 "İnter”fanklubu və "Avropa.az”
internet radiosunun rəhbərliyi yenicə fəaliyyətə başlamış "Avropa.az” internet
xidməti hər həftənin şənbə günü "Futbol Taym” verilişi ilə efirə çıxır. Bu
verilişin ilk qonağı bu şənbə 04.09.2010 tarixində "İnter” Peşəkar İdman klubunun
prezidenti Georgi Nikolov olub. "İnterfan.az” saytı həmin müsahibəni olduğu
kimi təqdim edib. Verilişin qonağına "Xəzər Lənkəran”la bağlı da bir neçə sual
verilib. Maraqlı olduğu üçün bu müsahibəni "İnterfan.az” saytından oxuya bilərsiniz.
Həmçinin "İnter”fanklubu və "Avropa.az” internet radiosunun rəhbərliyi
növbəti, ikinci verilişə bizim "Bosman” fanklubunun rəhbəri Mirhafiz Babayevi dəvət
edib. Radionun ilk dəfə azarkeş klubunun rəhbəri kimi Mirhafiz bəyi dəvət etməsi,
"Xəzər Lənkəran” azarkeşlərinə olan sayğının nəticəsidir. Ümumiyyətlə, "İnter”
azarkeşləri ilə "Xəzər Lənkəran” azarkeşləri bugünün deyil, xeyli əvvəlin dostlarıdırlar.
Bu etimada görə fanklubumuz adından "İnter”fanklubu və "Avropa.az” internet radiosunun rəhbərliyinə
təşəkkürümüzü bildiririk.
"Bosman”
fanklubu 05.09.2010
"İnterfan.az” saytında bu verilişin anonsu aşağıdakı kimi yerləşdirilmişdir:
"Futbol Taym" verilişinin şənbə
qonağı "Bosman" fanklubunun rəhbəri Mirhafiz
Babayev olacaq
"İnter”fanklubu və "Avropa.az”
internet radiosunun rəhbərliyi hər həftənin şənbə günü "Avropa.az” internet
radiosunda azarkeşlərə "Futbol Taym" verilişini təqdim edir.Verilişdə
Azərbaycan futbolu, Unibank Premyer Liqasının oyunları və fanklubların fəaliyyəti
müzakirə olunur. "Futbol Taym" verilişinin ilk qonağı "İnter” Peşəkar
İdman klubunun prezidenti Georgi Nikolov oldu. Gələn şənbə 11.09.2010-cu il
tarixdə saat 12.00-da efirdə olan verilişimizin növbəti qonağı "Xəzər Lənkaran"
futbol klubunun üç fanklubundan biri olan "Bosman” fanklubunun rəhbəri Mirhafiz Babayev olacaq. Onunla
"Xəzər Lənkaran" futbol klubu, möhtəşəm Lənkaran azarkeşləri və rəhbərlik
etdiyi fanklubun fəaliyyəti barədə söhbət edəcəyik.
Veriliş iştrakçıları ilə
birbaşa əlaqə yaradıb, maraqlandıran suallara cavab almaq üçün 055-299-66-06 və
yaxud 055-725-21-01 nömrəli telefonlara zəng edə bilərsiniz.
Bundan əlavə
gasanov.elchin@mail.ru elektron ünvanına suallarnızı göndərə bilərsiniz.
|