Çərşənbə Axşamı, 19/Mar/2024, 06:51
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » İyul » 26 » Etibar Cəbrayıloğlu: “İdman Azərbaycan”ın öküz döyüşünə sevgisi
13:24
Etibar Cəbrayıloğlu: “İdman Azərbaycan”ın öküz döyüşünə sevgisi

 

 

Tanrı biz tərəflərdən səxavətini əsirgəməyib. Altı neftlə dolu dəniz, 9 iqlim qurşağı, göydələnlər tikmək üçün bərəkətli torpaq. Bərəkətli torpağımıza göz dikənin gözünü oymağa hazır sərkərdə Səfər Əbiyev. Dünya mədəniyyətinə meydan oxumaq üçün Səməd Səmədov, Ədalət Şükürov, Rəqsanə. Bəşər övladının televiziyaya münasibətini tam dəyişmək üçün Az.TV, içində də bir "İdman Azərbaycan”. Daha nə verəsiydi ki...

Kim bu səxavətdən narazılıq edirsə, getsin Mazandarana. Mazandarana  çatan kimi ayağını aşırtsın ayağının üstünə və şellənsin özü üçün. Bir-iki naşükürün Mazandarana getməsi bizə vız gəlir. Nə dənizimiz quruyandı, nə neftimiz azalandı. Nə iqlimimiz dəyişəndi, nə də Az.TV-miz.

Məni yaxından-uzaqdan tanıyanlar Az.TV aşiqi olduğumu bilirlər. İndi də Az.TV-nin kiçik övladı "İdman Azərbaycan”a vurulmuşam. Əsl kefdi e!.. Nə zaman baxırsan ekranda eyni mənzərədi- ya kimsə öküzü minir, ya da öküz kimisə.

Ölkənin futbol klubları- "Xəzər Lənkəran”, "Neftçi”, "İnter” Avropa miqyaslı yarışlarda mərhələ adlayırlar, amma bu kanalın heç umurunda deyil. Günün çox hissəsini öküz yarışını göstərməyə ayırır.

Dünən bu barədə "İdman Azərbaycan” kanalında çalışan dostumla söhbətləşirdim. Öküz yarışından reportaj hazırlamağa tələsdiyindən söhbətimiz yarımçıq qaldı. Bu gün tezdən nə görsəm yaxşıdı? Dostum elektron ünvanıma "İdman Azərbaycan” kanalının sabah üçün nəzərdə tutduğu proqramı göndərib. Yəqin sizlər üçün də maraqlı olar...

 

12.00-da "İdman xəbərləri”.

12.08-də Öküz döyüşündən reportaj. (canlı)

14.00-da "İdman xəbərləri”.

14.12-də Avropada öküz döyüşünün tarixindən.

16.30-da  Öküz döyüşü üzrə dünya çempionatının təsnifat mərhələsi. (yarımcanı)

18.00-da "İdman xəbərləri”.

18.08-də Asiyada öküz döyüşünün tarixindən səhifələr.

18.45-də Az.TV-nin sədri millət vəkili Arif Alışanovun parlamentə təqdim etdiyi "Azərbaycanda öküz döyüşləri barədə qanun layihəsi”nin müzakirəsinə həsr olunan dəyirmi masa. (canı dildən canlı)

20.00-da "İdman xəbərləri”.

20.08-də Avroatlantik məkanda öküz döyüşlərinin tarixindən səhifələr.

21.15-də "Mən hələ uşaq yaşlarından öküz döyüşlərini çox sevirdim”. "İdman Azərbaycan” kanalının rəhbəri, əməkdar jurnalist Elsevər Dünyamalıyevin kanala eksklüziv müsahibəsi. (təkrar canlı)

23.15-də "Siz oynayın, biz oxuyaq” Xalq artisti Səməd Səmədovun idmançılarla görüşü (elə-belə canlı) Fasilədə "Öküz döyüşü” (heç bir sənədi olmayan sənədli film)

00.45-də "Mööö” (uşaqlar üçün idman proqramı)

01-15-də "İdman xəbərləri”

 

Sabah bu proqramı əlimdə bərk-bərk tutub "İdman Azərbaycan” kanalını izləyəcəm. Görüm dostum zarafat edir. Yoxsa həqiqətən bu verilişləri göstərəcəklər...

 

Mənbə: "Avrofutbol.com” saytı

Views: 454 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz