Nəhayət, "Xəzər Lənkəran" azarkeşləri ilə birlikdə "Bosman" fanklubunun birgə mübarizəsi nəticə verdi. Həqiqət müəyyən mənada bərpa olunmuş sayıla bilər. Belə ki, "Xəzər Lənkəran"a və onun azarkeşlərinə qarşı açıq mübarizəyə keçmiş olan futbol "başbilənlərimiz" cəzalandırıldılar. Onu da qeyd edək ki, əvvəlcədən deyildiyi kimi stadionumuzu ciddi cəzaların gözlənilməsi fikri də boşa çıxdı. Stadionumuz bizsiz qalmadı.Bu azarkeşlərimizin qələbəsidir.
Namiq Məstanova töhmət verilib
27 mart 2010-cu il tarixində Unibank Premyer Liqasının
XXV turu çərçivəsində keçirilmiş «Xəzər-Lənkəran» - «Neftçi» oyununun AFFA nümayəndəsi
Namiq Məstanov vəzifə səlahiyyətlərini aşdığı üçün Hakim-İnspektorlar Komitəsinin
qərarı ilə Namiq Məstanova töhmət elan olunub.
PFL-ə xəbərdarlıq elan olunub
AFFA
prezidenti Rövnəq Abdullayevin əmri ilə Unibank Premyer Liqasının oyunlarının
təşkilatçılığında yol verdiyi nöqsanlara görə Peşəkar Futbol Liqasına yazılı
xəbərdarlıq elan olunub.
Xaqani Məmmədova töhmət verilib
AFFA-nın
prezidenti Rövnəq Abdullayevin əmri ilə Hakimlər Komitəsinin sədri Xaqani
Məmmədova işdə yol verdiyi nöqsanlara görə töhmət elan olunub.
Əfqan
Həmzəyev cəzalandırılıb
27 mart
2010-cu il tarixində Unibank Premyer Liqasının XXV turu çərçivəsində keçirilmiş
«Xəzər-Lənkəran» - «Neftçi» oyununun baş hakimi Əfqan Həmzəyev oyuna hazırlıqla
bağlı qeyri-peşəkar hərəkətlərə yol verdiyi üçün Hakimlər Komitəsinin qərarı
ilə 3 oyunluq cəzalandırılıb.
|