"Xəzər
Lənkəran” Avropa liqası 2010 mövsümünü yenə uğursuz başa vurdu. Bu yazı cavab
oyunundan bir neçə gün sonra yazılmasına baxmayaraq əslində həmin günün
təəssüratlarını özündə əks etdirir. Cavab qarşılaşmasından dörd gün əvvəl yəni
iyul ayının 4-də, mən və "Bosman” fanklubunun bir neçə üzvü Lənkərana
getmişdik. Bir neçə gün əvvəldən getməyimizin isə məqsədi var idi.
Çünki oyun
ərəfəsində matçı stadiondan izləmək baxımından fikir ayrılıqları var idi. Oyunu
stadiondan izləməmək üçün bəziləri təbliğat aparırdı. Bizim isə məqsədimiz
azarkeşlərin stadiona gələrək oyunu canlı izləməyə və bu tarixi gündə
komandamıza dəstək olmağa hesablanmışdı. Bunun üçün oyunöncəsi hər gün
komandanın məşqlərini izləyir, məşqdən fotolar çəkib uyğun yazılarla saytımızda
çıxış edirdik ki, artıq bunlarla tanışsınız. Eyni zamanda məşqləri izləyənlərlə
söhbətlərimiz olurdu və şəhərin müxtəlif yerlərində onlarla birlikdə bu tarixi
oyunun təbliğatını aparırdıq. Təbliğatda məqsəd isə son uğursuz mövsümdən sonra
azarkeşlərin incikliyini aradan qaldırıb, zəif düşmüş komandamıza həmin oyunda
güclü dəstək hesabına qələbə qazanmaqda kömək etmək idi. Soğolsun ki,
azarkeşlər əvvəlki aktivlikdə olmasa da komandanı dəstəkləməyə gəlmişdilər.
Məğlub olmasaq da, əfsus ki, mərhələni keçə bilmədik.
Buna bir çox
səbəblər vardı. A. Mircavadovun ikinci gəlişindən sonra ona demək olar ki,
daimi təzyiqlər vardı, daha sonra UEFA-dakı ilk rəqibimiz olan Atakinin "Nistru”
klubu ilə oyunöncəsi bu Moldova klublarının mətbuat tərəfindən çox kasıb və
zəif kənd komandalarına bənzədilməklə, rəqibə düzgün qiymət verə bilməməyimizə
gətirib çıxaran səbəblər və s.
Sonra bu il
hazırlıq dönəmində yetərincə transfer məsələlərinə fikir verilməməsi, bunun
nəticəsi olaraq A. Mircavadovun "transfer məsələləri ilə bağlı sualları
rəhbərliyə verin” deməsinin altında nələrin gizləndiyi də çoxlarımız eşitmişik.
Nə isə ölkə
çempionatının uğursuz bir formada qapanması, ölkə kubokunun uğursuz şəkildə
əldən getməsi, ardınca uğursuz bir Avroliqa oyunları... və məşqçi istefası... və
hələlik qeyri-müəyyən bir dövrün davam etməsi...
Növbəti
yazımızda izlənəcək bəzi məqamlar olacaq.
|