Cümə Axşamı, 25/Apr/2024, 09:33
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » İyul » 19 » Günahımız nədir bizim?
14:53
Günahımız nədir bizim?

           

            "Makkabi” Hayfa  görüşü üçün "Xəzər Lənkəran” İsrailə erkən gəldi, məşqlər keçirdi. Gözlənilənlərin əksinə olaraq oyuna heç də lazımi dərəcədə  motivasiya olunmamış bu komanda baş məşqçi Con Benjamin Toşakın ümidlərini doğrultmadı. Çünki Toşak səfər ərəfəsində demişdi ki, mən bu komandaya inanmasaydım bura gətirməzdim. Amma görüş bittikdən sonra, "Mən 30 illik baş məşqçilik təcrübəmdə hər hansı komandamdan bu qədər zəif oyun görməmişdim”-dedi. Hansı ki, bu 30 ili Avropa futbolunun ən uca dağlarında keçirib cənab Toşak. Məgər 30 illik belə təcrübə bəs etmirmi ki, komandada hücum xəttinin zəif olduğunu görəsən? Bəs orta xətdəki çatmamazlığı? Müdafiə də Avropa yarışları üçün gücsüz deyilmi? Hələ bazarlıqları demirəm. Daxili bazar məhsullarından Nildonu oyundan sonra əraziyə yaxın olan Nil çayına atmaq lazım idi və sonra da Braziliya şəkər qamışı ilə onu orda sıxıb batırmaq lazım idi. Elə soyadı qəliz Zohairi də. Afrikaya yaxın ərazilərə getmişkən Tounkaranı da Maliyə göndərmək lazım idi ki, gedib orada qalmış başını tapsın. Futbolçu nə qədər başsız olarmış? Topu götürüb ayaqları ilə hara daşıdığını, sonra onunla nə edəcəyini bilmək üçün futbolcuda baş lazımdır, baş! O baş ki, Tounkarada yoxdur. Elə bugünki "Xəzər Lənkəran” da Tounkaradan fərqlənmir. Tounkara topu götürüb rəqiblərlə mübarizəyə girişirsə, sonda vəziyyətdən necə çıxacağını bilmirsə, nəticədə ya topu itirir, ya da qapının hansı tərəfdə olmasını bilmədən sadəcə zərbə vurursa, elə komanda da həmin vəziyyətdədir. Topu ələ keçirmiş komanda rəqiblərlə vurnuxur, hücum xəttində "baş” olmadığı üçün sonda ya top itirilir, və ya da istiqamət bilinmədən hara gəldi vurulur.

            Toşak bunları görmürmü? Və ya 30 illik təcrübə bunları bilməyə yetmirmi? Bu ola bilməz! Onda bəs niyə layiqli futbolcular komandaya cəlb edilmir? Toşak buna necə dözür? Yəqin komandaya gələndə o hansısa öhdəliklər götürüb.

            Bəs klub rəhbərliyi bunlara necə dözür? Bu 10 ildə neçə-neçə milyonlar, hətta onmilyonlar xərcləndiyi bu komanda niyə belə vəziyyətdədir? Nədir bunun səbəbi? 10 illiklə əlaqədar olaraq Avropada sayılan "Fənərbağça” kimi nəhəngi Lənkərana gətirməyi bacaran bir klub rəhbəri, bir neçə oyuncunu komandaya gətirə bilmirmi? Bilir! Bu 10-illik tarixdə neçə-neçə ulduzu komandaya gətirməklə bunu çoxdan sübut edə bilib. Dərəlioğlu kimi futbolçunu 10 il öncə Lənkərana gətirməyə razı salmışdısa deməli puluna minnət. İndi o dövrdən daha on il keçib və deməli daha 10 illik təcrübə var. Üstəgəl Toşakın da 30 illik təcrübəsin. Deməli iş bunda deyil. Bu 10 ildə iddialı olan və çempion olmaq üçün yatırılan onmilyonları Əfqan Həmzəyevin, Anar Salmanovun və neçə-neçə hakimin vicdansızcasına çalınan fitləri ilə qəpik-quruşa çeviriblər. Onlar da özbaşına deyil ki, bu milyonları heçə döndərsinlər. Deməli futbol qurumlarında daha kimlər və daha nələr çəkilən zəhmətləri heçə döndərir. Bəziləri futboldan qovulub, bəziləri də qovulmasa yəqin ki, belə olacaq. Axı bizlərdən hər hansı birimiz bizə lazım olmayan işə müəyyən qədər pul xərcləsək və bu paranı kimlərsə heçə döndərsə, heç artıq bir manat da xərcləmərik. O saat hər şeyə tüpürərik. Haqlı-haqsız milyonlarından keçən kimləri isə qınamaqda nə qədər haqlıyıq? Vallah, idmanın şahı adlandırılan futbolu o qədər çirkaba bulaşdırıblar ki,..

            Məni heç kim qınamasın. Qınayana bir sualım olacaq əgər sənin müəyyən qədər para xərcləyib düzəltdiyin bir şeyi haqq-nahaq vurub dağıdırlarsa, onda daha sonra o istiqamətdə pulunu xərcləyərsənmi? İnsan öz bir neçə manatından keçmirsə, başqasının milyonlarına xor baxmalıdırmı?   

Mirhafiz Babayev 

Views: 451 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz