Komandamızın
futbolçusu Julius Uobay əsas heyətə qaytarılıb. Bildiyiniz kimi o, hazırki mövsümün əvvəlində əvəzedici heyətə
göndərilmişdi. Afrikalı yarımmüdafiəçi artıq baş məşqçimiz Mirça Rednikin rəhbərliyi
altında əsas komandada məşqlərə başlayıb. Səkkizinci turda səfərdə "İnter”lə
keçiriləcək oyunda biz komandanın heyətində Julius Uobayı görə bilərik. Belə
ki, o bu müddət ərzində boş dayanmayaraq "Xəzər lənkəran”ın əvəzedici heyətinin
oyunlarında iştirak edib. Hətta o bu müddətdə əvəzedicilərin heyətində üç qola
da imza atıb. Fiziki formada olan Julius Uobay bu üzdən istənilən anda oynamağa
hazırdır. Komandamızın baş məşqçisi Mirça Rednik də bu məsələyə toxunarkən bunları
deyib: "Ümidvaram ki, Vobay əvvəlki səhvlərindən nəticə çıxarıb. Yarımmüdafiəçinin
bundan sonra işinə daha məsuliyyətlə yanaşacağına və azarkeşlərin əvvəlki Vobayı
görəcəyinə ümid edirəm”.
Biz də ümid
edirik ki, böyük ümidlərlə komandamıza gətirilən və əksər hallarda bu ümidi
doğruldan Syerra-Leoneli futbolçumuz, bundan sonra da göstərdiyi gözəl oyun və
vurduğu qollarla azarkeşləri sevindirəcək.
|