Cümə Axşamı, 28/Mar/2024, 12:26
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Noyabr 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
 123456
78910111213
14151617181920
21222324252627
282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Noyabr » 3 » Hakim Elçin Məmmədov haqda... Elnur Əşrəfoğlu: «Onun nə hoqqalardan çıxdığını yaxşı bilirik»
15:45
Hakim Elçin Məmmədov haqda... Elnur Əşrəfoğlu: «Onun nə hoqqalardan çıxdığını yaxşı bilirik»

          «Neftçi» klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti məşqçiləri Bəxtiyar Musayevlə «Neftçi» - «Gəncə» oyununun fasiləsi zamanı hakim Elçin Məmmədov arasında yaranmış insidentlə bağlı açıqlama yayıb.
          AFFA-nın İntizam Komitəsi Bəxtiyar Musayevin həmin matçda hakim Elçin Məmmədov təhqir etdiyini əsas gətirərək gənc məşqçini beş oyunluq cəzalandırıb və klubu beş min manat məbləğində cərimə edib. «Neftçi» klubunun bununla bağlı apelyasiya şikayəti isə təmin olunmayıb.
          «Neftçi»nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu Qol.Az saytına açıqlamasında bildirib ki, uzun illərdir Bəxtiyar Musayevi yaxından tanıyır: «Mən Bəxtiyarın insani keyfiyyətlərinə bələdəm. O, durduğu yerdə kimisə təhqir eləməz. Biz müəyyən araşdırma apardıq və bu qənaətə gəldik ki, hadisənin baş verməsində Elçin Məmmədovun özünün təqsiri olub. Bizim «Gəncə» ilə oyunumuzdan əvvəl Bəxtiyar Musayev Özbəkistana səfərə getmişdi. Həmin matçın fasiləsi zamanı Elçin Məmmədov Bəxtiyar Musayevə xitəban bildirib ki, «Sən gedib Özbəkistanda nə işlərlə məşğul olursan». Bununla Elçin Bəxtiyarı təxribata çəkib. Məşqçimiz isə Elçin «dilinin altında mızıldama» şəklində cavab verib. Elçin bu sözə görə oyunun protokolunda Bəxtiyar Musayevin onu təhqir etdiyini yazıb». 
          E.Əşrəfoğlu Elçin Məmmədovun həyat yoluna yaxşı bələd olduqlarını bildirib: «Bu adam ömrü boyu təxribatla məşğul olub. Hakimliyə necə gəlib, hansı oyunlardan çıxıb, bunu çox gözəl bilirik. Bizim ağzımızı açdırmasın. Yoxsa, Elçin Məmmədovun öz adını necə dəyişdirdiyini, həbsxanaya necə düşdüyünü və orada nələr etdiyi, təvəllüdünü hansı səbəblərdən altı yaş azaltdığını bir-bir sadalayarıq. Elçin Məmmədov AFFA və PFL-in adına xələl gətirir. Onun AFFA-nın keçmiş rəhbərliyi dövründə nə hoqqalardan çıxdığı, kimlərin səsini gizli şəkildə yazdığını yaxşı bilirik. Odur ki, bir daha təkrar edirəm, bizi danışdırmasın və təxribatlarından əl çəkib hakimliyini etsin».
          E.Əşrəfoğlu Bəxtiyar Musayevin cəzalandırılmasıyla bağlı qərar çıxaran AFFA-nın İntizam Komitəsini və onların şikayətini təmin etməyən Apelyasiya və Ekspert Komitəsini də tənqid edib. «Onlar lazımi araşdırma aparmadan belə qərar çıxarıblar. Azərbaycan hakimliyindəki problemlərin 70-80 faizində Elçin Məmmədovun adı hallanır. Nəyə görə hər dəfə klublar cəzalandırılır? Bir araşdırsınlar, görsünlər, Elçin Məmmədovun özünün nə əməlləri var».

          E.Əşrəfoğlu AFFA-nın hakimlərin əli ilə «Neftçi»yə kömək etməsi barədə iddialara da toxunub: «Bəs, deyirlər, bizə kömək göstərirlər. Elçin Məmmədovla bağlı son olay adi bir misaldır. Məgər, budur bizə kömək?!»

Mənbə: "Qol.az"

Views: 643 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz