Bu
gün Rusiyanın Sankt-Peterburq şəhərində MDB və baltikyanı ölkələrin çempionları
arasında keçirilən ənənəvi "Birlik Kuboku” turniri start götürüb. Bu turnirdə
Azərbaycanı son çempionumuz "İnter” klubu təmsil edir.
Bu gün Bakı vaxtı ilə saat 12:00 da "A
qrupu”ndakı qarşılaşmalarla turnirə start verilib. Azərbaycanın "İnter” klubu
Qırğızıstan təmsilçisi olan "Neftçi” ilə görüşüb. Sankt-Peterburqdan ardıcıl
olaraq 4 xoş xəbər alınıb. Bu xoş xəbərlərdən 3-ü "İnter” komandasının
"Neftçi”nin qapısından ardıcıl olaraq üç cavabsız top keçirməsi oldusa, 4-cü
şad xəbər isə "İnter”in rəqibləri olan və eyni qrupda yer alan Moldova təmsilçisi "İskra-Stal” klubu ilə
Tacikistan təmsilçisi olan "İstiqlal”
komandaları arasındakı oyunun 1:1 hesabı ilə heç-heçə bitməsi olub. Belə ki,
ilk turdan sonra üç xalla "İnter” komandası "A qrupu”nda liderliyi ələ alıb.
Sonrakı 2 və 3-cü yerləri bir xalla "İskra-Stal” və "İstiqlal” komandaları tutursa, sonuncu, 4-cü
pillədə 0:3 hesabı ilə "İnter”ə məğlub olan "Neftçi” komandası qərarlaşıb.
Növbəti
oyunlarda da "İnter” klubuna qələbələr arzulayırıq. Bakının "Neftçi” və Lənkəranın
"Xəzər lənkəran” komandalarından sonra arzu edirik ki, bu dəfə də "Birlik
Kuboku”nu Azərbaycana "İnter” klubu gətirsin. Atalar ən azı "üçdən deyib”!
İlk
turda qazandığı qələbə münasibəti ilə qardaş "İnter” azarkeşlərini təbrik
edirik, onlara kuboka sahib çıxmanın sevincini yaşamalarını arzulayırıq!
|