Dünyanın ən böyük stadionu Braziliyanın
Rio-de-Janeyro şəhərində olan Marakana stadionudur. Braziliyanın 1950-ci ildə
FİFA Dünya Kubokuna ev sahibliyi etməyə haqq qazanmasının ardından turnir üçün
yeni bir stadion tikilməsinə qərar verildi. Stadionun planları Raphaël Galvão
və Pedro Paulo Bernardes Bastos adlı iki mühəndis tərəfindən çəkildi. Təməli 2
avqust 1948-də atıldı. 16 iyun 1950-ci ildə Wings birliyi - Paul McCartney
konserti ardınca edilən açılış matçında Rio da Janeiro All-Stars ilə São Paulo
All-Stars qarşı-qarşıya gəldi. Matçı Rio da Janeiro All-Stars 3-1 qazandı. Didi
stadionda qol vuran ilk futbolçu oldu. Açılış günündə edilən matçı 184 min adam
izləmişdi.
Marakana Stadionunun yəni "Maracana
Arena"nın istehsalında yarım milyon torba sement ilə 10.000 ton dəmir
istifadə edilmişdir. Finalda Uruqvay Braziliyanı 2-1 hesabı ilə məğlub etmiş və
bu nəhəng finalı qaçaq girənlərlə birlikdə 200 min adam izləmişdir. 16 iyul
1950-ci ildə Braziliya ilə Uruqvay arasında oynanan turnirin final matçına
rəsmi məlumata görə 50000 tamaşaçı gəldi. Ancaq gerçəkdə bu ədədin 250.000-ə
yaxın olduğu təxmin edilməkdədir. Matçı Urugvay 2-1 qazanaraq böyük sürpriz
etmişdir.
Stadion tam olaraq 1965-ci ildə - təməli
qoyulduqdan 17 il sonra tamamlandı.
1966-cı ildə Braziliyada çox sevilən bir
idman adamı olan Mario Filhonun vəfatının ardından stadionun idarəçiləri stada
Filhonun adını verməyə qərar verdilər.
Rəsmi olaraq 180.000 adam tutumlu
stadiona böyük matçları 200.000-ə qədər azərkeş izləyə bilir. Marakana stadionu
hələ də dünyanın ən böyük futbol stadionu ünvanını əlində tutmaqdadır. Liqadakı
tamaşaçı rekordu avqust 1963-də 2-2 bitən Flamengo-Fluminense qarşılaşmasında
177 min 656 tamaşaçıyla qırılmışdır. Stadın tutumu irəliləyən illərdə FİFA
standartları gərəyi 95 minə düşürümüş və yenilənmə üçün tam 90 milyon dollar
pul xərclənmişdir. Maracana stadionu dünyanın ən böyük stadionudur.
|