HƏ... deyib, siqnal verənlər-"BİB...”
Bir
neçə vaxtdır ki, Mirça Redniki "Xəzər Lənkəran”dan uzaqlaşdırmaq üçün çoxlu
qüvvələr hərəkətə keçdi. Bura "çıqan” damğası vurmaq istəyənlərdən, klubun və
komandanın içindəkilərdən yararlanmaqla, oradan isə media və azarkeşlərin zəif
nöqtələrindən istifadə etməklə, böyük bir dairə fəaliyyət göstərdi. Belədə
fikirləşirsən ki, sən nə böyük adam imişsən ay, Rednik! ki, sənə qarşı bu
böyüklükdə dairəyə ehtiyac oldu.
Bəli,
onun əleyhinə işləyən qüvvələrlə yanaşı onun tərəfdarları daha da çox idi. Bir
yanda ürəklər dayanmışdı bir yanda səlahiyyət sahibləri. Çox vaxtı olduğu kimi
səlahiyyətlilər, ürəklərə qalib gəldi. Amma bu çalxalanmada çox şeylərə
aydınlıq gəldi və bu Məhərrəm müsibətində olduğu kimi əslində Haqq və Ədalət
qalib gəldi. İndi ürəklərdə və tarixdə bu hadisələr necə yaşayacaqsa, deməli o
da qalib gəldi. Rednikin əleyhinə olanlar heç də haqq tərəfdarları deyildilər və
özlərini haqlı göstərmək üçün min bir oyundan çıxdılar. Bir arqumentləri də
guya Rednikin onu müdafiə edənlərə pul paylaması olub.
Dünən
"futbolpress.az” saytının cəsarətli jurnalisti kimi tanınan Elçin Cəlilovun"Mirça
Rednik üçün rekviyem” yazısında bu fikirlərə rast gəldikdən sonra doğurdan da
idman jurnalistləri arasında belə bir fikrin olduğu qənaəti narahatlığımızın əbəs
olmadığının göstəricisidir. Axı Elçin bəy, yəqin ki, həmkarları ilə gündəlik
ünsiyyətdə olur və fikirləri ilə tanışdır. Onun aşağıdakı kimi dediyi sözlər isə,
vicdanlı adamlar üçün ən yüngül desək, tükürpədicidir.
"Mən də Mirça Redniki sevirdim. Belə çıxır ki,
Rednik mənə də pul verirdi? Azərbaycandan gedən, nalayiq münasibətə anında
reaksiya verib, buranı tərk edən və zəif yazılarla əslində, təhqir olunan
Rednikə görə heyfslənirəm. Redniki sevnlər onun haqqında yazmadı. Çünki bu ölkədə
kimisə sevdiyini desən, sənin hansısa marağa xidmət etdiyini sanarlar. Azərbaycan
futboluna və arvadağız idman mediasına elə ağasəlimlər, diniyevlər, böyükağalar
yaxşıdı... Gəbərin!”
Bu gün səhər
qəzet alıb oxuyanda isə bunun bir daha şahidi oldum. Hər gün aldığım və xüsusi
məsuliyyətlə əlimə götürdüyüm bu qəzetin dördüncü səhifəsindəki Həbib adlı
yazara məxsus "Rednik getmədi, göndərdilər” adlı başlığı olan yazıda bir daha
belə ittihamlar səslənmişdi. Rednikin gedişinin səbəblərinə toxunan yazar,
girişdə özündənrazı halda bunları deyir: ”...Bu sual ətrafında xeyli baş
sındırdıqdan sonra əsl həqiqəti üzə çıxarmağa nail oldum. Sən demə, rəhbərlikRedniki
necə yola salmağın planlarını çoxdan cızıbmış. Yaşananları faktlarla diqqətinizə
çatdıracam.”
Bundan sonra
isə yazdıqlarını əlbəttə fakt kimi göstərmək istəyir və ictimai fikiri
çaşdırmağa yönəldir. Bu yazıda onun digər fikirlərinə cavab vermək istəmirəm.
Buna səlahiyyətim də yoxdur. Ancaq yazıdakı bizlərə şamil olunmuş məqama
toxunacağam. Müəllif belə bir fikir irəli sürür: "...Axıdılan göz yaşları, maaşından kəsib Lənkəranda əsas söz sahiblərinə
paylanan onminlərlə manatlar sonda rumına kömək etmədi.”
Məlumdur ki,
biz də Rednikin bir mütəxəssisə lazım olan keyfiyyətlərinə görə onun komandada
qalmasının tərəfdarı idik. Eyni zamanda dizayn cəhətdən bugünün tələblərinə o qədər
də cavab verməyən saytımız olduğundan söz deyə bilmək imkanımız vardır. Dizaynı
indiki zamanla ayaqlaşmasa da burada gedən yazılar bu günün hadisələrinə
maxsimum obyektiv qiymət verməyə çalışıb. Bunu respublika əhəmiyyətli saytlarda
verilən yazılarımız da sübut edir. Deməli həm Rednikin tərəfdarı kimi həm də
söz sahibi kimi biz də nəzərdə tutuluruq. Həbib bəyə demək istərdik ki, əgər əlində
belə faktı varsa, onu açıqlasın. Yoxsa, dar düşüncəyə, heç kimdə vicdan, şərəf,
dürüstlük görmək istəməməsinin səbəbi nədir? Yoxsa o da sifarişlə yazı yazır.
Biz özümüz belə yolun yolçuları olmadığımızdan onun haqqında da belə fikrə düşmək
istəmirik. Amma belə çaşdırıcılıqdan istifadə edən kəslərə və ola bilsin ki, təsir
altına düşən kəslərə bir sözümüz var. Əgər əlinizdə hansısa fakt varsa onu
açıqlayın. Açıqlamağa faktınız yoxdursa, onda ictimaiyyəti çaşdırmağa
çalışmayın. Bu vivdan və şərəf məsələsidir. Vicdanı və şərəfi olanlar belə məsələlərdə
diqqətli olurlar.
Biz nəinki,
Rednikdən hələ heç kimdən bir qara qəpik də almamışıq. Təsis xərclərindən
tutmuş, bugünəqədərki bütün məsrəfləri özümüz çəkmişik. Heç kimin də yanında
gözükölgəli deyilik. Ona görə də müstəqil düşüncə ilə çıxış edə bilirik.
"Makkabi” ilə oyun ərəfəsində biletlərin haqqındakı söz-söhbətlər yadınızda
olar. Bütöv fanklub kimi iştirak etmək və bir sektora bilet almaq üçün çətinliyimiz
oldu. Onda da biletlərin "qara bazar” variantı ilə satıldığını bilirdik. Müəyyən
olunmuş qiymətə və əsasən də bir yerə bilet almaq üçün kluba müraciət etdik.
Bizə narahat olmayın stadionun kassalarında sərbəst bilet satışı var dedilər.
Sevincək, dərhal kassaya yaxınlaşdıqda isə şəxsən mənə belə dedilər: "Doktor,
biletlər bizdə deyil, bitişik ərzaq mağazasında 3 manata satılır. Halbuki
biletlərin qiyməti 2 manat təşkil edirdi və biletin üzərində qeyd olunmuşdu. Mən
də yaxınlaşıb bütöv fanklub üçün aldığıma görə 2 manat 80 qəpikdən pulunu ödədim.
Amma sevinirdik ki, oyuna baxa biləcəyik və komandamıza dəstək nümayiş etdirəcək,
üzərində ingilis dilində yazılmış,-"Alın 15000 ürəyi, 2 qol verin!”plakatını
aça biləcəyik.
Əgər hansısa
sözünüz varsa, bunu faktlara əsasən söyləyin. Yoxdursa, onda cəfəngiyyat
açmayın. Bəlkə də Həbib, bu formada çıxış etməklə, həqiqətin ortaya çıxmasını
istəyib. Elə isə biz həqiqəti söyləyirik. Siz isə qəzetdə bizim dediklərimizə də
yer verməklə bunu təkzib edin! Bu halda ictimaiyyət arasında çaşqınlıq aradan
qalxar. Belə bir günlərdə günah etməyin cəzası daha ağır olar. Gözləyirik, Həbib
bəy. Onda biz də başlığa görə sizdən üzr istərik. Sizin qəzet həqiqətlər qəzeti
kimi güclüdür və yalnız bu amala xidmət, onun səhifələrində gözəl görünür. Mirhafiz Babayev
|