Cümə Axşamı, 26/Dek/2024, 18:39
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  May 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 4
Qonaqlar: 4
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » May » 6 » Etibar Cəbrayıloğlu: Qal, sənə qurban...
17:37
Etibar Cəbrayıloğlu: Qal, sənə qurban...


            O gün həmkarlarımdan biri çalışdığı qəzet üçün məndən müsahibə götürmüşdü. Suallardan biri qorxu ilə bağlı idi. Sualın məzmunu təxminən belə idi- ən çox nədən qorxursunuz? Mən qısa cavab vermişdim-qəfil bəd xəbər eşitməkdən.

Qorxduğum başıma gəldi. Mətbəənin iyi müsahibəm çıxan qəzetdən çəkilməmiş bəd xəbər eşitdim. Azərbaycanda balaca futbol üzrə böyük titullu adam-FİFA referisi Elçin Məmmədov hakimlikdən getdiyini açıqlayıb. Al, bu da sənə bəd xəbər! Lap düzünə qalsa bu boyda məsələni, az qala dünya gündəmini dəyişəcək xəbəri Elçin Məmmədov özü açıqlamayıb. PFL rəhbəri Ramin Musayev qəlbimi yaralayan bu xəbəri AFFA-nın binasından soyuqqanlı şəkildə el-aləmə yayıb. Deyib ki, Elçin də o söz...

Ramin bəyin dediyinə görə, Elçin Məmmədov öz xahişi ilə hakimlikdən gedib. Guya deyib ki, işim-gücüm çoxdu. Mirzə Cəlilin Şeyx Nəsurullahı demişkən, burda məsələ bir balaca...

Şəxsən mən bu söz-söhbətə bir balaca inanmıram. Çünki burası Azərbaycan. Mən Nadiri taxtda görmüşəm, Şah Abbasla da paralel oxumuşam. Amma gözəlim məmləkətdə hələ öz xahişi ilə işdən çıxanı görməmişəm. Qardaşlar, indi stadionun süpürgəçisi öz ərizəsi ilə işdən getmir. O ki, qaldı Elçin Məmmədova, onu heç NATO-nun hərbi komandanlığı vəzifədən uzaqlaşdıra bilməzdi. Əcaba, birdən-birə nə oldu ki...

PFL başqanı onu da deyib ki, Elçin Məmmədov işlərinin çoxluğunu səbəb gətirərək o söz... Yenə heç nə başa düşmək olmur. Axı FİFA referesi başqa nə işlə məşğul olur? Yer qazır, bina tikir, dondurma satır, istirahət mərkəzində qab yuyur, seriala çəkilir, toyun sonunda aş gətirir, metronun "Ulduz” stansiyasının qarşısında tum satır?

Lap tutaq ki, siz dediniz, mən də inandım. Bəs o boyda FİFA-ya nə cavab verəcəksiniz? FİFA-da adamdan 4 dildə soruşmazlar ki, sizə gül kimi hakim vermişdik, onu neylədiniz? İstəsələr hələ 5-6 dildə də soruşa bilərlər. Haqları da var. Düz deyirlər də, gül kimi hakim idi. Stadiona gələnlərin asudə vaxtlarını yaxşı təmin edir, onları güldürür, hər oyunda iki çamadan vərəqə göstərir, idman verilişlərinə televiziyadan baxanlara Birinci Cahan Savaşının başlama səbəblərini izah edirdi.

Hərdən mənə elə gəlir ki, AFFA-da və PFL-də oturan qardaşlar yaman tez-tez yanlış qərarlar verirlər. Səhər deyirlər ki, Topaz premyer liqasına maraq azdı, camaat stadionlara gəlmir. Günorta da Elçin Məmmədovun hakimlikdən getdiyini deyirlər. Axşam da deyirlər ki, filan oyunu cəmi 30 azarkeş izləyib. Qardaşım, Elçin Məmmədov gedəndən sonra kim gələr?

Mən AFFA və PFL-dən əlimi çoxdan üzmüşəm. Ona görə də sözüm azarkeşlərə, ölkə futbolunun təəssübünü çəkən qardaşlarımadı. Ölkə futbolunu qorumaq xətrinə gəlin Elçin Məmmədovu müdafiə edək. Əynimizə Elçin Məmmədovun şəkili olan ağ maykalar geyinib aksiyalar keçirək, "Qal, sənə qurban” mahnısını xorla oxuyaq. Şəxsən mən Balaxanıdakı zibil zavodunun qarşısında özümü yandırmağa da hazıram.

Belə aksiyalardan sonra bəlkə Elçin Məmmədovun ürəyi yumşaldı. Bir cibinə 20 min manat, bir cibinə 22 qırmızı, 22 sarı vərəqə qoyub qayıtdı AFFA-ya. Bizim türklər demiş, düdüyünü də götürüb qaçdı yaşıl meydanlara. İnandırım sizi, onda stadionlarda ayaq qoymağa yer olmayacaq. Axı biz komediya sevən xalqıq.

Belə baxanda komediyaya maraq göstərmək pis iş deyil. Hər halda bəd xəbər eşidib ağlamaqdansa, komediyaya baxıb gülmək yaxşıdı...

Views: 641 | Added by: BOSSMAN | Dərəcələndirmə: 5.0/1
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz