Noyabrın 27-də Hüseyn
Cəbrayıloğlunun 37- yaşı tamam olur. "Futbol+” qəzetinin bölgə müxbiri kimi
çalışan Hüseyn Cəbrayıloğlu ölkənin idman mətbuatında cənub bölgəsini layiqincə
təmsil edir. Azərbaycan futbolunda ən böyük camiə olan "Xəzər Lənkəran” ailəsinin hər bir üzvü Hüseyn bəyin cəsarətli yazılarını sevə-sevə oxuyur. Qələmə
aldığı yazılarında o çəkinmədən fikir bildirir və ədalət prinsipi tərəfindən
çıxış edir. Onun mövqeyi "azarkeş həmişə haqlıdır” deyiminə əsaslanır və dəyişilməz qalır. Xüsusi istedadı hesabına Cəbrayıloğlu
özünün köşə yazılarına şirinlik qatmaqla da oxucuların diqqətini çəkə bilir.
Belə ki, Cəbrayıloğlunun "Dostuma məktub” başlıqlı silsilə köşə yazılarını bircə
dəfə oxumaqla onun qələmə aldığı yazıların daimi oxucusuna çevrilməmək
mümkün deyil.
Belə ki, istedadlı yazar Hüseyn Cəbrayıloglu daimi
doğru xətt seçərək, bunu yazılarında da təbii olaraq yaşadır. Biz "Bosman”
fanklubu olaraq, bu istedadlı gənc yazarımıza can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi,
sağlamlıq və yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq.
|