Cümə, 27/Dek/2024, 00:25
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyun 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 3
Qonaqlar: 3
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » İyun » 3 » Dördüncü dünya çempionatı, 1950-ci il. Braziliya
17:58
Dördüncü dünya çempionatı, 1950-ci il. Braziliya

  

1946-cı ildə FİFA-nın
konqresi keçirildi və dünya çempionatlarını bərpa etmək qərara alındı. 1946-cı
ildə SSRİ Futbol Federasiyası da FİFA-ya qəbul olundu.

            Braziliyalılar çempionatın final mərhələsini yeni
qaydalar üzrə keçirmək təklifini irəli sürdülər. Bu təklifə görə ilk mərhələdə
16 finalçı, hərəsində dörd komanda olmaqla, dörd qrupa bölünməli, dairəvi
sistem üzrə oyunlar keçirilməli idi. Qrup qaliblərindən ibarət yeni qrup
yaradılmalı və burada da dörd komandanın hamısı bir-biri ilə görüşməli idi. Ən
çox xal toplayan komanda çempion olmalı, qalan yerlər də xalların sayına görə
müəyyən edilməli idi. Müəlliflər bu sxemi ən ədalətli hesab edirdilər. Çünki
təsadüflərin qarşısı alınır, cəmi bir oyunu uduzan güclü komandanın yarışlardan
çıxmasına imkan verilmirdi.

            FİFA-nın konqresində bu təklif qəbul olunmadı. Lakin
çempionat ərəfəsində yarış təşkilatçıları öz sözlərini yeridə bildilər. Bu
qaydaların tətbiq olunması çempionatda hamıdan güclü sayılan Braziliya
komandasının birinci yeri tuta bilməməsinə səbəb oldu.

            33 ölkə çempionatda iştirak etmək arzusunu bildirmişdi.
Əvvəlki çempionatları boykot edən ölkələr, 
Britaniya ölkələri və Uruqvay da onların arasında idi. 16 finalçını
müəyyən etmək üçün seçmə oyunlar keçirmək lazım gəldi.

            Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi
regionundan finala ABŞ vəMeksika çıxdılar.

            Cənubi Amerikada argentinalılar oynamaq istəmədiklərinə
görə finala vəsiqələr  Çili və Boliviya
komandalarına qismət oldu. Peru və Ekvador da mübarizəyə qoşulmadılar və
Uruqvay ilə Paraqvay seçmə oyunları keçirmədən Braziliyaya getmək hüququ
qazandılar. Asiyadan hər iştirakçı – Hindistan, Birma və Tailand sifarişlərini
geri götürdü.

            Nəticədə Braziliyaya 16 komanda əvəzinə, 13 komanda
toplaşdı. İlk mərhələdə qruplardan ikisi dörd, biri üç, axırıncısı isə iki
komandadan ibarət oldu. Qrupların tərkibi püşk yolu ilə müəyyən olundu.
Uruqvaylıların cəmi bir rəqibi var idi. Keçmiş dünya çempionları Boliviya
komandasına 8-0 qalib gələrək final qrupuna ilk vəsiqəni qazandılar.
Braziliyalılar isə ən çətin qrupa düşdülər. Burada onlardan başqa Yuqoslaviya,
İsveçrə və Meksika komandaları da çıxış edirdilər.

            Meydan sahiblərinin imkanları çox yüksək
qiymətləndirilirdi. Komanda yarışlara gizlincə, bir monastrın yataqxanasında
hazırlaşdı. Futbolçulara vitaminli içkilər verilirdi, arvadları ilə görüşmək
qadağan edilmişdi.

             Birinci qrupda
çıxış edən Braziliya və Meksika komandalarının oyunu çempionat ərəfəsində
tikilmiş, 200 min nəfərlik nəhəng "
Marakana” stadionunda keçirildi. Braziliyalılar 4-0 hesabı ilə
qalib gəldilər. Lakin İsveçrə komandasının müqavimətini qırmaq mümkün olmadı,
2-2. Yuqoslavlar isə dalbadal iki qələbə qazanmışdılar- isveçrəliləri 3-0,
meksikalıları 4-1 hesabı ilə udmuşdular. Final turnirində oynamaq üçün
braziliyalılar son oyunda Yuqoslaviya komandasını mütləq məğlubiyyətə uğratmalı
idilər. Onlar çətinliklə də olsa 2-0 hesabı ilə qalib gəldilər və qrupda
birinci yer tutdular.

            İkinci qrupda ( İspaniya, İngiltərə, Çili, ABŞ )
ingilislərə üstünlük verənlərin sayı çox idi. Bu komandanın  tərkibində çoxlu məşhur futbplçu çıxış
edirdi. İngilislər Çili komandasını 2-0 hesabı ilə məğlub etsə də, növbəti
oyunda ABŞ futbolçularına 0-1 hesabı ilə uduzmaları böyük rezonansa səbəb oldu.
Bütün oyun boyu  ingilislər hücum etsə də
amerikalıların vurduğu bir top oyunun taleyini həll etdi. Bu nəticənin təsadüfi
olduğu növbəti oyunda məlum oldu. ABŞ komandası Çili futbolçularına 2-5 hesabı
ilə uduzdular. Bu qrupda ispanlar hər üç oyunu ( ABŞ-ı 3-1; Çilini 2-0;
İngiltərəni 1-0 hesabı ilə ) udaraq maksimum xal topladı və birinci yer tutdu.

            Üçüncü qrupda ( İsveç, İtaliya, Paraqvay ) mübarizə
apardı. İsveç dünya çempionlarını 3-2 hesabı ilə məğlub etdi. Sonrakı oyunda
italyanların Paraqvay üzərində qələbəsi 2-0, heç nəyi dəyişmədi. İsveçin
Paraqvayla oyunda qazandığı 1 xal ( 2-2 ), onları növbəti mərhələyə çıxardı.

            Braziliya, Uruqvay, İsveç, İspaniya "Qızıl ilahə” uğrunda
mübarizəni qrupda davam etdirdilər. Yerli futbolçular isveçliləri 7-1, sonra
isə ispanları 6-1 ağır məğlubiyyətə uğratdılar. Uruqvaylılar həmin rəqiblərlə
oyunlarda, bundan fərqlənən nəticələr göstərdilər. İspaniyadan cəmi bir xal ala
bildilər 2-2, isveçlilərə çətinliklə qalib gəldilər 3-2.

            Bu çempionatda final oyunu olmadı, lakin iyunun 16-da
Rio-de-Janeyroda, "Marakana” stadionunda yenə də 200 minə yaxın tamaşaçının
iştirakı ilə Braziliya və Uruqvay komandaları arasında keçirilən oyun sanki,
finalı əvəz edirdi. Bu oyunda meydan sahiblərinə heç-heçə də bəs edirdi. Lakin
uruqvaylılar müdafiədə yaxşı oynadılar və Braziliya komandasının bütün
planlarını pozdular. İkinci hissənin əvvəlində Braziliyalılar hesabı açsalar da
itirməyə bir şeyi qalmayan uruqvaylılar hücuma atldılar və tezliklə hesabı
bərabərləşdirdilər. Lakin məsələ bununla da bitmədi. Uruqvay
komandası qələbə qolunu da vurdu və ikinci dəfə dünya çempionu adını qazandı.

Tribunalarda minlərlə tamaşaçı şoka düşmüşdü. Baş tutmasını səbirsizliklə
gözlədikləri arzu bir andaca puç olmuşdu.

            Üçüncü yer uğrunda oyunda isə isveçlilər 3-1 hesabı ilə
ispanlara qalib gəldilər.   

********************************

            Daha sxematik olaraq bax

********************************

            Videonu izlə

Views: 868 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz