 
Bildiyimiz
kimi, Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi arxada qaldı. Bununla
da ¼ final mərhələsində qarşılaşacaq cütlər müəyyənləşmiş oldu. Lakin ¼ final mərhələsində
görüşəcək komandalar məlum olsa da onların qarşılaşacağı günlər dəqiqləşməmişdi.
İndi artıq bu tarixlər də məlum olub.
Bildiyiniz kimi ¼ final mərhələsində "Xəzər Lənkəran”
prinsipial rəqibi "Neftçi” ilə görüşəcək. Bu matçlar 3 və 8 mart 2011-ci il
tarixində baş tutacaq. Digər ¼ final oyunlarının keçiriləcəyi tarixlərini də
aşağıda göstəririk.
Futbol üzrə Azərbaycan Kuboku 1/4 final mərhələsi
2 və 9 mart
"AZAL” – "Turan”
3 və 8 mart
"Neftçi” – "Xəzər Lənkəran”
"Qəbələ” – "Bakı”
"Abşeron” – "İnter”
Göründüyü
kimi ¼ final mərhələsinin iştirakçıları bir komandadan başqa hamısı Premyer
liqa klublarıdır. Maraqlı haldır ki, Birinci dəstə komandası olan "Abşeron” iki
Premyer Liqa təmsilçisi "MOİK” və "Simurq”u yarışlardan kənarlaşdıraraq adını ¼
finala yazdırıb. Lakin bu dəfə onun rəqibi son ölkə çempionu olan "İnter”
klubudur. Yəqin ”Abşeron”luların işi əvvəlki kimi rahat olmayacaq. Yuxarıda göstərilən
cütlüklərdən birinci yazılanlar, elə ilk göstərilən tarixdə ev sahibi
olacaqlar. İkinci göstərilən tarixdə isə cavab qarşılaşmaları rəqib meydanında
baş tutacaq.
Futbol
üzrə Azərbaycan Kuboku 1/4 final mərhələsində "Xəzər Lənkəran” və "Neftçi”
olmaqla iki prinsipial rəqiblər qarşılaşdığından buna erkən final kimi də
baxmaq olar.
Maraqlıdır
ki, futbolsevərlərin maraqla izlədiyi İspaniyada da dünyanın 1 nömrəli derbisi
adlanan "Barselona” və "Real” qarşılaşacaqlar. Bu iki nəhəng isə İspaniya
kubokunun finalında üz-üzə gələcəklər. Matç Valensiya şəhərində Aprel ayının 20-də
baş tutacaq. Finaldan üç gün əvvəl isə Madriddə bu rəqiblər İspaniya çempionatı
çərçivəsində "El Klassiko” adlanan derbidə qarşılaşacaqlar. Necə ki, bu mövsüm komandamız "Neftçi" ilə həm kubokda iki dəfə qarşılaşmalı olacaq və həm də "6-lıq" sistemi üzrə keçirilən çempionatımızda da dörd dəfə qarşılaşmalıdır. Üst-üstə altı dəfə qarşılaşmalardan artıq biri arxada qalıb. Belə ki, ilk çempionat qarşılaşmasında komandamız Lənkəranda keçırilən oyunda 1:0 hesabı ilə qalib gəlmişdi. Qalan beş oyunda da "Xəzər Lənkəran"a bu rəqib üzərində daha yaddaqalan qələbələr arzulayırıq.
|