Builki Azərbaycan
Kubokunun finalında baş vermiş "Fair play” qaydalarının pozulması yəqin ki, heç
kimin yadından çıxmayıb. Belə ki, "Xəzər Lənkəran”la "Bakı” klubu arasında
keçirilən 2009/2010 kubok oyunlarının finalında, "Bakı” klubunun qapımıza
vurduğu "Fair play” qaydalarına zidd olan qolun nəticəsində, əslində Azərbaycan
Kuboku, anti-"Fair play” qaydalarının qurbanı olmuşdu. Bunun belə olmadığını
qeyri-peşəkarcasına sübut etmək istəyən, klub rəsmiləri və bir sıra futbol
başbilənləri nəhayət, "Xəzər Lənkəran” azarkeşlərinin həqiqətin itib batmaması
yönundə göstərdikləri fəaliyyətin nəticəsində axır ki, bu oyunda "Fair play”
qaydalarının pozulmasını rəsmən dilə gətirdilər. Bunu PFL prezidenti rəsmən dilə
gətirsə də, klub qeyri-peşəkarlıqla da olsa sözündə qalmaqda davam etdi.
Elə həmin
qeyri-peşəkarlığın davam etməsi, bu dəfə "Bakı” klubunun əleyhinə işlədi.
Kuboku bu cür qazanmağın nəticəsində Avropa Liqasının ikinci təsnifat mərhələsinə
birbaşa qatılmaq hüququ qazanan "Bakı” klubu elə ilk matçdaca, qeyri-peşəkarlığın
qurbanı oldu və bu qeyri-peşəkarlıq, 2:1 qazandıqları matçın UEFA tərəfindən
0:3 hesablı məğlubiyyət qərarına gətirib çıxardı. Bu kədərli aqibət həm də Azərbaycan
futbolu üçün uğursuz bir hal oldu.
"Xəzər Lənkəran”
azarkeşlərinin "Bakı”nın indiki baş məşqçisinə mətbuat vasitəsi ilə "Fair play”
qaydaları ilə bağlı ünvanladıqları sualları (güman ki, bu sualların ona
çatmasına kimlərsə mane olmuşdu), baş məşqçi "Buduçnost”la məlum oyundan sonra
avtomatik cavablamış oldu. Həmin məlum uğursuzluqdan sonra "Bakı”nın baş məşqçisinin
dediyi bu sözlər: "Hər iki oyunu udub mübarizəni dayandırmaq ağlasığmazdı”
cavabını, əslində həm də kubok oyununun finalına bu cür aid etmək olar: - " 1:1
bitən final oyununda Kubok qazanmaq necə ağlasığmazdırsa eləcə, "Hər iki oyunu
udub mübarizəni dayandırmaq ağlasığmazdı”!
Nəhayət "Xəzər Lənkəran”
azarkeşlərinin sualları avtomatik cavablanmış oldu. Biz isə buna sevinmirik, əksinə
fytbolumuzdakı qeyri-peşəkarlığın aradan qalxmasını arzulayırıq. Onda nə "Xəzər
Lənkəran”, nə "Bakı” və nə də başqa klublarımız belə səhvlərdən əziyyət çəkməli
olmaz.