Cümə Axşamı, 25/Apr/2024, 07:55
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Dekabr 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Dekabr » 13 » “Gəncə”nin qapısı ağzında şiddətli küləklər və ya əsl liderlik
18:53
“Gəncə”nin qapısı ağzında şiddətli küləklər və ya əsl liderlik

    

            XVII turun maraqlı qarşılaşmaları, "Xəzər Lənkəran”ın liderliyə yüksəlmə baxımından da az əhəmiyyət kəsb etmirdi. Doğma meydanda "Gəncə”ni qəbul etməli olan komandamız, bu mövsüm elə ilk, özü də böyükhesablı məğlubiyyətini bu komandadan Gəncədəki görüşdə almışdı. Beləliklə, rəqibi qiymətləndirməmə ucbatından alınan bu böyükhesablı məğlubiyyətin əvəzini XVII turda doğma meydanda çıxmaq, həm də qış fasiləsinə qədər maksimum xal ehtiyatı toplayaraq, rəqiblərin xal itkisindən yararlanıb "Qış Çempionu” olmaqla azarkeşləri sevindirmək, əlbəttə bizlərin bu uzun marafonun bununla minimum olaraq yerinə yetirilməsi fonunda istəklərimizin bir hissəsidir. Bu gün bunu bacardıq, İnşAllah qış fasiləsinə qədər qalan iki matçı da maksimum notlarla bitirib dediyimiz kimi bu mövsümün minimum proqramını yerinə yetirmiş olacağıq.

            "Xəzər Lənkəran” – "Gəncə” matçına gəlincə, təsnifat mərhələsinin ilk dövrəsindəki matçı, rəqibi qiymətləndirməmə hesabına böyükhesabla uduzmuşduqsa, təsnifat mərhələsinin cavab matçında, komandamızın bütün bunlardan nəticə çıxarıldığı göz önündə idi. Komandamız birinci hissədə meydanboyu külək kimi əsirdisə, ikinci hissədə "Gəncə”nin qapısı ağzında qarşısıalınmaz güclü küləyə çevrilmişdi. Məhz bu "Güclü külək inadkarlığının” hesabına komandamız qələbə qolunu vurub, sonda üç xalını hesabına yazdıra bildi. 

            Əvvəlki oxşar vəziyyətlərdə uzun-uzadı hücumların faydasızlığından, topun qapıya getməməsindən sonra komanda ruhdan düşürdüsə, bu dəfə "Xəzər Lənkəran” sanki "Gəncə”nin tərəfində olan fələklə də əlbəyaxaya çıxmışdı. Ruhdan düşməyin nə olduğunu bilməyən komandamız nəhayət bunun bəhrəsini gördü. Tam mənada bütün komandanın cərimə meydançasında müdafiədə oturması nəinki "Xəzər Lənkəran” üçün, elə adlı-sanlı dünya klubları üçün də çətin keçiləndir. Əlbəttə hərənin özünə görə rəqibi olduğunu nəzərə alsaq. Futbolçularımızın belə görüşü xarakter göstərərək qazanmasını isə alqışlamaq, məşqçilər korpusunu isə qiymətləndirmək lazımdır.

            Bu matç bir az da nostalji hissləri oyatdı desək yanılmarıq. "Xəzər Lənkəran”ın müəyyən fasilədən sonra, 2004/2005-ə təsadüf edən bərpa ilində də oxşar vəziyyətlə rastlaşmışdıq. Xatırlayırsınızsa, həmin mövsüm xallar bərabər olacağı təqdirdə, çempion yalnız "Qızıl Oyun”la müəyyən olunacaqdı.   

            Çempionatın son oyununu Gəncədə səfərdə keçirən komandamız yalnız qələbə qazanmalı idi ki, xallarını "Neftçi” ilə bərabərləşdirsin. Həmin vaxt Bakıda "Turan”la oynayan "Neftçi” komandası hesabda geri düşməsinə baxmayaraq, o qədər də parlaq olmayan süst oyunu ilə matçı qazanmışdı (?). Həmin oyunda bir neçə dəfə əlinə yüzfaizlik qol vurma imkanı düşən "Turan”ın futbolçusu Nadir Nəbiyev bu imkanlardan "istifadə edə bilməyincə”, "Neftçi” üç xal qazanmış oldu və maraqlıdır ki, növbəti mövsümdən Nadir Nəbiyev "Turan”dan əks düşərgəyə keçdi. Bu ovaxtkı mətbuatın gündəmini uzun müddət zəbt edən bir mövzuya çevrilmişdi.

            Qaldı "Gəncə”nin "Xəzər Lənkəran”la oyunda müxtəlif üsullara əl atmasına, dediyimiz kimi bu barədə o vaxtkı mətbuat da çox şeylər yazdı. Yaddaşında olanlar yəqin ki, bunları xatırlamamış deyillər. Belə misallara "Gəncə” futbolçularının səbəbsiz olaraq yerdə uzanmalarını, oyun gedə-gedə kənardan meydana ikinci topların atılmasını, top kənara çıxdığı halda onun oyunçularımıza çox gec verilməsini və sair kimi hallarla oyunun 0:0 bitməsinə nail olmaq cəhdləri, bununla da "Xəzər Lənkəran”ın xal itkisinə səbəb olaraq "Neftçi”dən geri qalmasına nail olmaq cəhdi. Əyər bu baş tutsaydı onda "Neftçi” avtomatik çempion olacaqdı. Amma haqq deyilən bir anlayış da var. Bu haqq anlayışı matçın son dəqiqələrində öz sözünü deməli oldu. Matçboyu bir çox hallarda "Xəzər Lənkəran”ın əleyhinə qərarlar verən baş hakim, nəhayət rəqibin son dəqiqədə futbolçumuzu açıq aydın cərimə meydanında yıxmalarına "göz yuma bilmədi”. Beləliklə, təyin olunan penalti zərbəsini gəlmiş-getmiş legionerlər içərisində ən seçiləni olan Oktay Dərəlioğlu qola çevirməklə həm həqiqətin öz yerini tapmasında böyük rol oynadı və həm də bütün maneələrə baxmayaraq komandamıza üç xal qazandıraraq, "Qızıl Oyuna” daşımış oldu. 

            Burada daha bir maraqlı məqamı da nəzərinizə çatdırmaq istəyirik. Bu oyunun "Gəncə” üçün heç bir prinsipial əhəmiyyətinin olmamasına baxmayaraq, "Xəzər Lənkəran”a həmin məğlubiyyətdən sonra "Gəncə”nin o vaxtkı baş məşqçisi Şahin Diniyevin göz yaşlarını sel kimi axıtmasının səbəbi də nələrdənsə xəbər verirdi. Çünki, oyundan sonra bizimlə görüşəcək olan Ş. Diniyev heç dostu tərəfindən ona ünvanlanan zənglərə də cavab vermədi. Görünür hansısa planları böyük ölçüdə pozulmuşdu.

            Bu tur da oxşar şərait yarandığından bu olub keçənləri xatırladıq. "Neftçi” rəsmilərinin son zamanlar çox top vuraraq komandalarının parlaq inkişaf yolunda olduqları haqda dedikləri, məhz bunun nəticəsi kimi, turnir cədvəlinə liderlik etdikləri və sair haqda söylədikləri bir anda öz əhəmiyyətini itirmiş oldu. Əvvəlki yazılarımızdan birində bizim belə bir arqumentimiz olmuşdu: "Siz hər oyunu 10:0 qazanın amma başqa bir komanda siz də daxil olmaqla bütün matçları 1:0 qazansın, sonda kim çempion olacaq?” Bu arqumentimiz bu gün öz təsdiqini tapmış oldu.

            "Xəzər Lənkəran”ımıza uğurlar arzulayaraq, sonda çempion görmək arzusu ilə...

Views: 426 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz