Cümə Axşamı, 26/Dek/2024, 13:48
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 6
Qonaqlar: 6
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » İyul » 24 » Etibar Cəbrayıloğlu: Xoşbəxtlikdən ölmək
17:22
Etibar Cəbrayıloğlu: Xoşbəxtlikdən ölmək


           Rəhmətlik Həsən bəy Zərdabi "Əkinçi”nin ilk sayını iyulun 22-də nəşr etdirsə də, yay jurnalistlərin sevimli fəsli deyil. Yayın bu istisində hadisə yerinə qaçmağı, müsahibə götürmək üçün şəhəri geninə-boluna ölçməyi kim istər ki?
Redaksiyanın tapşırığı "Demokl qılıncı” kimi başımın üstündən asılmışdı. "Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovla görüşüb müsahibə hazırlamalıydım. Məsələ konkret qoyulmuşdu. Yəni nəyin bahasına olursa-olsun, müsahibə ortada olmalı idi. 
Sərin otaqdan çıxıb vitse-prezidentlə görüşmək mənə cəhənnəm əzabı gəlirdi. Taleyimin həll olunduğu anda nəsə fikirləşib tapmaq lazım idi. Fikirləşib tapdım. "Neftçi” rəsmisi onsuz da neçə illərdi eyni şeyi danışır. Bu üzdən Tahir Süleymanovla görüşüb eləmədən, telefonla danışmadan da müsahibə yazmaq olar. Yazdım da. Bu məsələdə yaddaşım köməyimə gəldi. 
- Tahir bəy, salam. Necəsiniz? 
- Çox sağ olun, yaxşıyam. Klubumuzun prezidenti Sadıq Sadıqov bizim yaxşı olmağımız üçün nə lazımdırsa edir. Sadıq müəllim isti havada sərin su içmək barədə ciddi tapşırıq verib. "Neftçi” xalq komandasıdı. Ona görə də bütün xalq bizə dua edir. Bilirsən ki, "Neftçi” ötən il Avroliqanın qrup mərhələsinə düşmüş komandadı. Biz "İnter”in meydançasında 2:2 oynadıq. 
- Klubda işlər necə gedir?
- Əla gedir. Bunun üçün klubun prezidentinə təşəkkür edirəm. Biz xalq komandası olduğumuzdan bütün xalq da mənim bu təşəkkürümə qoşulur. Biz ötən il qrup mərhələsinə düşəndə məşqlərə və oyunlara gedəndə avtobusumuzun təkəri fırlanırdı. Bu bir daha göstərir ki, klub doğru yoldadı. UEFA Azərbaycan futbolu haqqında düşünəndə ancaq "Neftçi”ni xatırlayır. Yaxşı bilirsən ki, biz ötən il qrup mərhələsinə düşdük, tarix yazdıq. Elə sən gəlməzdən 4 dəqiqə öncə UEFA-dan 1/ 07401195 S-F saylı məktub almışam. Həmin məktubda bildirilir ki, klubumuzun heç bir oyunçusu ötən il qızılcadan əziyyət çəkməyib. Bu nəticəyə görə "Neftçi” Avropada ilk beşlikdədi. Təbii ki, klubun prezidentinə minnətdaram. 
- Azərbaycan kubokunun finalında...
- Köhnə söhbətləri yenidən qabartmağa nə ehtiyac var. Yadda saxla ki, "Neftçi” hələ ötən əsrdə, yəni 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanıb. Sən gəlməzdən 3 dəqiqə öncə UEFA-dan (0348-3340-7612 nömrəli mobil telefonla zəng etdilər. Dedilər ki, biz həmişə Güloğlan Cabbarova azarkeşlik edirik. "Neftçi” "Partizan” kimi komanda ilə oynayan klubdu. Yeganə klubdu ki, bütün oyunçularımızda metro kartı var. Bunun özü bizim xalq komandası olmağımızı göstərir. Kartı bizə bağışladığına görə klubun hörmətli prezidentinə təşəkkür edirəm. 
- Bəzi həmkarlarım deyir ki, 1 saat 10 dəqiqə əvvəl klubun ofisinə FİFA-dan faks gəlib...
- Gözlərinin içində qədər yalan deyirlər. Faks 1 saat 9 dəqiqə əvvəl daxil olub. Biz peşəkar klub olduğumuzdan faksı faks aparatından qəbul edirik. Klub prezidentinin bununla bağlı təlimatı var. Bəzi ağzıgöyçəklərin dediyi həmin faksın sənə nömrəsini də göstərə bilərəm. Sadəcə, faks soyuducudadı. Biz "İnter”i Bakıya gəlməyə məcbur edən komandayıq. Xalq komandası faksı hara gəldi tullaya bilməz. 
- Faksın məzmunu...
- Biz Avropada tarix yazdığımıza görə tez-tez bizə yazırlar. Bu dəfə yazıb Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin yerini soruşurdular. Azərbaycan kubokunun finalından sonra Mahir Şükürovun atdığı şıllaq Konqonun Kənd Təsərrüfatı Nazirliyinin Təlim və Peşə Hazırlığı Mərkəzinin tədris vəsaitinə daxil olub. 
- Bəzi azarkeşlər...
- Mən bilirəm sən hansı azarkeşləri nəzərdə tutusan. Bakı metropoliteninin "Dərnəgül” stansiyasına çatanda qatarların səsi adama ləzzət edir. Biz azarkeşlərimiz üçün hər cür şərait yaratmışıq. Buna görə də klubun prezidentinə minnətdarlıq etmək istərdim. Klubun bazasına gələndə nə sağa dönürsən, nə sola. Bu bir daha göstərir ki, düz yoldayıq. Biz ötən il UEFA-ya 2/430009004 D saylı məktub yazıb bildirdik ki, oyunlarda bustı geyinmək istəyirik. UEFA da bizim tarix yazdığımızı nəzərə alıb istisna kimi, yalnız bizə-təkrar edirəm, yalnız bizə butsı geyinməyə icazə verdi. 
- Çox istərdim ki. "Şkenderbü” klubu ilə oyun...
- Əvvəla, onlar klub deyil, komandadı. Klub "Neftçi”di. İkincisi, rəqibimizin adı "Şkenderbü” deyil, "İsgəndər bəydi”. Əslində biz püşkdə Lüksemburqun "Differdanj” komandası ilə düşmüşdük. Lakin UEFA bizim türkçü klub olduğumuzu nəzərə alıb "İsgəndər bəy” komandası ilə oynamağımızı məsləhət gördü. Hətta mən deyərdim ki, bizə yalvardı. Klub prezidentinin tapşırığı ilə duşxanaya su da çəkilib. Bunun üçün minnətdarlığımı bildirirəm. Futbolçularımız xoşbəxtlikdən ölmək dərəcəsinə çatıblar. 
Tahir Süleymanovun əvvəllər verdiyi müsahibələrdəki bəzi sözləri dəyişməyə məcbur oldum. Yoxsa redaksiya rəhbərliyi elə biləcəkdi ki, köhnə müsahibəni təkrar çap edirəm. 
Yay tez bitsəydi gedib müsahiblərlə üzbəüz həmsöhbət olardım...  



Views: 497 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz