Cümə Axşamı, 25/Apr/2024, 07:59
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyun 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » İyun » 17 » Elnur Abdullayev: "Onlarla bizim köhnə haqq-hesabımız var"
12:19
Elnur Abdullayev: "Onlarla bizim köhnə haqq-hesabımız var"


            "Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayev azerisport.az saytına müsahibəsində son mövsümdən, qarşıdan gələn avrokuboklardan və Avropa Liqasında Moldova klublarıyla qarşılaşmaq istəyindən danışıb.

- Lənkərandakı ilk mövsümünüzü necə dəyərləndirirsiz?


            - Mövsümü uğurlu hesab edirəm. Mən hələ "Muğan”da çıxış edərkən özümü yaxşı tərəfdən göstərməyi bacarmışdım. Çox sevindirm ki, XL kimi komandanın diqqət mərkəzinə düşdüm. Burda mənə oynamağa imkan yaratdılar. Sonda biz kuboku qazandıq, çempionatın gümüş medallarını əldə etdik. Bunu uğurlu nəticə hesab edirəm. Amma öz oyunumdan tam razı qaldığımı deməzdim. Daha yaxşı oynaya bilərdim. Ən çox sevindirən məqam odu ki, baş məşqçi Mirça Rednik mənə güvənir.

- XL-dan Avropa Liqasında nə gözləyək?
            - İndi hər şey püşkdən asılıdı. Biz çox istəyirik ki, Azərbaycan futbolunda tarix yazaq. XL qrup mərhələsinə vəsiqə qazana bilər. Bunun üçün isə 3 mərhələ keçməliyik ki, bu, heç də asan olmayacaq. Zəif rəqiblər olmayacaq. Buna görə də çox şeyə püşkdən sonra aydınlıq gələcək. Layiqli oynamaq və komandamızın ölkənin ən güclüsü olduğunu sübut etmək istəyirik.

- Hansı ölkə təmsilçiləriylə qarşılaşmağı daha çox istərdiniz?

            - Moldova, Macarıstan, Litva, Latviya kimi ölkə təmsilçilərinə qarşı oynamaq olar. Həmin komandalar zəif deyillər. Amma elə XL səviyyəsindədilər. XL istənilən rəqibə qarşı oynaya bilər. Amma ilk mərhələdə güclü rəqiblə düşmək istəməzdik. Daha yaxşı olardı ki, Moldova klublarından biriylə düşək. Onlarla bizim köhnə haqq-hesabımız var.


- Deməli, XL "Nistru” və "Olimpia” ilə oyunlar unutmayıb...

            - Həmin XL tarixdə qalıb. İndi tam fərqli komandamız var. Moldova klubları indi heç də bizimlə oynaya bilməz. Əminəm ki, yenə Moldova klubuyla düşsək, onlardan layiqli oyunla revanşımızı götürəcəyik. Biz indi özümüzə daha çox inanırıq. Heyətimiz də çox şeyə ümid bəsləməyə imkan verir.

- Sizcə, futbolumuzun hazırkı səviyyəsi qrup mərhələsinə ümid bəsləməyə imkan verir?
            - Çempionatın səviyyəsi yüksəlib. Əlbəttə, hakim səhvləri qalmaqdadı, amma klublar gücləniblər. Rəqabət artıb. Bu mövsüm klublar azarkeşlərimizi sevindirməyə borcludular. Son iki ildə "Qarabağ” uğur qazana bildi. İndi hamımız birgə daha böyük uğurlara çalışmalıyıq. Bütün klublarımız Azərbaycanı təmsil edirlər. Buna görə də maksimumu düşünməyə borcluyuq.

- Sizin XL-la müqavilənizin müddəti yanvarda başa çatır. Komandada qalmağa hazırlaşırsız, yoxsa?
            - Hələlik bu barədə düşünmürəm. Hələ qarşıda yarım il var. Mümkündü ki, yanvarda yeni müqavilə barədə düşünüm. Təbii ki, klub istəsə, qalacam. Burda məni hər şey qane edir. Xüsusilə də azarkeşlərin dəstəyi. XL həqiqətən böyük komandadı.
Views: 573 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz