Şənbə, 20/Apr/2024, 07:03
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » İyul » 27 » Etibar Cəbrayıloğlu: Şərəfi “kitayski” çıxanlar və savaba görə cəhənnəm çəkənlər
16:36
Etibar Cəbrayıloğlu: Şərəfi “kitayski” çıxanlar və savaba görə cəhənnəm çəkənlər




"Xəzər Lənkəran”a
könül verən dəyərli dostlardan biri zəng eləmişdi. "Kontur” sıxıntısı olmasa
da, ətraflı girişə ehtiyac görmədi. Söhbəti qısa elədi, dedi ki, qardaş, İsrail
komandası iki oyuna qapımıza 10 top vurdu. Klubumuzun 10 illik yubileyinə 10
qol hədiyyə etdilər. Nə yaxşı ki, "Xəzər Lənkəran”ın 20 yaşı yox imiş...



Təbii ki, dostum
zarafat eləmirdi. Baş verən rəzillikdən necə tüstüləndiyi telefondakı səsindən
də bəlli idi. Hayfa "Makkabi”sindən aldığımız utancverici məğlubiyyətə 50-60
dostum şahidlik etsə idi nə vardı ki... Heç bu yazını yazmağa da ehtiyac
qalmazdı. Nə yazıq ki, təkcə klub deyil, Lənkəran və Azərbaycan adına bu
rəzaləti bütün dünya gördü.



Nə Mübariz Mənsimovun
yaratdığı "Xəzər Lənkəran”, nə Lənkəran, nə də Azərbaycan bu biabırçı hadisəyə
layiq deyildi. İki oyunda qapımızı aşsüzənə döndərməyə "Makkabi”nin tək gücü
çatmazdı. İsrailli futbolçularla qələbəni xonçada bağışlayanlar oldu. Şərəfi
"kitayski” çıxanlar bizə bu rüsvayçı məğlubiyyəti yaşatdılar.



Klubda işlərin "ni
to” getdiyini görməyən, duymayan yox idi. Həyatda ən acı şey insanın
qorxduğunun başına gəlməsidi. Hayfalı futbolçularla cavab görüşündən öncə klub
rəsmilərindən biri ilə telefon danışığımızda oyunda bəzi futbolçuların "oyun
oynayacağından” şübhələrimi dilə gətirmişdim. Təəssüf, çox təəssüf ki,
proqnozum özünü doğrultdu. Sevinmirəm. Allah kəssin belə düz çıxan proqnozu.



Lənkəranın adına,
Mübariz Mənsimovun nüfuzuna, "Xəzər Lənkəran”ın 10 illik tarixinə qara ləkə
vurulub. Bunu yalnız qapımızdan qol keçirənlər etməyib. Bu gün adı əsas
heyətdən uzaqlaşdırılan futbolçular da rəzalətin tək günahkarları deyillər.
Mirzə İbrahimovun "Böyük dayaq” əsərində yazıldığı kimi, onlardan da təhlükəli
ilanlar daş altında yatır.



Könül verdiyimiz
"Xəzər Lənkəran”ın faciəli durumu göz qabağındadı. Bu acınacaqlı vəziyyətə görə
klubda çalışan hər bir kəs məsuliyyət daşıyır. Heç kim orda-burda gizlənməyə
cəhd göstərməsin. İnsanlardan qaçmağa, gizlənməyə nə var ki. Amma Allahdan
qaçmaq hələ heç bir bəndəyə nəsib olmayıb. Yarımcan "Turan”ı, "Gəncə”ni,
onlardan geri qalmayan Malta "Slima”sını güc-bəla ilə udanda telekanallardan,
qəzet və saytlardan gözümüzü yağır edən klub rəsmiləri niyə indi görünmürlər?
Çıxıb niyə azarkeşlərdən üzr istəmirlər? Mən bildiyim qədər ilə Mübariz
Mənsimov yalnız mətbuat xidmətinin rəhbərinə maaş vermir. Klubda ancaq rəhbər
vəzifə tutan bir "KAMAZ” adam var. Niyə indi biri də gözə dəymir? Onların da
şərəfinin "kitayski” çıxdığına inanmaq istəmirəm.



İnandığım bir şey
var. Klub azarkeşlərinin bu məsələdə heç bir günahı yoxdu. Buna yüzdə yüz
əminəm. Həmin faciəli və qara gündə heç bir "Xəzər Lənkəran” azarkeşi "Maral,
Maral, Maral” kimi düşük mahnını kefindən oxumayıb. Heç bir lənkəranlı
gülümoğlan Güloğlanın yumruğuna güvənən, Mahiri mahircəsinə şıllaq atan
"Neftçi”nin adını sevincindən qışqırmayıb. Bunları əsəbdən, ürək yanğısı və
sizə nifrətdən ediblər. Klub rəhbərliyi anlamır ki, azarkeşlərin onlara borcu
yoxdu. Klubun onlara borcu var. Təbii ki, söhbət mənəvi borcdan gedir. Maddi
yox, mənəvi borcdan. Bilmirəm, anlada bildimmi?



Gözəl şairimiz, dəyərli ziyalımız Musa Yaqubun çox
sevdiyim misrası var



Bəlkə də yeganə müsəlmanam mən,



Cəhənnəm çəkirəm savaba görə.



Dostum Musa Yaqub tək
deyil. "Xəzər Lənkəran”ın savaba- "ağ-yaşıllara” köül verdiyinə görə cəhənnəm
çəkən on minlərlə azarkeşi var.



Ola bilsin ki, yaxın
20-25 gündə klub rəsmilərindən kimsə mətbuatda peyda olmağa özündə güc tapsın
və "Biz baş məşqçinin işinə qarışmırıq” kimi köhnə bayatı oxusun.



Ola bilsin... Amma
beləsi varsa bilməlidi ki, Con Toşak kimi dünyaca məşhur məşqçinin işinə
qarışmağa onun səviyyəsi yetməz. İkincisi də, baş məşqçinin işinə qarışmamaq
hər hansı bir klub rəsmisini məsuliyyətdən azad etmir. Yenə söhbət maddi yox,
mənəvi məsuliyyətdən gedir. Bilmirəm, anlada bildimmi?



Yazıya nöqtə qoyanda
daha bir dostum zəng etdi. Soruşdu ki, Con Toşakın sehrli çubuğu nə oldu?
"Konturum” az olduğundan dostuma qısa cavab verdim:



- Toşakın sehrli
çubuğunun üstünə Rednikin pişikləri zad edib...



Views: 399 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz