Ən yaxın günlərdə bir çox insanlar müxtəlif
hoqqalardan çıxdıqdan sonra paylarını almalı idilər. Elə belə də oldu. Onlar
növbəyə düzülüb əllərində Mirzə Ələkbər Sabirin bu şeiri yazılmış şüarı
tutmuşdular.
Satdı
gülzari-behişti iki buğdayə babam,
Satmasam
naxələfəm mən onu bir arpayə.
Cərgədə
çox adam olduğundan hərə öz növbəsini gözləyirdi. Arada bir az narahatçılıq və
gərginlik də hökm sürürdü. Çünki, növbənin çatması ilə hər şeylərini satmağı
bacaran kəslərin ürəyində yenə dahi Mirzə Ələkbərin bu şeiri oxunurdu:
Nuri-çeşmanımmısan,
ey pul, ya canımmısan?
İsmətim,
namusum, irzim, qeyrətim, qanımmısan?
Hörmətim,
fəxrim, cəlalım, şövkətim, şanımmısan?
Müshəfim,
Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?
Məzhəbim,
dinimmi, ayinimmi, imanımmısan?
Keçdi
ömrüm şüğli-təhsilinlə məvqufi-məlal,
Dərdə
düşdüm, bəstəri-həsrətdə qaldım xəstəhal,
Səndədir
könlüm yenə etsəm cahandan irtihal,
Sən
mənim ömrüm, həyatım, cövhərim, canımmısan?
Məzhəbim,
dinimmi, ayinimmi, imanımmısan?
Ah,
zalım, ah kim, oldum yolunda canfəda,
Bir
doyunca qılmadım səndən alam zövqü səfa,
İndi
varislər hücummavər olub yeksər sana,
Varisin,
yaxud mənim mali-cibişdanımmısan?
Məzhəbim,
dinimmi, ayinimmi, imanımmısan?
Eyləməz
varislərim mən tək səni sanduqə dərc,
Hər
biri eylər səni bir növ ilə min yerdə xərc,
Restoranlarda,
klublarda olarsan hərcü-mərc,
Hər
yetən çeynər səni, bilməm ətim, qanımmısan?
Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?
Sevdiyim,
bundan belə hini-zəvalındır sənin,
İşbu
vəch ilə könül cayi-məlalındır sənin,
Xatirim,
qəlbim, sərim vəqfi-xəyalındır sənin,
Sən
məni məftun edən nazəndə cananımmısan?
Məzhəbim,
dinimmi, ayinimmi, imanımmısan?
Səndən
əl çəkməzdim olsaydı əlimdə iqtidar,
Lakin
icbarən əcəl eylər məni səndən kənar,
Canım
ağzımdan çıxınca söylərəm biixtiyar,
Nuri-çeşmanımmısan,
ey pul, ya canımmısan?
Məzhəbim,
dinimmi, ayinimmi, imanımmısan?
Sanki
ulu Mirzə Ələkbər bir də oyanıb bu mənzərəyə tamaşa etdi və vaxtı ikən yazdığı
şeiri pıçıltı ilə bir də təkrarladı:
Düşdü
bütün qəzetlər hörmətdən, ay can! Ay can!..
Xəlqin
canı qurtardı töhmətdən, ay can! Ay can!..
Qıl yaymayırdı əsla zalımların gözündən,
Rüsvay idik cahanda məlunların sözündən,
Ax, ax! Nə yaxşı oldu iş düşdü öz-özündən,
Əlləşməmiş
qurtardıq zəhmətdən, ay can! Ay can!..
Düşdü
bütün qəzetlər qiymətdən, ay can! Ay can!..
Badi-səba, apar ver Molla Qəvamə müjdə,
Yazsın, de, Lənkəranda Molla Səlamə müjdə,
Söylə, o da yetirsin cümlə əvamə müjdə:
Minbərdə
rəqsə gəlsin behcətdən, ay can! Ay can!..
Düşdü
bütün qəzetlər hörmətdən, ay can! Ay can!..
Ərz et bəşaşət ilə Qafqaydakı vücudə:
Jurnal, qəzet qapandı, durma, yıxıl
sücudə,
Hər nə bilirsən eylə qeybətdə, rubərudə,
Yazmaz
dəxi yazanlar bidətdən, ay can! Ay can!..
Xəlqin
canı qurtardı töhmətdən, ay can! Ay can!..
Get Qubbəyə, səlam et Molla Hacı Babayə,
Söylə tutuldu cümlə jurnal, qəzet vəbayə,
Mömin müridlər ilə dur qoş səda-sədayə,
Ümmətlərin
yığılsın hər kətdən, ay can! Ay can!..
Düşdü
bütün qəzetlər qiymətdən, ay can! Ay can!..
Yatdı yazı yazanlar, fürsət dəxi
sizindir,
Qarşıda var orucluq, söhbət dəxi
sizindir,
Məsciddə minbər üzrə lənət dəxi
sizindir,
Ayrılmayın
ölüncə lənətdən, ay can! Ay can!..
Düşdü
bütün qəzetlər qiymətdən, ay can! Ay can!..
Bu arada bəzilərinə puldan çatmasa da əqidələrini
dəyişdikləri üçün hey özlərini qınayırdılar. Amma əqidəsini dəyişməyənlər isə
Allahın bəxş etdiyi bir məğrurluqla bu səhnəni acı da olsa izlədilər. Çünki
onlar həmişə Mirzə Ələkbərin bu şeirini deyirdilər ki, bu gün bu səhnədə baş
verənlər hər şeyi açıq-aydın ortaya qoydu:
Zahida, gəl soyunaq bir kərə
paltarımızı,
Çıxaraq zahirə batindəki əfkarımızı,
Pişgahi-nəzəri-xəlqə dutaq varımızı,
Görüb onlar dəxi təhqiq eləsin karımızı,
Hər
kimin ağı qara isə utansın, a balam!
Bəlkə
illərcə yatanlarbir oyansın, a balam!
Bununla da tarix nə qədər bəşər var təkrarlanır
deyirlər. Bu olanlar bir daha bunu göstərmiş oldu. Bəşəriyyətə yazıq!
|