özü qərar vermişdi.İndi isə boynumuza mnnət olaraq deyirlər ki,gedin bir daha belə işlər etməyin.Niyə bu məsələ bu qədər şişirdildi.Niyə məni o formada sorğu suala çəkdilər.Niyə səhvimi bağışladılar.Ümumiyyətlə səhvim var idimi ? Bəlkə yerimi bilməli olduğunu anlatmaq istədilər.Mən isə hələ də anlamıram...
|