Dünən
Azərbaycan futbolu adına maraqlı məqamlar yaşandı. Bunlardan biri IV turdan
təxirə salınmış, oyunun keçirilmə yeri qlobal məsələyə çevrilmiş və nəhayət
Sumqayıt şəhər stadionuna nominal ev sahibi kimi çıxan "Xəzər Lənkəran” heç
zaman məğlub olmadığı Zaqatala təmsilçisi "Simurq”a 0:2 hesabı ilə baş əymişdi.
Əyilmiş başları dikəltmək üçün oyundan sonra baş məşqçi Yunis Hüseynov istefa
verdiyini açıqlasa da klub rəsmilərindən bu istefanın qəbul olunmayacağı
deyildi. Artıq gəldiyi qısa zamanda ikinci istefa qərarını açıqlayan baş
məşqçinin bu dəfəki istəyinə də klub rəsmilərinin "yox” deməsi, "getmə
gözümdən, gedərəm özümdən...”, xalq deyimini yada saldı. Adam və ya adamlar
komandanın get-gedə uçuruma getdiyini ya görmür, ya da "istefa” oyunu
oynayırlar. 5 oyuna cəmi 1 qələbə, 2 məğlubiyyət və 2 heç-heçədən, 5 xal
toplayaraq, 8-ci pillədə qərarlaşan bir komanda haqqında başqa nə demək olar? Özü
də bu heç İspaniya "La Liqa”sı da deyil. İspaniya futbolundan söz düşmüşkən,
mümkün olan həm ölkədaxili, həm Avropa və həm də dünya klub turnirlərinin bütün
titullarını qazanan "Barselona” kimi komandanın istedadlı baş məşqçisi, Josep
Quardiola, növbəti il, demək olar Çempionlar Liqasında bir "Çelsi”
məğlubiyyətinə görə;-"Mən bu uğurlardan daha artığını komandaya verə bilmədiyim
üçün istefa verirəm”-deyəndə, hamı bunu təəssüfqarışıq həqiqət kimi qəbul etdi.
İndi
bizim Yunis bəy ikinci "istefa”dan geri qaytarılır. Söhbət hər hansı istefadan
getmir; Yəni, Quardiola demiş;-"Mən bundan artığını komandaya verə bilmirəm” Amma
bir sual da var: Quardiolanın "Barsa”ya verdikləri və Yunisin "Xəzər”ə
verdikləri... Heç kimi qınamırıq. Alınmırsa bəs onda nə etməli? "Futbol+”
qəzetinin yazdığına görə 70-ci dəqiqədən sonra və həmçinin oyundan sonra da
azarkeşlərin baş məşqçini və bir klub rəsmisini istefaya çağırdıqları pik həddə
çatıb. Oyundan sonra mətbuat konfransında baş məşqçi istefa verimək qərarına
gəldiyini və bunun oyunçuların aşağı səviyyədə oynadığı üçün etdiyini bildirərək,
qətiyyətsiz şəkildə "istefa ərizəmi yazıb rəhbərliyə təqdim edəcəyəm”- kimi
çıxış edib. Bəlkə də qaytardılar fikrinin üstünlük təşkil etdiyi bu fikirdə, "Mən
gedirəm!” kimi qətiyyət yoxdur. Az sonra da onun istefasının qəbul
olunmayacağını digər klub rəsmisi çıxıb mətbuata söyləyir, hansı ki, oyunda iki
istefa çağırışlarından biri onun adı ilə bağlıdır. Bunun isə nə qədər hüquqi-məntiqinin
olmasını dünya hüquqşünasları araşdırmalıdır. Bir istefaya çağırılan adamın
istefasını, eyni vaxtda digər istefaya çağırılan adam qəbul etmir. İndi
İspaniyada futboldur, bizdə oyun, yoxsa, bizdə futboldur, İspaniyada oyun? Yaxşı
ki, klub prezidenti sonradan məsələyə müdaxilə edərək bir növ buraxılmış səhvi
aradan qaldırdı.
Bir
müddət əvvəl Yunis Hüseynovun, Redniki Lənkəran azarkeşlərinə unutduracağından ağızdolusu
yazan mətbuat, bu gün komandanın lazımi transferlər etmədiyi və alınan yeni
oyunçuların da özlərini doğrultmadığını deyir. Elə həmin Redniki unutduracaq
olan Hüseynovun transfer məsələsində "mən futbolçunu sınamasam komandaya
götürmərəm”,-deməsinin ardından, daha sonra bizə hazır futbolçular gələcək və
birbaşa müqavilə imzalayacaqlar. Sonuncu, bir metrdən topu qapıya göndərə
bilməyən, heç bir ağıllı hücumların təşkilini bacarmayan futbolçular "hazır
oyunçular” qəbilindən deyildimi, Hüseynov onları qəbul etdi? Ya oyunçu seçimi
problemi var bu baş məşqçinin, ya da oyunçu var, taktika seçimi problemi var
burada. Hər iki halda bizim dediyimiz və yazı ilə çıxış etdiyimiz kimi;-"Yunis,
Rednik ola bilərmi?” fikri daha aktualdır. Bəli, ola bilmir. Niyə həqiqəti
deməyə cəsarətiniz çatmır? Redniki 1 çemodan pulla Avropadan oyunçu yox,
futbolçu gətirməklə suçlayan mətbuat, indi 5 çemodan da xərclənsə, nəticə 5
oyun, 1 qələbə, 2 məğlubiyyət, 2 heç-heçə və 8-ci yer. Amma bir çemodan pulla 4
oyuna 10 xal, uzun müddət turnir cədvəlinin lideri və ən yaxın izləyicisindən 7
xal irəlidə olan bir baş məşqçini pis futbol oynamaqda və pis transferlər
etməkdə hansı vicdanla suçlamaq olar? Bəs hansı vicdanla Rednikin əlindəki çemodanın
içinin pulla dolu olduğundan xəbərdar olub, bundan xəbərdar olmayanları ondan
pul almaqda suçlamaq olar? İndi bəlkə 5 çemodanın daha çox tutumundan
bəhrələnmək istəyi iştahlara yol açır? Bilmədiklərinizi danışmayın, nəinki,
yazmayın! Bunu Allah qəbul etməz. Hərəniz bir mərkəzdən idarə olunaraq Rednikin
üzərinə söz və işbirliyi saldırısı yapdınız. Biz isə Yunis bəyə qalıb işləməsi
üçün şans tanımaq istəyirik. Çünki, indi istefa vermək ərəfəsi deyil.
Fikirləşib vəziyyətdəın çıxış yolunu tapmaq lazımdır.
Qaldı
ki, Redniki sevənlərin fəallaşaraq onun qayıdışından əndişənizə. Heç narahat
olmayın. O bizim "Xəzər Lənkəran” və Azərbaycan futbolu üçün şərəfli bir tarix
yazdı. Nəticəsi isə manqurtların təpkiləri oldu. Belə bir dahi mütəxəssisin bu
şərtlər altında bir daha komandamıza qayıdışını biz nə istəmirik və nə də izn vermərik.
Vicdanlıların ləkələnməsinə göz yummaq özü də bir vicdan məsələsidir.
Günün
ikinci məsələsi isə ölkəmizi ilk olaraq Avropa Liqası qrup mərhələsində təmsil
edən "Neftçi” ilə bağlıdır. Dünənki səfər oyunuyla qrup mərhələsində debüt edən
"Neftçi” heç də pis təsir bağışlamadı. Hətda səfərdən qalib ayrılmaq şansının
olduğunu da deməliyik. Buna "Neftçi” panikaya düşmədən, oyun intizamının hökm
sürdüyü bir taktikayla nail oldu. "Neftçi”nin oralara gedib çatmasında digər
futbolçular kimi Julius Vobayın da kifayət qədər əməyi var. O Vobay ki, dünənki
oyunda rəqib tərəfindən onu dəyərləndirərək, xüsusi "bağlamışdılar”. O Vobay
ki, onu Azərbaycana "Xəzər Lənkəran” gətirib və o Vobay ki, onu "Xəzər Lənkəran”a
dahi Mirça Rednik gətirib. Onun kimi neçə-neçə futbolçuları da ölkəmizə
gətirib. Lakin "Neftçi” oyunçuya sahib
çıxmanın nümunəsini göstərə bildi. "Neftçi” oyunçuya sahib çıxmaqla özünü bu
futbolçuların hesabına irəli apara bildi. Bunu da bacarmaq lazımdır. Biz isə
bacarmadıq. Biz Redniki saxlamaqla haralara gedə bilərdik. Bunu da bacarmadıq.
|