Azərbaycanın
böyük şairləri, yazıçıları olub. Hansı ki, bütün dünya ədəbiyyatı bundan fayda
götürüb və bütün dövrlər üçün aktual olduğundan, indi də faydalanmaqdadırlar.
Bir çox belə dahilərdən biri də İmadəddin Nəsimi kimi dahi şairin müəllimi
sayılan Şeyx Fəzllulah Nəimidir. Bu haqda ölkəmiz film də çəkib. Onun yaratdığı
hürufi cərəyanı ilə işim yox. Ancaq filmdə səsləndirdiyi bir çox dahi
kəlamlarından biri üzərində bu yazımı qurmaq istədim.
1401-ci
ildə əmir Teymurun onun haqqında edam əmri və bunun oğlu Miranşah tərəfindən Əlincə
qalasında icra edilməsi üçün aparıldıqda, Nəiminin dahi Nəsimiyə və digər
tələbələrinə çox sakit və arxayın tərzdə dediyi bir kəlam öz aktuallığıyla bu
günümüzə də aiddir: -"Narahat olmayın bala, gedən cismimdirsə, ruhum sizdədir!”
Bununla
bu dahilərimiz Azərbaycanı dünyaya tanıtdırmış, öz izləri ilə vətəninə böyüklük
bəxş etmişlər. Bu gün 1401-ci il yox, 2013-cü ildir. Mövzumuz da ədəbiyyat yox,
ölkəni Avropa və dünyada tanıda bilən başqa sahədir.
Dünən
Azərbaycanın cənub şəhəri olan Lənkəranda tarixi sayılacaq bir hadisə baş
verdi. İdmanla və xüsusən futbolla maraqlanan hər kəs buna bayram ab-havası
kimi baxırdı. Avropa futbolunda xüsusi çəkisi olan Türkiyənin dörd nəhəng
klubundan biri "Fenerbahçe” şəhərimizə təşrif buyurmuşdu. Dünya ulduzlarının da
yer aldığı əsas heyəti ilə bu cənub şəhərini təmsil edən "Xəzər Lənkəran”ın on
illiyinin bayram tədbirləri zəncirinin ikinci halqası olaraq. Bu zəncirin birinci
halqasını düyada tanınmış Con Benjamin Toşakı komandaya gətirməklə toxuyan
klubun sahibi daha hansı halqalarla bu on illik zənciri bəzəyəcək Allah bilir.
Amma bu zəncirin hazırlanmasında heç də az əməyi olmayan azarkeş və fanat adını
daşıyan tərəfdarların da bu işdə az əməyi olmayıb. Onlar bu gün də bu zəncirdə
çox uğurlar həkk olunmuş halqaları görmək və bunun üçün əllərindən gələn hər
bir köməyi etmək arzusundadırlar. Təki bu sevgi və uğurlar Nəimilərin və
Nəsimilərin ədəbiyyat sahəsində tanıtdığı vətənə, futbol sahəsində də tanıtma
bəxş etsin. Bunun üçün şəraitimiz də var. Ən əsası dünyada tanınmış və ölkəmizi
futbolu ilə tanıtdıracaq dərəcədə imkanlı və böyük başqan kimi tarixə düşmə
şansı olan Mübariz Mənsimovumuz var.
Dünən
yaxın dostu və böyük başqan adlandırıla biləcək Aziz Yıldırımın komandası ilə
dostluq mübarizəsində 0:4 hesabı ilə məğlub olan komandamızda futbol adına
əskiklərimiz necə də bariz göründü. Bu əskikləri aradan qaldırmaq, heç olmasa
xeyli azaltmaq üçün hər şey öz çılpaqlığı ilə özünü göstərdi. Bir şeyə
sevindim. Adətən dostluq matçlarında heç-heçə ilə başa çatan nəticə qeydə
alınır. Amma dünənki oyunda əsl mübarizə və məntiqəuyğun nəticə qeydə alındı.
Bax, bu dostluğun gözəlliyi də elə bunda idi. "Makkabi” Hayfa ilə çətin rəsmi
matç öncəsi bəziləri bu məğlubiyyətin heç də yerinə düşmədiyini iddia edirlər.
Mən isə belə düşünmürəm. "Fenerbahçe” meydana əsas heyətlə çıxdı, gücünü
göstərdi, qələbəsini qeyd etdi. Bu komanda mübarizə əzminin və ruhunun nə demək
olduğunu əyani surətdə göstərdi. Türkiyəyə qayıdarkən dostlarımız, "Xəzər
Lənkəran”a çətin "Makkabi” Hayfa oyunu öncəsi sanki, Nəiminin gedərkən
tələbələrinə verdiyi ruhu:-"Gedən cismimdir, ruhum sizdədir!” mesajını verdi.
Komanda meydanda necə olmalıdır mesajını verdi. Yetər ki, bizim nəsimilərimiz
bu mesajı düzgün qiymətləndirib nəticə çıxarsınlar! Və mən əminəm ki, komandamız "Fenerbahçe" ruhuyla "Makkabi" önünə çıxsa, növbəti mərhələdə asan rəqibini də keçib daha irəli gedəcək.
Mirhafiz Babayev 22. 07. 2013
|