
Dünən
və bu gün
Dünən və bu gün "Xəzər Lənkəran”
sevərlər üçün həyəcanlı futbol günüydü. Belə ki, dünən azarkeşlərimizin
sevimlisi, hörmətlə yad etdiyi bizim keçmiş, Belçikanın Lyoj şəhər təmsilçisi "Standard”ın
hazırki məşqçisi Mirça Rednikin, Belçika çempionluğu uğrunda mübarizə
apararkən, doğma "Xəzər Lənkəran” komandası isə ikinci altılıqda çempionluq mübarizəsini
dayandırmasına baxmayaraq, kubok mübarizəsində iddialarını davam etdirir.
Komandamız 2/1 final mərhələsinin
ilk oyununda səfərdə "Bakı” klubunun qonağı oldu və 1:0 hesabı ilə məğlubiyyətə
düçar olsa da, bu heç də səfər üçün pis nəticə sayılmamalıdır. Evdə, doğma
azarkeşlər önündə cavab qarşılaşmasında iki cavabsız topla bu rəqibi üstələmək
olar və kubokun finalına adını yazdırmaq olar. Yetər ki, səfərdəki oyundan
fərqli qapıya zərbələr vurulsun və bunun ikisi azarkeşləri ayaq üstə qaldırsın.
Qaldı ki, Rednikin "Standard”ına,
komandanı mövsümün ortasında xeyli xal fərqi ilə, özüdə 8-yerdə qeyri-stabil
formada qəbul edən mütəxəssis, ilk oyunundaca, 12 turdan sonra nə səfərdə və nə
də evdə məğlub olmayan "Genk” Rasinqi, onların meydanında 0:2 məğlub edərək,
işinə qələbə ilə başlamışdı. Komandaya yeni ruh gətirən Mirça Rednik daha sonra
ardıcıl qələbələr qazanmaqla bu gün çempionluğa ən real namizədlərdəndir.
Dünən də çempionluq yolunda ilk
altılıqda 4 oyundan 10–cu xalını üç cavabsız topla yenə də əsas rəqibi "Genk”
Rasinqlə oyunda alınca lider "Anderlext”lə xal fərqini 1-ə endirərək
azarkeşlərini hədsiz sevindirmişdir. Onu da qeyd edək ki, ilk altılıqda mübarizə,
yalnız altılıq komandalarının öz aralarında toplanmış xallarla start
götürmüşdür. Hal hazırki, turnir cədvəli ilk altılıq üzrə aşağıdakı kimidir.
1.
Андерлехт 3
0 2 1 2
- 3 36
2. Стандард 4
3 1 0 9
- 3 35
3. Генк 4
2 1 1 5
- 6 35
4. Зулте-Варегем 3
0 2 1 5
- 6 34
5. Брюгге 3
1 1 1 5
- 4 31
6.
Локерен 3
0 1 2 3
- 7 27
Aşağıdakı linkdən
isə bu sevincli anların görüntülərini izləyə bilərsiniz: http://www.standard.be/multimedia/videos/details-video/~tous-ensemble-1234.htm?lng=fr#.UW6fW3xwItE
|