Şənbə, 20/Apr/2024, 00:19
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Fevral 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
2425262728

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » Fevral » 12 » Gücləndirilmiş heyət, gözlənilən məğlubiyyət
14:55
Gücləndirilmiş heyət, gözlənilən məğlubiyyət


Təlim-məşq toplanışından qayıdan "Xəzər Lənkəran” dünən doğma meydanda "İnter”i qəbul edirdi. Fasilədən qabaqkı komandayla müqayisədə obyektiv desək "Xəzər Lənkəran” heyətini kifayət qədər gücləndirmişdi. Buna konkret baxışda nəzər yetirdikdə, Gedənlər: Kamal Bayramov (Turan), Kamran Ağayev (Bakı), Akif Tağıyev, Branimir Subaşiç (Qarabağ). Adları çəkilən və komandadan ayrılan bu futbolçuların gedişi demək olar ki, bu və ya başqa səbəbdən gözlənilən idi. Çünki azarkeşlərimiz adları çəkilən bu futbolçuların hansılarınısa zəif çıxış etməkdə və hansilarınısa digər səbəbdən komandada görmək istəmirdilər və hər oyundan sonra demək olar ki, tənqid atəşinə tuturdular. Yaxın keçmişin münasibəti konkret olaraq belə idi və belə demək mümkünsə, istəklərimiz yerinə yetirildi. Gedənlərin yerlərini doldurmaq və bu baxımdan komandanı daha da gücləndirmək lazım idi ki, müəyyən mənada gedənlərlə müqayisədə yeni gələnlərin siyahısına nəzər yetirdikdə bunun baş tutduğunu demək olar.

 Gələnlər: Gökhan Güləç (Türkiyə), Uğur Pamuk (Sumqayıt), Marin Orsuliç (Xorvatiya), Alvaro Silva (İspaniya), Antonio Doblas (İspaniya), Estebian Oluqin (Argentina). Bu isimlər kifayət qədər gedənlərdən üstün sayılmalıdır. Çünki komandadan gedənlər nə "Barselonaya” və nə də məsələn, "Köln”ə, heç "Saraqosa”ya, nə "Malaqa”ya və nə də Xorvatiyanın və ya Türkiyənin hansısa klubuna getməyiblər ki, biz onları gələnlərdən güclü sayaq.

            "İnter”lə dünənki oyunda komandamız heç də gözlənilən səviyyədə oyun nümayiş etdirə bilmədi və nəticədə məğlub oldu. Bundan sonra yeni gələnlərin məsələn, qapıçı Toni Doblasın müəyyən qrup azarkeşlər tərəfindən sərt tənqid olunması başladı. Düzdür, ilk oyunundaca üç top buraxan qolkiper bu oyuna görə tərif oluna bilməz. Amma əsl səbəbləri axtardıqda dab u qədər aşağılana bilməz. Məgər, bu boyda koryerasına rəğmən T. Doblas istəyərdimi ki, ilk oyunda üç top buraxsın? Məgər o, bilmirdi ki, burada ilk oyununa çıxdıqdan sonra Avropanın və əsasən də İspaniyanın idman mətbuatı ondan yazacaq və heç də xoş olmayan müsahibələr almağa çalışacaqlar? Bu baxımdan əsas səbəbləri araşdırmadan hər hansı tənqidlərə yol vermək düzgün sayılmamalıdır. Dünənki oyunda T. Doblasın gözəl qurtarışları və rəqib hücumunun böyüyərək qol təhlükəsinə gətirib çıxaran momentlərini lazımi manevrlərlə əngəlləməsi də az olmadı. Bəzən onun ifasında avropasayağı qapıçı dinamikliyinin də şahidi olduq ki, bu hələ komandamızda görünməmiş hal idi.  Nə isə əsas səbəblərin müzakirəsinə gəldikdə bu yazının başlığında da özünü göstərir. "Gücləndirilmiş heyət, gözlənilən məğlubiyyət”. İlk baxışda bu fikir təzadlı görünə bilər. Yəni, əgər heyət gücləndirilibsə, niyə məğlubiyyət gözlənilən olmalıdır. Bax elə əsas səbəb də bu sayılmalıdır.

            Deyilən kimi gələn futbolçularla gedənlər müqayisə olunduqda heyətimiz daha da güclənmişdi. Amma məğlub olduq. Futbola yaxından bələd olan insanlar təsdiq edə bilər ki, hər hansı güclü heyət heç də qələbənin və uğurun mütləq açarı demək deyil. Burada onlarla digər faktorlar var. Heyətin stabil olması, fiziki hazırlıq, əzmkarlıq, xətlərarası əlaqə, düzgün seçilmiş taktika və sair və ilaxır. Bir də oyunun xarakteri, hətta kubok və ya çempionat oyununun fərqləri, ev və səfər matçlarının xarakter fərqləri kimi nüansları da bura əlavə etmək lazımdır. Digər fərqlərdən biri kimi bura uzun fasilədən sonra, yəni ritmə düşməmiş komandanın psixoloji və digər baxımlardan da ibarət olan ilk matç məsələsidir. Bütün tanınmış məşqçilərdən və o cümlədən sevdiyimiz Mirça Rednikdən də dəfələrlə, yeni start dövründə, "ilk oyun idi” və ya "ilk oyunun çətinliyinə baxmayaraq qələbə qazandığımıza görə çox şadam” kimi ifadələr eşitmişik. Bunu anlamaq o qədər də çətin deyil. Doğurdan da hər hansı peşədə uzun fasilədən  sonra, yenidən start götürdükdə insane əvvəlki ritmikliyi özündə hiss etmir. Bir müddət sonra isə hər şey əvvəlki kimi qaydaya düşür.

            Təbii ki, təcrübə baxımından Bakes, Rednik deyil. Rednik kimi böyük məşqçilər təcrübələri hesabına ilk oyunda da qələbə qazanmağın sirrlərini çox yaxşı bilirlər. Təbii ki, Bakes hələ gənc bir məşqçidir. Amma istedadlıdır. Əvvəldən dediyimiz kimi onda yalnız praktik sərkərdəlik təcrübəsi çatmır. Lakin onun istedadı fonunda bu qısa zamanda aradan qaldırıla biləcək çatmamazlıqdır. Bunu o, ilk hissədə buraxdığı səhvləri düzəltməklə, ikinci hissədə ortaya qoya bildi. İkinci hissədə taktiki planda və əvəzetmələr fonunda komanda əzmkarlıq nümayiş etdirərək iki qol da vura bildi. Hətta Sialması cərimə meydanında geyimindən çəkərək yıxan rəqib futbolçunun hərəkətinə görə komandamız penalti qazanıb bunu bərabərlik qoluna çevirsəydi, onda çoxlarımız yəqin ki, əzmkarlığın və sona qədər oynamağın müsbət nəticələrindən danışacaqdıq.

            Amma insafən Bakes birinci hissədən fərqli, ikinci hissə ortaya qoya bildi. Elə Bakesin komandamızın başına gəldiyi və "Bakı” ilə ilk oyuna çıxdığı matçı yada salmaq yerinə düşər. Bərbad oyun və məğlubiyyət. Amma sonra oyun planında xeyli artım və nəticədə əzəli rəqib "Neftçi” üzərində qələbə onun istedadının göstəricisi sayıla bilər. Sadəcə praktik olaraq Bakes dünən də "ilk oyun” sindromu yaşadı ki, bunu da ilk hissədən sonra düzəltməyə böyük ölçüdə nail ola bildi.  

            Bəzən bunları nəzərə almayıb, insane fantastic nəticələr gözləyir ki, bud a alınmayanda çox məyus olur və harda gəldi səhv axtarmağa çalışır. Rednikdən sonra yaxın keçmişdəki səhv addımlarla xeyli zəiflədilmiş, komandamız yeni-yeni özünə gələrkən ümidlərimizi bərbad etməyək. Bizdə İspaniya "La Liqa”sından gəlmiş Toni Doblas və Alvaro Silva kimi tanınmış isimlər, "Roma” kimi, "Dinamo” Buxarest kimi klublarda oynamış və bu gün də heç də zəif olmayan Adrian Pits və Manuel Skarlatake kimi təcrübəli futbolçular və belə təcrübəli isimlərlə birgə 15 yaşında əsas heyətə düşə bilən istedadlı Elnur Cəfərovlar var. Əlbəttə bu gün Elnur Cəfərovdan Messi olmağı tələb etmək mümkün olmadığı kimi, Bakesdən də Qvardiola olmağı tələb etmək mümkünsüzdür. Amma onlar istedadlıdırlar və çox da uzaq olmayan böyük gələcək vəd edirlər. Həvəsdən düşmək üçün heç bir əsas yoxdur, "Xəzər Lənkəran” bizim yeganə ümid yerimizdir.

Səbr ilə halva bişər ey qora səndən,

Bəsləsən atlas olar tut yarpağından.

Mirhafiz Babayev    

Views: 604 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz