Bildiyimiz kimi bu il Avropa milli komandaları üzrə qitə çempionatı
keçiriləcək. Ev sahibliyi Polşa və Ukrayna respublikalarına müştərək olaraq məxsusdur.
Onu da qeyd edək ki, bu ilki çempionat qitə üzrə sayca 14 dəfə keçirilir.
Turnir üçün hazırlıqlar 2010 FİFA dünya çempionatından sonra başlanıldı.
2012-ci ildə keçiriləcək bu çempionat Polşanın Qdansk, Poznan,
Varşava və Vroslav şəhərlərində yerləşən stadionlarında, Ukraynanın isə Kiyev,
Donetsk, Dnepropetrovsk və Lvov şəhərlərində yerləşən stadionlarda baş tutacaq.
Onu da qeyd edək ki, 8-iyun tarixində Polşa respublikasında açılış
günündə iki oyun keçiriləcək. İlk açılış matçı ev sahibi Polşa ilə Yunanıstan
arasında paytaxt Varşava şəhərinin "Milli Stadion”unda keçiriləcək. Bundan bir
neçə saat sonra isə Vroslav şəhərinin "Vroslav Şəhər Stadionu”nda Rusiya milli
komandası Çex respublikasının milli futbol komandası ilə münasibətlərini müəyyənləşdirəcək.
Nəinki bütün Avropada, elə bütün dünyada da maraqla gözlənilən bu çempionatı bizim
futbolsevərlər də böyük maraqla gözləyir. Onu da qeyd edək ki, bu turnirdə 16-milli
komanda 4 qrupda mübarizəyə başlayacaq. Aşağıda həmin qruplar üzrə yer almış
komandaları diqqətinizə çatdırırıq. Onu da qeyd edək ki, ilk belə çempionat
1960-cı ildə Fransada keçirilib və maraqlıdır ki, finalda iki sosialist dövləti
mübarizə aparıb. Əlavə vaxtda vurulan qolla bizim də o vaxtlar təmsil olunduğumuz SSRİ milli komandası, Yuqoslaviyanı məğlub edərək,
ilk Avropa Çempionu kimi tarixə düşüb. Nəzərinizə çatdıraraq onu da bildirmək
istəyirik ki, keçirilən bütün Avropa milli komandalarının çempionatını və
kuboku qazanan ölkələr haqda bundan sonra da məlumat verəcəyik.
|