
Yazıma
bu başlığı verməm heç də səbəbsiz deyil. İki məsələni əhatə edəcək olan bu
yazının birinci hissəsi həmişə müzakirə məsələlərindən biri olan ölkəmizdə
futbola azarkeşlik edənlərin sayı ilə bağlıdır.
Hamının
çox gözəl olaraq bildiyi kimi futbola azarkeşlik baxımından "Xəzər Lənkəran”
azarkeşi birinci sırada dayanır. Bu mövsüm keçirilən oyunların statistikası da
bunu sübut edir. Apardığımız araşdırmaların nəticəsi olaraq, həm də PFL-in rəsmi
saytının rəqəmlərinə istinadən "Xəzər Lənkəran”ın azarkeşləri 2010/2011
mövsümünün geridə qalan 18-turu ərzində ən yüksək göstəriciyə malikdir. Qeyd edək
ki, 2010-cu ildə keçiriləcək sonuncu XIX turun oyunları da "Xəzər Lənkəran”
azarkeşlərinin bu rekordunu heç kimə verməyəcək. Belə ki, 18 tur ərzində və bir
də kubokun 1/8 final mərhələsinin "MKT Araz” la keçirilən görüşləri nəzərə
alsaq ümumilikdə komandamızı 92.420 azarkeş dəstəkləyib. Hələ onu demirik ki,
"MOİK”-lə görüşlərin normal qayda olaraq biri evdə keçirilsə idi bu rəqəm daha
böyük olmalı idi. Lakin bildiyiniz kimi "MOİK”-lə çempionat oyunlarının hər
ikisi rəqib meydanında yəni Bakıda keçirildi. 1."Xəzər Lənkəran”
– "Qəbələ” – 9000 tamaşaçı 2."Xəzər Lənkəran” - "İnter”
- 13.500 tamaşaçı 3."Xəzər Lənkəran” - "Neftçi”
- 11.000 tamaşaçı 4."Xəzər Lənkəran” - "Bakı”
- 12.000 tamaşaçı 5."Xəzər Lənkəran”
– "Turan” - 5000 tamaşaçı 6."Xəzər Lənkəran”
– "Simurq” – 7500 tamaşaçı 7."Xəzər Lənkəran”
– "Muğan” – 9500 tamaşaçı 8."Xəzər Lənkəran”
– "Gəncə” - 12.000 tamaşaçı 9."Xəzər Lənkəran”
– "MKT Araz” – 5000 tamaşaçı (1/8 final Kubok oyunu) 10."Qəbələ”
- "Xəzər Lənkəran” - 2500 tamaşaçı
(burada 70 – "XL”-li) 11."Simurq”
– "Xəzər Lənkəran” - 400 tamaşaçı (burada 50 "XL”-li) 12."AZAL” -
"Xəzər Lənkəran” - 2500 tamaşaçı (burada
2000 –"XL”-li) 13."Muğan” -
"Xəzər Lənkəran” - 1000 tamaşaçı (burada
150 – "XL”-li) 14."Qarabağ”
- "Xəzər Lənkəran” – 2000 tamaşaçı (burada 1100 - "XL”-li) 15."Gəncə” -
"Xəzər Lənkəran” – 17.500 tamaşaçı (burada 100 – "XL”-li) 16."Turan” - "Xəzər Lənkəran” - 3000 tamaşaçı (burada 50 – "XL”-li) 17."Bakı” - "Xəzər Lənkəran” -2000 tamaşaçı (burada 1500 – "XL”-li) 18."MOİK” - "Xəzər Lənkəran” -1000 tamaşaçı (burada 900 – "XL”-li) 19."MOİK” - "Xəzər Lənkəran” - 2100 tamaşaçı (burada 2000 – "XL”-li)
Yuxarıda dediyimiz XIX
turda bu rekordu kimsə üstələməyəcək fikrini isə aşağıdakı kimi əsaslandırırıq.
Bildiyiniz kimi, azarkeş sayına görə "Gəncə” klubunun da göstəriciləri heç də
pis sayıla bilməz. Hətta "bir oyunda azarkeş sayı”na görə gəncəlilərin bu
mövsüm rekord qırdığını da söyləyə bilərik. Bu rekord rəqəmi 17.500 olmaqla elə
"Gəncə” - "Xəzər Lənkəran” matçında qeydə alınıb. Gəncədəki digər nə
prinsipial, nə də ki digər iddialı komandalarla belə böyük rəqəm qeydə
alınmayıb. Yalnız "Neftçi” ilə oyunların birində 12.000 gəncəli görüşə tamaşa
edib.
Elə Gəncədəki ən böyük
azarkeş sayının məhz "Xəzər Lənkəran”la oyunda qeydə alınması da bizi
qururlandırmaya bilməz. Belə görünür ki, digər şəhərlərimizdə də "Xəzər Lənkəran”a
maraq böyükdür. Elə digər komandaların ev oyunlarında qeydə alınan ən çox
azarkeş sayı da yalnız yerli komandaların "Xəzər Lənkəran”la keçirdikləri
oyunlara məxsusdur.
Digər komandalarda
azarkeş göstəricisi xeyli sayda geridə olduğundan, bizə ən yaxın göstəriciyə
malik "Gəncə” azarkeşlərinin göstəriciləri ilə də sizləri tanış edirik. Qeyd edək
ki, aşağıda qeydə alınan rəqəmlər də PFL-in rəsmi saytından götürülmüşdür. 1. ”Gəncə” –
"Neftçi” - 8200 tamaşaçı
2. ”Gəncə” –
"Muğan” - 6000 tamaşaçı
3. ”Gəncə” – "MOİK” - 1500 tamaşaçı
4. ”Gəncə” – "Bakı” - 8000 tamaşaçı
5. ”Gəncə” – "Qəbələ” - 7000 tamaşaçı
6. ”Gəncə” – "Xəzər Lənkəran”
– 17.500 tamaşaçı
7. ”Gəncə” –
"İnter” - 5000 tamaşaçı
8. ”Gəncə” – "Turan” - 3000 tamaşaçı
9. ”Gəncə” – "AZAL” - 5000 tamaşaçı
10. ”Gəncə” –
"Simurq” - 5000 tamaşaçı 11. ”Gəncə” –
"Neftçi” - 12.000 tamaşaçı (1/8 final Kubok
oyunu)
12. "Xəzər Lənkəran” -
”Gəncə” – 12.000 tamaşaçı (”Gəncə” azarkeşi "-")
13. "Simurq” - ”Gəncə” - 600 tamaşaçı (burada 100 ”Gəncə”-li)
14. "Turan - ”Gəncə” - 2000 tamaşaçı (burada 150 ”Gəncə”-li)
15. "Neftçi” - ”Gəncə” - 1000 tamaşaçı (burada 150 ”Gəncə”-li)
16. "MOİK” - ”Gəncə”
- 80 tamaşaçı (burada 70 ”Gəncə”-li)
17. "Qarabağ” - ”Gəncə”
- 500 tamaşaçı (burada 150 ”Gəncə”-li)
18. "Bakı” - ”Gəncə” - 200 tamaşaçı (burada 100 ”Gəncə”-li)
19. "Muğan” - ”Gəncə” - 1000 tamaşaçı (burada 100 ”Gəncə”-li)
Fikir
verirsinizsə bu baxımdan ən yaxın izləyicimiz olan "Gəncə”lilər üst-üstə 79.020
nəfərlə komandalarına dəstək olmuşlar. Onu da demək lazımdır ki, ən çox azarkeş
sayı ev oyunlarında qeydə alınır ki, bu baxımdan da "Gəncə” evdə 11 oyun
keçiribsə, "Xəzər Lənkəran”ın ev oyunlarının göstəricisi 9-dur. Həmçinin
komandamız 2010-cu ilin son matçını böyük azarkeş marağına səbəb olan və evdə
"Qarabağ” kimi rəqibinə qarşı keçirəcəyi halda, "Gəncə” səfərdə "İnter”ə qarşı
oynayacaq. Səfər oyunlarında böyük göstəriciyə malik olmayan "Gəncə”lilər, əlbəttə
bu ilin rekordunda "Xəzər Lənkəran”lıları üstələyəcəkləri inandırıcı deyil. Üstəlik "İnter” - "Gəncə”oyunu "Şəfa” stadionunda
keçiriləcək. Bu stadionun azarkeş tutumu isə 8000 civarındadır. "Gəncə”lilər isə
"Xəzər Lənkəran”lılardan 2010/2011 mövsümünün bu günə olan və yuxarıda təqdim
etdiyimiz statistikasında 13.400 nəfər geri qalır. Üstəlik evdə keçirəcəyimiz
ilin son matçında ən azı 7580 nəfər azarkeş sayı qeydə alınarsa, deməli cari
mövsümdə "Xəzər Lənkəran”ı dəstəkləyənlərin sayı ən azı 100.000 olacaq. Bu göstərici
əlbəttə ki, Azərbaycan futbolunun bu günü üçün kifayət qədər böyük rəqəm sayılır
ki, bu da "Xəzər Lənkəran” azarkeşlərinə məxsusdur.
Bu
yuxarıda sadaladığım "Xəzər Lənkəran” azarkeşlərinin kəmiyyət göstəricisi idi.
Əlbəttə, kəmiyyət göstəricisi hələ azarkeşlər haqqında tam fikrə gəlməyə əsas
vermir. Bura müsbət mənada keyfiyyət göstəricisi də əlavə olunarsa, onda daha
xoş mənzərə yaranır. Haqqında danışacağım ikinci məsələ elə keyfiyyət göstəricisi
barədədir. Əlbəttə, "Xəzər Lənkəran” azarkeşləri müsbət mənada keyfiyyət
baxımından da fərqlənən azarkeşlərdir. Onlar daim komandalarının yanında
olmaqla, "Xəzər Lənkəran”ı sona qədər qələbəyə səsləyirlər. Müxtəlif layihələr
həyata keçiməkdə isə tayı-bərabəri olmayan azarkeşlərdir. Futbolu çox gözəl
başa düşüb, analiz etmək qabiliyyətinə malikdirlər. Tələbkarlıqlarına isə
heyran qalmamaq olmur. Bura digər komandaların azarkeşləri ilə dostluq münasibətlərini
də əlavə etsək, onda tam sivil bir azarkeş ordusuna malik olmaqla "Xəzər Lənkəran”
klubu öyünə bilər.
Lakin
bəzən çılğınlıqdanmı ya nədənsə kiçik hallar baş verir ki, bunu da bizlərə irad
tuturlar. Konkret, XVIII turda "MOİK” üzərində qələbədən sonra səfər matçına gəlmiş
təxminən 2000 "Xəzər Lənkəran” azarkeşləri arasından 5-6 nəfər oyun bitər-bitməz
1-2 dəfə "Neftçi qazdır!” şüarı səsləndirdilər. Bu şüardan xoşlanmayan əksər
azarkeşlər, həmin 5-6 gənc insana "belə şeylər yaxşı deyil” deyə öyüd-nəsihət
verincə, onlar da daha bu şüarı səsləndirməkdən vaz keçdilər.
Həmin
məsələyə ölkənin bir nömrəli idman nəşri olan "Futbol+” qəzeti reaksiya vermiş
oldu. Reaksiya da ondan ibarət oldu ki, "Futbol+” qəzetinin 21-23 dekabr 2010
sayında, 6-cı səhifədə, "Turdan Məqamlar” bölməsində bu məsələni "Turun təxribatı”
kimi qiymətləndirdi. Bununla bağlı isə bir gün əvvəl "Futbol+” qəzetindən mənə
zəng edilərək, belə bir şeyin olub-olmaması və məsələyə münasibət haqda bilgi
istədilər. Açığı ittiham dolu sualları cavablandırarkən xeyli narahatlıq da
keçirdim. "Futbol+” qəzeti, "həmişə belə
halların əleyhinə olduğunuzu deyirsiniz, amma niyə belə şeylərin qabağını
almırsınız” deyə ittiham etdi. Öz növbəmdə də mən 2000 azarkeşin arasında 5-6
belə gəncin çılğınlıq etməsi ola bilən haldır dedim. Elə bu kimi şüarın kütləvi
səsləndirilməyə keçməməsini və əksəriyyət tərəfindən pisləndiyinə görə də tez
dayanmasını onların nəzərinə çatdırdım. Bu haqda qəzetin həmin nömrəsində oxuya
bilərsiniz. Açığı, "Xəzər Lənkəran” azarkeşlərinə məxsus olan saytlarda belə
maarifləndirmə işinin getməsinin hamımız şahidi olmuşuq. İnsafən,
"Futbol+” qəzeti də həmin nömrəsində bu
məsələni müsbət notlarla bitirib. Hamımızın bildiyi kimi, "Futbol+” qəzeti azarkeşlərə münasibətdə öz dəsti-xətti
olan, həm fanklublara, həm sadə azarkeşlərə xüsusi önəm verən, ölkə futbolunun
inkişafında onların rolunu daim önə çəkən bir qəzetdir. Bu mənada bu qəzetin
iradlarını normal qəbul edirik. Həm də "Xəzər Lənkəran” azarkeşlərinin müsbət
keyfiyyətlərinə azacıq da olsa kölgə düşməsini istəmirik. Qoy biz həmişə müsbət
azarkeşliyimizlə hamını təəccübləndirək. Bizə irad yaraşmır, biz təxribatçı
deyilik! Mirhafiz M. Babayev
|