
"İnter” – "Neftçi”
oyununda Neftçi azarkeşlərinin "Xəzər Lənkəran” komandasının daş-qalaq edilməsi
ilə bağlı mətbuatda və futbolsevərlər arasında çox söz söhbətlər yaranmaqdadır.
Bu günlərdə, sosial portallardan biri olan "Facebook"da maraqlı
yazılara rast gəldik. Guya ki, "Neftçi” azarkeşlərinin bu hərəkətində "İnter”
azarkeşlərinin əli var. Onlar "Neftçi” azarkeşlərini bu hərəkətləri etməyə sövq
ediblər. Buna aydınlıq gətirmək üçün "İnter” fanklubunun vitse-prezidenti Elçin
Həsənovdan fikrini öyrəndik.
Elçin bəy,
"facebookda" belə bir yazı yazılıb ki "Guya İnter Neftçi
oyununda Neftçi azarkeşlərinin "Xəzər Lənkəran” klubunun avtobusuna etdikləri
zorakılıqda "İnter” azarkeşlərinin əli var". Bu haqda nə deyə bilərsiniz?
Elçin Həsənov: "Onu
yazanlar ağılsız adamlardır. Bu sadəcə İnter fanatlarına qarşı növbəti
təxribatdır. Bütün futbol ictimayyəti bilir ki "İnter” və "Xəzər” fanatları
dost, qardaşdırlar. Biz, Lənkərana səfər edəndə onlar hər zaman bizi elə şəhərin
girəcəyində qarşılayırlar. Bizim onlarla çox isti münasibətlərimiz var və bunu
həzm etməyən qüvvələr aramızda ixtilaf salmaq, iki dost fan qruplarını bir-birinə
qarşı qoymaq fikrindədirlər. Amma onlara demək istəyirəm ki, nə qədər
çalışsanız da buna nail olmayacaqsınız. Sadəcə bu növbəti provakasiyadır. Biz
ümumiyyətlə heç zaman heç bir kluba və fan hərəkatlara qarşı sərt mövqe
göstərməmişik. Biz hamı ilə 90 dəqiqə meydanda rəqib, kənarda səmimiyik. Bir
daha təkrarlayıram bunu yazanlar futboldan anlayışı olmayan ağılsız
insanlardılar”.
Müsahibəni götürdü Rəşad Quliyev
Mənbə: "Agli-goylu.ucoz.net”
|