>+
Yazının
bir az gecikməsi oyunun yaratdığı gərginlikdən çıxa bilməməyimizə görə idi.
Bu gün 17 mart 2010-cu il saat
18:00da ölkə kubokunun ¼ final mərhələsinin cavab oyunu Lənkəranda "Xəzər
Lənkəran” –la "Qarabağ” arasında keçiriləcəkdi.
Əvvəlcədən də gərgin gözlənilən bu
oyunun Quzanlıda keçirilən ilk qarşılaşması 2:1 meydan sahiblərinin xeyrinə bitmişdi.
Oyun "Qarabağ”ın hücumları ilə
başladı. Bu bir qədər gözlənilməz taktika olsa da "Qarabağ” hücumlarını davam
etdirirdi. Elə onların bu səhvindən yararlanan komandamız nəhayət təşəbbüsü ələ
alıb hücumlara başladı ki, bunlardan biri Emekanın baş zərbəsindən sonra qapı
dirəyindən döndü. Hücumlarımız davam etdikcə qolun yetişdiyi görünürdü. Nəhayət
16-cı dəqiqədə Kabralın dahiyanə künc zərbəsi birbaşa F.Vəliyevin qapısından
keçdi. Hesab 1:0 komandamızın xeyrinə olunca, bu ümumiyyətlə ümumi qələbəni
təmin edirdi.
Bundan sonra həqiqətən də xeyli
zamandır ki, ölkə futbolunda görünməyən gərgin bir mübarizənin şahidi olduq. Bu gərginliyə
"Qarabağ”in futbolçuları dözməyərək bir neçə sarı və sonra 2 qırmızı vərəqə
alınca vəziyyət daha da gərginləşdi.
Burada komandamızın oyununun ümumi
gərgin matçda çox da gözəl alınmamasını qeyd etməliyik. Bu da təbiidir. Lakin ayrı-ayrılıqda
demək olar bütün futbolçularımız gözə dəyirdi. Xüsusilə E.Opara Drogbasayağı
oyunu ilə diqqət çəkirdi. Kamran, Kabral, Devran, Pexa, Çvetkov, Lalin, Todorov
və digər futbolçularımız yadda qaldılar.
Heyətinin 2/3-si milli komandamızda təmsil olunan "Qarabağ” "Xəzər
Lənkəran” səddini keçə bilmədi. Milli komandada məşhur alman mütəxəssis
B.Foqtsun oyun üslubunu mənimsəyən, gənc Q.Qurbanovun da komandası olan "Qarabağ”,
Azərbaycanın ən təcrübəli mütəxəssislərindən olan baş məşqçimiz A.Mircavadovun "Xəzər
Lənkəran”nına məğlub oldu.
Beləliklə ½ finala yüksələn tərəf
biz olduq. Sonrakı mərhələdə və finalda "Xəzər Lənkəran”a müvəffəqiyyət
arzulayır, həmçinin çempionatın da qalibi olmasını diləyirik
P.S. gün ərzində, bu günkü
qələbəmizdə rolu az olmayan K.Ağayevin oynayıb oynamayacağı ilə bağlı fanklubumuzun
dəqiqləşdirdiyi xəbərlərə görə də sevinməyə bilmərik.
Bundan əvvəlki yazımızda bu barədə
məlumat ala bilərsiniz.
|