Səməd, ay Səməd,
ölmüsən?
Gecənin bir aləmi
eşidilən qəzəbli səs yaşlı kişini yuxudan ayıldır.
- Səməd, ay Səməd, ölümüsən?
Kişi tələm-tələsik geyinib həyət qapısına tərəf qaçır. Atalarının
bu hərəkətinə təəccüb edən iki oğlu isə oturduqları yerindən heç tərpənmirlər
də.
Həyət qapısını heç kim döymədiyindən Səməd kor-peşman geri
qayıdır. Evə girəndə gözü gecənin bu aləmi hələ də işləyən televizorun ekranına
sataşır. Oğlanları "Axırıncı aşırım” filminə baxırlar. Məlum olur ki…
Məlum olur ki, bir neçə dəqiqə əvvəl filmin növbəti epizodunda
Qəmlo vahiməli səslə Səmədi çağırıb:
- Səməd, ay Səməd, ölmüsən?
Oğlanları televizorun səsini aşağı salmadığından binəva Səməd də
bu gecə vaxtı səsə yuxudan ayılıb. Yəni şirin yuxusunu yarımçıq qoyub. Elə
bilib ki, kimsə onu çağırır. Ona görə də özünü tez həyətə atıb.
Vallah-billah bu hadisə nə zamansa kəndlərimizin birində baş
verib. Amma etiraf edim ki, heç bilmirəm bunu niyə yazdım.
Və bu məsələnin indi Antalyada təlim-məşq toplanışı keçən
"Xəzər-Lənkəran”a nə aidiyyəti var…
|