Statistika |
Cəmi Onlaynda: 1 Qonaqlar: 1 İstifadəçilər: 0 |
|
Baş Səhifə » 2012 » İyun » 12 » İntizam Komitəsinin qərarları
15:36 İntizam Komitəsinin qərarları |
7 iyun 2012-ci il «Kapital Bank U-15 Liqa»nın «Bakı» – «Neftçi» final qarşılaşmasından sonra hər iki klub nümayəndələri arasında baş vermiş kütləvi insidentlə əlaqədar İntizam Komitəsi aşagıdakı qərarları qəbul etdi: 1. Kütləvi dava-dalaşda iştirak etdiyinə görə «Bakı» FK-nın vitse-prezidenti Yaşar Seyidovun Premyer Liqa, əvəzedicilər, I divizion, U-11, U-13, U-15, U-16 və U-17 liqalarında keçirilən 12 rəsmi oyunda stadiona girişi qadağan olunsun və klub 6000 (altı min) manat məbləğində cərimə olunsun. Bu cəza hər bir yarışa ayrı-ayrılıqda 12 oyun olaraq müəyyən edilmişdir (maddə 39). 2. Kütləvi dava-dalaşda iştirak etdiyinə görə «Neftçi» PFK-nın icraçı-direktoru Mübariz Xudiyevin Premyer Liqa, əvəzedicilər, I divizion, U-11, U-13, U-15, U-16 və U-17 liqalarının hər birində keçirilən 10 rəsmi oyunda stadiona girişi qadağan olunsun və klub 6000 (altı min) manat məbləğində cərimə olunsun. Bu cəza hər bir yarışa ayrı-ayrılıqda 10 oyun olaraq müəyyən edilmişdir (maddə 39). 3. «Bakı» FK-nın qapıçılar üzrə məşqçisi Muammer Zekir aqressiv hərəkətlərinə görə 20 oyunluq kənarlaşdırılır (maddə 38). 4. «Neftçi» PFK-nın məşqçisi Arif Abbasov aqressiv hərəkətlərinə görə 20 oyunluq kənarlaşdırılır (maddə 38). 5. «Bakı» FK-nın futbolçuları Elçin Tağıyev, Mahir Mədətov və Renat Ağaverdiyev kütləvi dava-dalaşda aktiv iştirak etdiklərinə görə növbəti mövsümdə keçiriləcək müvafiq yaş qrupunda olan yarışlardan 6 oyunluq kənarlaşdırılır (maddə 38). 6. «Neftçi» PFK-nın futbolçuları Zeynal Zeynalov, Teymur Kamal və Emil Həsənzadə kütləvi dava-dalaşda aktiv iştirak etdiklərinə görə növbəti mövsümdə keçiriləcək müvafiq yaş qrupunda olan yarışlardan 6 oyunluq kənarlaşdırılır (maddə 38). 7. «Neftçi» PFK «Kapital Bank U-15 Liqa»nın qalibi üçün nəzərdə tutulan ölkə xaricində təlim-məşq toplanışına göndərilmək və qiymətli mükafatlar almaq hüququndan məhrum edilsin. 8. «Bakı» FK «Kapital Bank U-15 Liqa»nın ikinci yerinin sahibi üçün nəzərdə tutulan qiymətli mükafatlar almaq hüququndan məhrum edilsin. 9. «Neftçi» PFK və «Bakı» FK-nın U-15 komandasının kütləvi dava-dalaşda iştirak edən üzvlərinin milliyə çağırılmasına qeyri-müəyyən müddətə qadağa qoyulsun. Müvafiq yaş qrupları üzrə yığma komandaların baş məşqçilərinin təqdimatına əsasən bu məsələyə yenidən baxıla bilər. 10. «Neftçi» PFK və «Bakı» FK-nın rəhbərləri komanda üzvləri arasında etik qaydalara riayət olunması, rəqib komandanın üzvlərinə və rəsmi heyətinə hörmətlə davranması ilə bağlı müvafiq iş apararaq bu barədə AFFA-ya məlumat versinlər. 10 iyun 2012-ci il futzal üzrə Azərbaycan I divizionunun «Şturm» – «Baku Fire» matçının 27-ci dəqiqəsində «Baku Fire» klubunun 9 №-li futbolçusu Rüfət Rzayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlşadırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 27-ci dəqiqəsində «Bakı Fire» klubu meydançanı tərk edərək oyunu davam etdirmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 53). Mənbə: affa.az
|
Views: 415 |
Added by: BOSSMAN
| Dərəcələndirmə: 0.0/0 |
|
|
Növbəti Matç |
Xəzər Lənkəran İnter
Premyer Liqa XVTur
04 Dekabr 2011. Saat 16:00 |
Təsnifat Mərhələsi |
Komandalar
|
O
|
Q
|
H
|
M
|
T-F
|
X
|
Xəzər Lənkəran
|
13
|
8
|
3
|
2
|
18-13
|
27
|
İnter
|
13
|
7
|
4
|
2
|
11-7
|
25
|
Neftçi
|
13
|
8
|
1
|
4
|
21-10
|
25 | Bakı |
13
|
6
|
4
|
3
|
20-11
|
22
|
Qarabağ
|
13
|
6
|
3
|
4
|
16-12
|
21
|
Qəbələ
|
13
|
5
|
3
|
5
|
13-16
|
18
|
AZAL
|
13
|
4
|
4
|
5
|
17-16
|
16 | Simurq
|
13
|
4
|
3
|
6
|
11-13
|
15
|
Rəvan
|
13
|
3
|
6
|
4
|
16-17
|
15
|
Kəpəz
|
13
|
3
|
3
|
7
|
16-22
|
12
|
Turan
|
13
|
3
|
1
|
9
|
8-20
|
10
|
Sumqayıt Şəhər
|
13
|
2
|
3
|
8
|
7-17
|
9
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|