"Xəzər Lənkəran”ın fanat qrupu olan "Caspian Ultras”ın
növbəti toplantısı keçirilib. Oktyabrın 7-də baş tutan bu toplantıda qərara
alınıb ki, "Xəzər Lənkəran” klubunun hazırki durumunun müzakirəsi üçün
klub rəhbərliyi ilə görüş keçirməkdən ötəri fanklubların rəhbərlərinə təkliflərlər
göndərilsin.
"Bosman”
fanklubu olaraq bizə də belə bir təklif dünən, "Caspian Ultras” fanat
qrupunun rəhbərliyi tərəfindən gəlmişdi. Təbii ki, klub rəhbərliyinin ən
yüksək səviyyədə təmsil olunacağı belə bir görüşə fanklub rəhbərləri ilə birgə qatılmaq
təklifinə yox demədik. Onu da deyək ki, sentyabrın 1-də klubun fəxri
prezidentinə müraciət etdiyimizdən müraciətdə qaldırılan məsələlərin həlli
baxımından belə bir görüşü onsuz da maraqla gözləyirdik. Amma xatırlatmaq
yerinə düşərdi ki, keçən il avqust ayında "Caspian Ultras” fanat qrupu,
"Bosman” fanklubu, "Xəzər Lənkəran”ın rəsmi fan klubu və "12-ci
oyunçu” azarkeş qrupunun həmçinin fəal azarkeşlərin birgə imzaladığı görüş üçün
müraciətə nə klub tərəfindən bir cavab verilmişdi, nə də görüş baş tutmuşdu. Dünən ümidvar olduğumuzu bildirdik ki, bu dəfəki nəzərdə tutulan görüş təklifi də keçən ilki kimi
cavabsız qalmayacaq.
Onu da əlavə edək ki,
artıq bu gün belə bir görüşün keçiriləcəyi yer və vaxtın müəyyənləşdiyi barədə də
"Caspian Ultras” fanklubu tərəfindən bizə əlavə olaraq məlumat verilib. "Bosman”
fanklubu olaraq biz də tərəfimizdən iştirak edəcək nümayəndələrin adlarını
təqdim etmişik.
"Bosman” fanklubu
|