Cümə Axşamı, 26/Dek/2024, 15:08
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Oktyabr 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 2
Qonaqlar: 2
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Oktyabr » 18 » Gəncədə "4-ballıq zəlzələ"
10:38
Gəncədə "4-ballıq zəlzələ"


            Milli komandaların Avro-2012-nin final mərhələsinə vəsiqə qazanmaları üçün keçirdikləri qrup oyunları çərçivəsində bütün Avropada o cümlədən, Azərbaycan çempionatında yaranmış fasilədən istifadə edərək komandalar hərə bir cür hazırlıq planı tərtib etmişdi. Sevimli komandamız isə digər klublara baxdıqda daha səmərəli plan üzrə Antalyaya təlim-məşq toplanışına yollanmışdı. Burada hətta iki yoxlama görüşü keçirən komandamız vətənə yüksək əhvalda dönmüşdü.

            Oktyabrın 16-sı və 17-də premyer liqamızın IX turu baş tutacaqdı. Oktyabrın 16-sı IX turun ilk açılış günü deyərdik ki, Bakıda, "Şəfa” stadionunda "Rixter şkalası” ilə olmasa da "Futbol şkalası” üzrə 5-ballıq sensasion bir "zəlzələ” qeydə alındı. Futbol ictimaiyyətini təəccübləndirə biləcək bir nəticə qeydə alındı. Yəni, "AZAL”- "İnter”in qapısından 5 cavabsız top keçirdi. Çempionluğa iddialı olan bir komandanın belə gözlənilməz məğlubiyyətinin müzakirəsi bitməmiş, növbəti gün, yəni oktyabrın 17-də azərbaycanın daha iki şəhərində "Futbol şkalası” üzrə biri Gəncədə 4-ballıq, biri də digər qərb şəhəri olan Tovuzda 2-ballıq "zəlzələ” qeydə alındı. Çempionluğa oynayan digər iki komanda "Xəzər Lənkəran” Gəncədə 4:1 hesabı ilə ağır məğlubiyyət aldısa, "Neftçi” komandası isə iki dəfə hesabda önə keçməsinə baxmayaraq, öz qapısından da iki top buraxmaqla 2:2 lik bərabərliklə Tovuzda 2-xal itirməklə, 2 ballıq "zəlzələ” həyəcanı yaşadı. Uğurlu sayılası mümkün olan Avropa macərasından sonra "Qarabağ”ı öz meydanında "Simurq” təkanları silkələsə də iki dəfə hesabda geri düşməsinə baxmayaraq, onlar da "zəlzələ”nin dağıntıları altından birtəhər çıxa bildilər. Üç top vurmaqla bunun öhtəsindən gəldilər.

            Çempionluğa oynayan bu komandaların IX turda niyə belə "Təkan”lara məruz qalması çox maraqlı haldır. Amma onu da deyək ki, ümumiyyətlə futbolda belə bir hal mövcuddur ki, müəyyən fasilədən və ya hər hansı başqa bir turnirdən qayıtdıqdan sonra ən güclü komandalarda belə bu kimi hallara rast gəlmək olur. Lakin özülü möhkəm komandalar belə "zəlzələ”lərdən sonra özünü tez toparlaya bilir və vəziyyəti tez bir zamanda düzəldir. Təməli möhkəm olmayan və ya daxili ab-havası normal olmayan komandalar isə uzun müddət belə vəziyyətlərdən çıxa bilmirlər. Necə ki hal hazırda bu hal "Bakı” klubunda hələ tam qaydasına düşməyib.

            "Xəzər Lənkəran” həm özülü möhkəm olan bir komanda kimi, həm komandada ab-hava probleminin olmaması baxımından və həm də sevimli azarkeşlərinin daim doğma klublarının yanında olması səbəbindən İnşallah bu 4-ballıq Gəncə "zəlzələ”sindən özünü heç də ititməyəcək və növbəti turdan başlayaraq yenə öz qələbələri ilə bunu hamıya unutduracaq. Möhkəm tikilmiş bir bina üçün 4-ballıq "zəlzələ” heç də dağıdıcı deyil, sadəcə ev əşyalarının cingiltisindən yaranan bir narahatçılıqdır. Ümid edirik ki, bu narahatçılıq elə növbəti tur evdə "Turan” üzərində qazanılacaq qələbə ilə yaddan çıxacaq. 

            Kamran Ağayevin qapımızda olmaması da "zəlzələ” zamanı "müəyyən əşyaların servantdan düşərək sınmasına” bəzətmək mümkün olsa da, bütün sınan qab-qacaqları  Denis Romanovsun ayağına yazmaq da düzgün olmaz. Hər halda müdafiəmizin səhvləri və hücumçularımızın qol vəziyyətlərini reallaşdıra bilməmələri, qısası asan qələbə qazanacağıq psixologiyası əksinə komandamızın bir oyunda 4 top buraxaraq 4-ballıq bir təkan yaşamasına gətirib çıxardı desək daha düzgün qiymətləndirmiş olarıq.

            Biz komandamıza inanırıq. Yəqin ki, baş məşqçi, yetərincə təcrübəsi olan Mirça Rednik bu yenilginin səbəblərini dəqiq araşdıracaq və oyundan sonra dedikləri də buna inanmağa əsas verir: - "İlk növbədə "Gəncə”nin baş məşqçisini təbrik etmək istəyirəm. Onlar bu gün bizə yaxşı dərs keçdilər. Baxmayaraq ki, "Gəncə” çox da iddialı görsənmir, onun futbolçuları bu gün meydanda can qoydular və bizim oyunçulara dərs keçdilər. Komandamız bu gün aqressivliyini kənara qoymuşdu, halbuki mən onlara oyundan qabaq xəbərdarlıq etmişdim ki, əgər arxada qalan səkkiz turdakı kimi aqressiv olmasalar biz uda bilməyəcəyik. Komandamız oyunu yaxşı başladı və oyunda hesabı açmağa müvəffəq oldu, lakin bunun ardınca rəqib cavab topunu vurdu. İkinci və üçüncü qolları isə komandamız diqqətsizlik nəticəsində buraxdı. Bu oyundan sonra toplantı keçirəcək və orada yaranmış vəziyyət təhlil olunacaq. "Xəzər Lənkəran” hələ də tam hazır vəziyyətdə deyil. Biz müəyyən mənada ümidlərimizi qışda açılan transfer pəncərəsinə bağlayırıq, çempionluğa çatmağımız üçün komandamıza 3 yeni oyunçu lazımdır”.

Views: 552 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz