Elvar Quliyev artıq bir neçə ildi
ki, "Xəzər Lənkəran”da baş məşqçilərin əsas tərcüməçisidi. Komandanı kimin
çalışdırmasından asılı olmayaraq, portuqal, ispan və ingilis dillərini bilməsi
onu Lənkəran klubunda əvəzolunmaza çevirib.
Məhz bu üzdən də Quliyev demək
olar ki, "Xəzər Lənkəran”ın az qala bütün çalışdırıcıları ilə əməkdaşlıq edib.
Son bir ayda isə o, yeni baş məşqçi Con Toşakla çalışır. Azerisport.az saytına
müsahibəsində o, həm öz işindən, həm də uelsli mütəxəssisdən danışıb.
-
Artıq bir aydan çoxu Toşakla çalışırsız. Necə inşandı?
- İnsan kimi xoşuma gəlir. Qısa
müddət ərzində onunla münasibət qura bilmişik. Toşakın çox gözəl yumor hissi
var. Amma nə qədər yaxşı münasibət olsa da, işdə heç nəyi bağışlamır. Xüsusilə
də gecikən insanları xoşlamır.
-
Sizdə də belə bir hal olub?
- Bir dəfə xəstələndiyim üçün
oyun günü komandanın səhər məşqinə getməmişdim. O, vəziyyətdən çıxmışdı. Amma
bildirdi ki, belə hal baş verəndə, mütləq xəbərdarlıq etmək lazımdı.
- Paltardəyişmə otağında futbolçularla nə
qədər sərtdi?
- Qətiyyən sərt deyil. Əlbəttə,
narazılıqlarını bildirir, lakin fərqli çərçivədə. Futbolçulara qışqırmaq onun
metodunda yoxdu. Məsələn, o, komandasının Azərbaycan Kubokunun finalına
çıxmasını çox sakit qarşıladı.
- Lənkərandakı həyatı necədi?
- Bakını çox bəyənib. O, hətta
paytaxtımızı İstanbulla müqayisə edib. Amma onun sakit məkanda yaşaması daha
çox ürəyincədi. Elə ailəsi də həmçinin. Bura onların xoşuna gəlir.
- Lənkəranda onun üçün necə şərait yaradılıb?
- Ona "Palmalife” otelinin
yanında ən gözəl villa ayrılıb. Həmçinin ingilis dilini bilən bir sürücü və
qoruyucu ayrılıb. Həmin şəxslər 24 saat baş məşqçinin xidmətindədilər.
Lənkəranda heç bir problemi yoxdu.
- Mətbuatda onun sürücüdən imtina etdiyi barədə
məlumatlar yayılıb…
- Bu düz deyil. Düzdü, o,
velosiped sürməyi sevir. Amma uzaq məsafələrə gedərkən maşına ehtiyac olur.
-
Neçə velosipedi var?
- Klub ona iki velosiped alıb.
Biri bazada, digəri evində olur.
- Əgər Toşak məşqə velosipedlə gedirsə, qoruyucusu
onu necə qoruyur?
- Velosipeddən istifadə etdiyi
günlərdə o həm sürücüdən, həm də qoruyucudan imtina edir. Lənkəranda
təhlükəsizlik baxımından uelsli üçün heç bir problem yoxdu. Həm də şəhərdə
artıq hamı ona alışıb.
- Bəs onun oğlu
nə işlə məşğul olur?
- Aleksis Plaza meydanda işləyən
məşqçi deyil. Bu vəzifəni Emin Quliyev yerinə yetirir. Aleksis isə komandanın
və rəqiblərin oyunlarını analiz edir. Məşqləri çəkir və baş məşqçiyə
informasiya ötürür.
MƏNBƏ:
”Azerisport.com”
|