HK-nin sədri Xaqani Məmmədovdan tələb edirik!
Dünəndən
bəri bəzi informasiya mənbələrində yayılan bir xəbər diqqətimizdən yayınmadı.
"Hakimlər komitəsinin məxfi planı” başlığı ilə yayımlanan xəbərdə 27 fevral
2011-ci il, XXII turda keçiriləcək "İnter” – "Xəzər Lənkəran” oyunundakı
hakimliklə bağlı araşdırmalar yer alır. Burada göstərilir ki; - "Ramiz Əsədov, Maya Nəbiyeva və Əli Əliyev
test-kuperdən keçə bilməyib və hər üçünün bu mövsümün sonuna qədər hakimlik
etməyəcəyi haqda Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov komitənin iclasında
bildirirb.”
Daha sonra mənbələr onu da bildirir ki; - "İş təkcə
Əsədovun bu oyuna təyinatıyla bitmir. İmtahandan keçə bilməyən Əsədovla bərabər
Munis Abdullayev də həmin oyuna təyin olunub… Cəzalı Əsədovu bu oyuna təyin
etmək ona işarədi ki, çıx, "günahlarını yu"... - Əgər Cənub klbunu
uduzdura bilsəz, onda test-kuperdəki uğursuzluğun əfv olunacaq.”
Bu birbaşa doğma klubumuz "Xəzər Lənkəran”la bağlı məsələ
olduğundan bizi narahat etməyə bilməz. O cümlədən xüsusən azarkeşləri dost
münasibətdə olan iki klub arasında bunun baş verməsi nələrəsə kölgə salmaq
cəhdi ola bilər. Əgər "Xəzər Lənkəran” əleyhinə hər hansı belə bir cəhd olarsa,
"İnter”li qardaşlarımızın bu yöndə obyektivliyi və ədaləti müdafiə edəcəklərinə
indidən əminik. Matçın teletranslyasiya olunmaması da şübhələrə və yayılan
söz-söhbətlərə haqq qazandıran kimi görünür.
Biz onu bilmək istərdik ki, Hakimlər Komitəsinin sədri
Xaqani Məmmədov niyə yayılan bu söz-söhbətlərə rəsmi münasibət bildirmir. Əgər
belə bir narahatçılıq yoxdursa, onda bu məsələyə Xaqanıi Məmmədovun rəsmi
olaraq münasibət bildirməsini tələb edirik.
Azərbaycanda "2015-ci ilə
qədər Futbolun İnkişafına Dair Dövlət Proqramının” hakimliklə bağlı müddəaları
da olduğundan Xaqani Məmmədovun bu məsələyə rəsmi münasibət bildirməyə borclu
olduğunu bir daha onun diqqətinə çatdırırıq.
Ümid edirik ki, yuxarıda xatırlatdığımız "Dövlət
Proqramının” tələblərinə uyğun olaraq nəinki bu matçda, digər matçlarda da
komandamız "Xəzər Lənkəran"a və ümumiyyətlə heç bir Azərbaycan klubuna qarşı
haqsızlıqlara rast gəlməyəcəyik.
Qoy, haqq edən qazansın!
"12-ci oyunçu” azarkeş qrupu
"Bosman” fanklubu 25 fevral 2011.
|