Nəhayət, Azərbaycanda 2009/2010 futbol
mövsümü sona yaxınlaşır.Doğma "Xəzər Lənkəran” doğma divarlar arasında, doğma
azarkeşlərinin bir dəqiqə belə sakit durmayacağı son tur matçına sayılı saatlar
qalır. Bu tur özünəməxsusluğu ilə seçilir. "Bakı” klubunu qəbul edəcəyimiz bu
turda, qalib gələcəyimiz təqdirdə, 2009/2010 Azərbaycan futbol mövsümünün
ÇEMPİONU - "XƏZƏR LƏNKƏRAN” olacaq !
Belə fürsəti əldən qaçırmaqmı olar? XEYR!
"Xəzər Lənkəran” çempion olmaq gücündədir. "Xəzər Lənkəran” Azərbaycan çempionu
olmuş bir komandadır, bu il yenə bunu qazanmağa layiqdir.
2006/2007 mövsümünün çempionu olmuş "Xəzər
Lənkəran” həmin ildə də, son turda, çempionluğunu rəsmiləşdirmişdi. Lakin həmin
il son tur doğma Lənkəranda deyil, Qəbələ şəhərində ovaxtkı "Gilan” klubu
üzərində 0:3 qalibiyyəti ilə rəsmiləşmişdi. Qəbələdən Bakıya, oradan da
Lənkərana qayıdan biz azarkeşlər, yolboyu qələbə sevinci yaşaya-yaşaya
bir-birimizlə müxtəlif söhbətlər edir, sevincimizi paylaşırdıq. Bu
söhbətlərin əsas mövzularından biri də
nə vaxtsa, "Xəzər Lənkəran” təqvimə əsasən son oyununu doğma meydanda keçirərək
çempionluğunu elə bu oyundaca qeyd etməsi barəsində idi. Çünki, Qəbələdə
nisbətən az azarkeş sayı ilə o, anları yaşamaq hara, doğma Lənkəranda belə bir
anı yaşayıb bayrama çevirmək hara?
Bu çoxdan bu yana gözlədiyimiz an gəlib
yaxınlaşır. Dediyimiz kimi də "Bosman” fanklubu da buna xüsusi hazırlaşır.
Həmişəki kimi "R” sektorunda bir neçə saat əvvəldən yerlərini alacaq "Bosman”
fanklubunun üzvləri hamı ağ-yaşıl rəngə bürünəcək,müxtəlif şüarlar
səsləndirəcək, "12-ci”lərin hədiyyəsi olan Barabanı səsləndirəcək və bununla
"R” həmdə yaxın sektorları coşduracaq. Bundan başqa Azərbaycanın,"Xəzər
Lənkəran”ın və "Bosman”ın bayraqları
dalğalanacaq. Daha bir əlavəmiz isə, "Xəzər Lənkəran” klubunda oynayan bütün
futbolçuların məxsus olduğu ölkələrin bayraqları bir cərgədə əllərdə tutulacaq
və hər hansı ölkədən olan oyunçu çağırıldıqca, həmin bayraq yuxarı qaldırılacaq.
Bununla da komandamızın hər bir futbolçusu belə məsul oyun öncəsi
ruhlandırılacaq və çempionluğa çağırılacaq!
İNŞAALLAH, Mayın 15-i bax
beləcə, "Xəzər Lənkəran”ın çempionluğunun şahidi və bu bayramın iştirakçısı
olacağıq!
|