Cümə, 29/Mar/2024, 15:55
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Avqust 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » Avqust » 22 » Gündüz=Gecə və ya Aydın səhər!
16:40
Gündüz=Gecə və ya Aydın səhər!


            Nəhayət, bu mövsümdə keçiriləcək ilk Böyük oyun gəlib yaxınlaşır. Bu ilk qarşılaşma avqustun 25-də Lənkəranda keçiriləcək. Böyük oyun adı, "Xəzər Lənkəran”ın bərpasından və milli çempionatda çıxışlarına başladıqdan sonra, mətbuat tərəfindən, konkret desək, ölkənin bir nömrəli idman nəşri olan "Futbol+” qəzeti tərəfindən bu oyuna verilib. Bu da təsadüfi deyildi. Papasının gül balası "Neftçi”nin önündəkiləri min bir hoqqayla əzişdirdiyi vaxt, bərpasının ilk ilindəcə qarşısında "Xəzər Lənkəran”ı görməsi oldu. Böyük oyunları çox seyr etmişik. Üzüldüyümüz də olub, üzüntülərimizi parlaq qələbələrimizə sevinərək, unutduğumuz da… Qısası həmişə dogma "Xəzər Lənkəran”ımızın yanında olmuşuq.

            Biz bu dəfəki Böyük oyunda da sevimli komandamızın yanında olacağıq. Amma qarşı tərəf çaşqınlıq içindədir, yəni "Neftçi” klubu. "Neftçi” klubunun sözünü deyən, onun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə "İdmanxeber.com” saytına əndrəbadi açıqlama verməsindən də görünür ki, "Neftçi” klubu çaşqınlıq içərisindədir. Təbii ki, Gündüz Abbaszadə öz sözünü demir. Bu barədə klubun rəsmi mövqeyini ortaya qoyur. Nə deyir, Gündüz Abbaszadə? Bunun üçün futbol ictimaiyyətinin acı xatirəsinə çevrilmiş bir qədər əvvələ səyahət etmək lazımdır. Yəni, son Böyük oyunda, qısası ölkə kubokunun finalında yaşananlar bu açıqlamaya səbəb olmuşdur. 28 may İstiqlal Bayramı günündə ölkə kubokunun finalında "Neftçi” klubunun rəsmilərinin oyun bitdikdən sonra, bir daha qeyd edirik, matç bitdikdən sonra komandamızın iki futbolçusunu, hörmət bəslədiyimiz legioner Radomir Todorovu və komandamızın gənc üzvü olan Kamran Abdullazadəni, futbol qurumlarının, klub rəsmilərinin, mətbuatın və iyirmi minə yaxın azarkeşlərin gözü qarşısında vəhşicəsinə döydü. Hətta Kamran Abdullazadənin qanını axıtdılar. Sonradan bu vəhşiliyi əks etdirən kadrlar internet vasitəsi ilə bütün dünyaya yayıldı. Etdiyi vəhşiliklərə görə klub rəsmən üzr istəmədi. Yalnız bir iki nəfər öz adından üzrxahlıq etsə də bu üzrxahlıq cinayət tərkibi olan hadisələrin təsirini soyutmadı. Əslində indi də gec deyil, RƏSMİ ÜZR İSTƏMƏK. Amma rəsmi üzr istəmək əvəzinə, görün klub öz sözçüsünə necə açıqlama verməyi tapşırıb. "İdmanxeber.com” saytına "Neftçi”nin sözçüsünün verdiyi açıqlamanı təqdim edirik: "Biz ümumiyyətlə ötən mövsümün sonlarından heç bir səfər matçına azarkeş aparmırıq. Yalnız gedənlər azad azarkeş qrupları olur.  Buna görə də, bu dəfə də Lənkəran səfərinə heç bir azarkeş aparmayacağıq".

Bu sözləri İdmanxeber.com saytına açıqlamasında "Neftçi” klubunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib.

Klub rəsmisi bildirib ki, Lənkərana özləri gedəcək azarkeşlərə isə cavabdehlik daşımayacaqlarını bildirib:

"Biz "Neftçi" klubu olaraq hər zaman azarkeşlərimizin yanındayıq. Ora gedən fanat hər şeyi göz önünə almalıdı. Biz heç kimi səfər matçlarına aparmırıq. Ora gedəcək azarkeşlər də məsuliyyətini daşımalıdı. Biz insident istəmirik. Bundan öncə də azarkeşlərimizi yanında olmuşuq. İndi də, belıə olacaq. Sadəcə yenədeyirəm, biz səfər oyununa azarkeş aparmırıq və ora gedəcək hər bir azarkeş öz məsuliyyətini daşımalıdı". (http://idmanxeber.com/xeber/408/ )

            Heç nə olmayıbmış kimi sadəcə guya ötən mövsümün sonlarından heç bir səfər oyununa azarkeş aparmadıqlarını deyən klub rəsmisi, sonradan bu dəfə Lənkərana səfər edən azarkeş olacaqsa, buna görə məsuliyyət daşımadıqlarını dilə gətirir. Əslində bununla da klubun həmişə azarkeşlərinin yanında olması fikrinə rəsmən tüpürür. Daha sonra klub rəsmisi "ora gedən fanat hər şeyi göz önünə almalıdır”-deyir. "Biz incident istəmirik”. "…və ora gedəcək hər bir azarkeş öz məsuliyyətini daşımalıdı”. Azarkeşinin dalında durmamaqla ona tüpürən klub, həm də bununla 28 mayda törətdikləri vəhşiliyin miqyasını dərk etdiyini ortaya qoyur. Amma yenə üzr istəməyə ərinir. Qarşıda azarkeşinə böyük təhlükə olduğunu dilə gətirərək, üzr istəmədən və bir də azarkeşini insan yox, bir predmet kimi qiymətləndirən kluba daha nə deyəsən?!

            "Bosman” fanklubu həmişə əmin-amanlığa, insanpərvərliyə çağırış etməklə kifayətlənməyib. Bunu əməli olaraq da yarandığı gündən həyata keçirib. Çox böyük nailiyyətlər əldə edib. Elə 28 maydakı haqqında danışdığımız oyunda da "Neftçi” fanatları ilə təmas quraraq azarkeşlər arasında tam sakitliyə nail olmuşduq. Yaşananlar azarkeşlər arasında yox, "Neftçi” klubu səviyyəsində baş vermişdi. Biz də azarkeşik və bunun nə demək olduğunu yaxşı bilirik. "Neftçi” klubu göründüyü kimi azarkeşinə tüpürərək, hörmət qoymursa, biz də bu səviyyəyə enməyərək, həm bu oyunda komandamızı tək qoymamaqla, Fırtınalar Meydanını doldurmalıyıq, həm də klubu tərəfindən hörmət qoyulmayan "Neftçi” fanatına lazım gəlsə, yanımızda yer verməliyik. Lap yuxarı başda yer verməliyik ki, öz qonaqpərvər Lənkəranımızın adı və hörməti xatirinə. Bir də yada salırıq ki, 28 mayda yaşananlar azarkeşlər səviyyəsində olmayıb.

            "Neftçi” rəhbərliyinə isə yerini göstərmək üçün də aqressivlik lazım deyil. Onlar Radomir Todorovu və Kamran Abdullazadəni döyüb qanına bulaşdırmaqla etdiklərinin qorxusunu yaşayırlarsa biz, bütün azarkeşlər matç boyu bir dəqiqə dayanmadan, iki şüar səsləndirməliyik: "Xəzər Lənkəran”! və "Kamran, Radomir”! Bu şüarları səsləndirməklə onlara bu oyunçularımızı təkləyib döyürlərsə, bu futbolçuların dalında azı on beş min nəfərin olduğunu xatırladacağıq. Biz onları döyməyəcəyik. Futbolçularımızı həvəsləndirməklə, onları elə motivasiya edəcək, elə gözəl oyuna sövq edəcəyik ki, "Neftçi”nin qapısına vuracaqları bir neçə qolla onları nəinki, döyəcək, lap əzişdirəcəyik! İnanın ki, bu belə olacaq.

            Bir daha yada salırıq, şüarlarımız belə olacaq:  

"Xəzər Lənkəran”! və "Kamran, Radomir”!  

"Bosman” fanklubu

Views: 882 | Added by: BOSSMAN | Dərəcələndirmə: 5.0/1
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz