Cümə Axşamı, 26/Dek/2024, 20:27
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Sentyabr 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » Sentyabr » 24 » Etibar Cəbrayıloğlu: Xanı nökər olanlara...
16:08
Etibar Cəbrayıloğlu: Xanı nökər olanlara...

 

Deyilənlər gəldi başa. Yazını poetik başlamağım ovqatımın real göstəricisi deyil. Sadəcə, bəlli səbəblərdən köşədə söyüş yaza bilmirəm. Nifrətimi, yazılası mümkün olmayan söyüşləri ötən həftə Sumqayıtdakı stadionda bəs deyincə ucadan səsləndirib ürəyimə bir balaca dinclik vermişəm. Bilirəm, yaxşı bilirəm ki, "Xəzər Lənkəran”da ondan da qat-qat ağır söyüşə layiq adamlar rəhmətlik Üzeyir bəyin Məşədi İbadı demişkən, bir növ adətgarda olublar. Üzlərinin bir tərəfi əsl azarkeş tüpürcəyi ilə dolunca sifətlərinin o biri tərəfini asanca çevirə bilirlər.

Gənclik şəhərində "Simurq” havada məğrur-məğrur süzdü və "Xəzər Lənkəran”ın başına göydən zad elədi. Özü də bu zəhrimar zad o qədər çox oldu ki, "Xəzər Lənkəran”ın gəmisi bu ağırlığa dözmədi və batdı.

Əslində gəminin su buraxdığı və qəzaya doğru getdiyi Azərbaycan futbolu deyilən bir işlə yaxından-uzaqdan maraqlanan hər kəsə çoxdan bəlli idi. Təkcə klubun yönəticiləri, bir də hər fürsətdə Tuyqun Nadirovun şalvarının balağını öpməyə hazır olanlar reallığı yaxın buraxmırdılar. Onların məntiqi ilə gəmidə bütün işlər əla gedirdi. Yelə verilən hazırlıq dövrü, transfer məsələsindəki "toydan sonra nağara” kimi yarıtmaz fəaliyyət, Avroliqada "Lex” tərəfindən loxlanmaq, "Gəncə”nin qapıçısının köməyi ilə qazanılan yeganə qələbə, Lənkərandakı oyuna cəmi 3 min azarkeşin gəlməsi, klubun ad-sanına, tarixinə yaraşmayan yarıtmaz oyun, meydana çıxan futbolçuların yazıq-yazıq ora-bura qaçması...

Bütün bunlar barədə dəfələrlə yazmışam, poçt göyərçini kimi dimdiyində Tuyqun Nadirova xəbər aparanlara milyon dəfə açıq mətnlə demişəm. Ona görə də bu dəfə vaz keçirəm. Qarşı tərəfin taktikası belədi- necəsən, qanmayım, qalasan yana-yana...

Məni tamam başqa bir məsələ düşündürür. Mirça Rednikin zamanında "Xəzər Lənkəran” rəqiblərinə futbol dərsi keçəndə komandanı hər fürsətdə tənqid edən bəzi Tuyqun Nadirovşünas qəzetəçilər, futbol "mütəxəssisləri” indi görən harda gizləniblər? Heç nəfəsləri də gəlmir. Sumqayıtdakı oyunda azarkeşlərin "Rednik, Rednik” deyib hayqırmasını bir cümlə də olsa yazmağa özlərində cəsarət tapmırlar.

Rednikin klubdan qovulması ərəfəsində kəndirbazlıq edən bir fanklub vardı. Deyəsən adı da belə idi- "Xan Lənkəran”. "Xəzər Lənkəran”ın faciəvi durumu göz qabağındadı. Bəs niyə "Xan Lənkəran” ağzına su alıb müdrikcəsinə susur? Görünür Xanı nökər olanlara bu durum tam çatmır.

Cənub klubuna sözün əsl mənasında könül verənlərin yadına gələr, Rednikə qarşı nakişilik ediləndə adını Lənkəranın futbol veteranları qoyan bir neçə adam yaxa cırır, bəyanat imzalayır, rəhbərliyə sadiqlik üçün yarışa girirdi. Niyə indi həmin veteranlar cürət göstərib klubda baş verənlərə görə etiraz etmirlər? Yəqin "Paldad”ın dondurmalarını çox yediklərindən səsləri batıb...

Mingəçevirin "Energetik” komandasını 1:0 hesabı ilə məğlub edən kimi qəzetlərə, telekanallara, idman saytlarına palaz-palaz müsahibə verən, açıqlama bağlayan Tuyqun Nadirov, yaşıl çəmən terminatoru Höccət Hacıyev, işsiz qalmasın deyə gəminin mətbəxində qab-qacaq yumağa belə razı olan Yunis Hüseynov son günlər qaçıb gizləniblər. Baş verənlər barədə danışmaq belə istəmirlər.

"Simurq”un göydən endirdiyi zad nə yaman ağır imiş...        

Views: 437 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz